ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qaradağlı kəndinin sakinləri ilə görüşüb
İyulun 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qaradağlı kəndinin sakinləri ilə görüşüb.
ShekiMedia.az xəbər verir ki, səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin Pakistan İslam Respublikasında dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatdan bəzi məqamları görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra kənd sakinləri İsmayılov Məzahir, Saadov Möhübbət, Əliyev Xanlar və başqaları çıxış edərək kənd ərazisində mövcud elektrik xətlərinin yenilənməsi, kəndin qazla təmin olunması, mal-qara üçün örüş yerinin ayrılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəkidə yol qəzası olub, xəsarət alanlar var
Şəkidə yol qəzası olub, xəsarət alanlar var.
Hadisə rayonun Baş Göynük kəndində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü, 1991-ci il təvəllüdlü Nöbərov Taleh Mustafa oğlu, sərnişinlər – 1995-ci il təvəllüdlü Hacıəliyev Asim Bəxtiyar oğlu və 1990-cı il təvəllüdlü Ağasıyev Elzamin Qüdrət oğlu xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Aşağı Göynük kəndində qeydə alınıb.
Mingəçevir şəhər sakini, 30 yaşlı Elvin Abdullayev idarə etdiyi minik avtomobili ilə sükana nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq iaşə obyektinə çırpılıb.
Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Elvin Abdullayev, anası Gülarə Abdullayeva (56 yaş), həyat yoldaşı Mətanət Abdullayeva (22 yaş), yaxın qohumu Raziyyat Abdullayeva (63 yaş) və onun qızı Şəhanə Abdullayeva (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
CƏMİYYƏT
Şəkidə çaqqal kişiyə hücum etdi
Şəkidə örüşdə çaqqal 64 yaşlı kişiyə hücum edib.
Hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndinin inzibati ərazisində mal-qara üçün ayrılmış örüşdə baş verib.
1960-cı il təvəllüdlü, Böyük Dəhnə kənd sakini Nəsir Nurməmməd oğlu İsmayılov ailəsinə məxsus mal-qaranı örüşdən evə aparmaq istəyən zaman ona çaqqal hücum edərək sağ ayağın baldır nahiyəsindən xəsarət yetirib.
N. İsmayılov özünü müdafiə etmək üçün çaqqalla mübarizə apararaq vəhşi heyvanı öldürüb.
Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edən N. İsmayılova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.