ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baqqal kəndinin sakinləri ilə görüşüb
İyunun 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baqqal kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin ictimai-siyasi həyatında son müddət baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Məmmədova Vüsalə, Bilalova Məhəbbət, Məmmədov Loğman və başqaları çıxış edərək Baqqal kəndinə mavi yanacağın verilməsi üçün qaz xəttinin çəkilməsini, kənddə gedən 3 km yolun asfaltlaşdırılması, Baqqal kəndində tibb məntəqəsi üçün binanın tikilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuş, adidiyyəti şəxslərə məsələ ilə bağlı tapşırıqlar verilmişdir.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə antiterror əməliyyatı zamanı şəhid olan hərbi qulluqçuların məzarı ziyarət olunub – FOTO
Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda ehtiramla anılıb.
ShekiMedia.az xəbər verir ki, sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdirilib, onların ruhlarına dualar oxunub.
Anım mərasimlərində şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi qeyd olunub.
Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Oraban kəndinin sakinləri ilə görüşüb
Sentyabrın 19-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Oraban kəndinin sakinləri ilə görüşüb.
ShekiMedia.az xəbər verir ki, səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən ilin 19-20 sentyabr tarixində Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışmış, nəticədə Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyini, bu gün bayrağımızın suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə dalğalandığını vurğulamışdır.
Sonra kənd sakinləri Alxasov Əlixan, Balakişiyev Qorxmaz və başqaları çıxış edərək kəndə təbii qazın verilməsinə köməklik göstərilməsi, ənddə yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və mövcud elektrik xətlərinin SİP kabelləşdirilməsinə köməklik göstərilməsi, internetin qiymətinin azaldırması və sairə məsələləri xahiş ediblər. Qaldırılmış məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndinin sakinləri ilə görüşüb – FOTO
Sentyabrın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Layısqı kəndinin sakinləri ilə görüşüb.
ShekiMedia.az xəbər verir ki, səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ötən ilin 19-20 sentyabr tarixində Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışmış, noyabr ayında keçiriləcək COP29-un ölkəmiz üçün əhəmiyyətindən söz açmışdır.
Sonra kənd sakinləri İsarafilov Əziz, Cəbiyev İsmət, Cəbiyeva Xəyalə və başqaları çıxış edərək kənd tam orta məktəbinin və həkim məntəqəsinin əsaslı təmir olunması, Baş Layısqı kəndində Beynəlxalq Bankın bankomatının qoyulması və sairə məsələləri xahiş ediblər. Qaldırılmış məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Görüş zamanı “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1143 nömrəli, 29.04.2019-cu il tarixli Sərəncamının 10.12.3-cü bəndinin icrası ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması haqqında maarifləndirici söhbət aparmış, bununla bağlı hazırlanmış bukletlər görüş iştirakçılarına paylanmışdır.
Görüş zamanı, həmçinin, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin icbari sığortalanmasınınn vacibliyi vurğulanmışdır.