MANŞET
Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib
Qarabağın 22 görkəmli şəxsiyyətinin təsvirləri Azərbaycanın ipək yaylıqlarının üzərində əks etdirilib.
Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə ərsəyə gələn və ipək yaylıqların sərgiləndiyi “Qarabağın cizgiləri” sərgisi 28 may – Azərbaycanın Müstəqillik Gününə həsr olunub.
Sərginin açılışında Fondun prezidenti Aktotı Raimkulova, ipək yaylıqların müəllifi, modelyer Gülnarə Xəlilova, millət vəkilləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova çıxış edərək, Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentini və bütün Azərbaycan xalqını təbrik edib. A. Raimkulova Türk Dünyasının ayrılmaz parçası olan Azərbaycana daimi sülh, firavanlıq və inkişaf arzuladığını vurğulayıb:
“Bugünkü layihələr Qarabağın tarixi-mədəni irsini fərqli sənət növləri ilə tanıtmaq məqsədi daşıyır. Layihələrin ideya müəllifi olduğu üçün Fondun ilk prezidenti Günay Əfəndiyevaya təşəkkür edirəm. Çox şadam ki, bugün hamımız ipək yaylıqların zərifliyində, eləcə də filmin kadrlarında Qarabağ irsinin sehrinə qərq olacağıq. İnanıram ki, Fondun bu layihələri Azərbaycanın tarixinin, mədəni irsinin, milli dəyərlərinin yaşadılmasına töhfə verəcəkdir”.
Tədbirdə həmçinin Fond tərəfindən hazırlanan, Azərbaycanın görkəmli şairəsi, Qarabağ Xanlığının son varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan “Şuşanın tək incisi” filminin təqdimatı da baş tutub. Film qonaqlar tərəfindən maraqla qarşılanıb.
Digər xəbərlərə də bax
MANŞET
Bu gün Şuşada Vüqar Həşimov Memorialına start veriləcək
Bu gün Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialına start veriləcək.
İlk olaraq yarışın açılış mərasimi keçiriləcək.
Ardınca rapid üzrə üç tur oynanılacaq. Mübarizəyə saat 15:30-da start veriləcək.
Xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır.
Yarışda həmçinin Nodirbek Abdussatorov (Özbəkistan), şahmat tacı uğrunda görüşdə iştirak etmiş Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan), Vladislav Artemyev (FIDE) və Aravind Çitambaram (Hindistan) mübarizə aparacaqlar.
Qeyd edək ki, Vüqar Həşimov Memorialı sentyabrın 28-də başa çatacaq.
MANŞET
Vilayət Eyvazov polis rəislərinə vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıq verib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 24-də və 25-də Yevlax Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazir əvvəlcə Yevlax rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Yevlax, Kürdəmir, Ağdaş, Ucar, Mingəçevir şəhər və rayonlarından qəbula gələn 445 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Bərdədə yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonra general-polkovnik Vilayət Eyvazov polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
45 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 338 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Sonda daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
MANŞET
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.