İQTİSADİYYAT
Şəkidə “KOB Fest” sərgi-satış yarmarkası keçirilir – FOTOLAR
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərində “KOB Fest” sərgi-satış yarmarkası təşkil olunub.
Yarmarkada 70-dən çox KOB subyektinin məhsul və xidmətləri sərgilənir. Yarmarka bölgəyə xas məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından əhəmiyyətlidir.
Şəhərin mərkəzində, Bəxtiyar Vahabzadə adına parkın qarşısında keçirilən və üç gün davam edəcək “KOB Fest”də Qax, Balakən, Şəki və Qəbələdən olan 70-dən çox mikro və kiçik sahibkarın məhsul və xidmətləri nümayiş olunur. Yarmarkada ipək kəlağayı və xalçalar, lavanda, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, keramika, suvenir və bijuteriyalar, sərinləşdirici içkilər, müxtəlif əl işləri, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma və sair məhsullar sərgilənir və satışı həyata keçirilir.
Yarmarkanın açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin VI çağırış deputatı Vüqar İskəndərov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.
Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “KOB Fest” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilir. Ölkənin müxtəlif şəhər və rayonlarında təşkil olunan sərgilərdə məhsul və xidmətlərini təqdim etmək və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri üçün lazımi şərait yaradılır, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanır.
Növbəti “KOB Fest” sərgi-satış yarmarkasının Gəncə şəhərində keçirilməsi planlaşdırılır.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.09.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,3 % azalaraq 1,8727 manat, Rusiya rublunun məzənnəsi isə 0,5 % azalaraq 0,0186 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8727 |
1 Rusiya rublu | 0,0186 |
1 Avstraliya dolları | 1,1374 |
1 Argentina pesosu | 0,0018 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3003 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0950 |
100 Cənubi Koreya vonu | 0,1270 |
1 Çexiya kronu | 0,0746 |
100 Çili pesosu | 0,1803 |
1 Çin yuanı | 0,2388 |
1 Danimarka kronu | 0,2510 |
1 Gürcü larisi | 0,6306 |
1 Honq Konq dolları | 0,2180 |
1 Hindistan rupisi | 0,0202 |
1 İngilis funt sterlinqi | 2,2182 |
100 İndoneziya rupiası | 0,0110 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1637 |
1 İsveçrə frankı | 1,9924 |
1 İsrail şekeli | 0,4500 |
1 Kanada dolları | 1,2526 |
1 Küveyt dinarı | 5,5629 |
1 Qazaxıstan tengəsi | 0,0036 |
1 Qırğızıstan somu | 0,0199 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3924 |
1 Meksika pesosu | 0,0859 |
1 Moldova leyi | 0,0978 |
1 Misir funtu | 0,0351 |
1 Norveç kronu | 0,1566 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4368 |
1 Sinqapur dolları | 1,3038 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4530 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2891 |
1 Türk lirəsi | 0,0500 |
1 Tayvan dolları | 0,0529 |
1 Tacik somonisi | 0,1598 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0413 |
100 Yapon yeni | 1,1906 |
1 Yeni Zelandiya dolları | 1,0458 |
Qızıl (1 unsiya) | 4279,1380 |
Gümüş (1 unsiya) | 48,8572 |
Platin (1 unsiya) | 1633,3685 |
Palladium (1 unsiya) | 1739,5675 |
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.08.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,3 % azalaraq 1,8669 manat, Rusiya rublunun məzənnəsi isə 1,1 % artaraq 0,0191 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8669 |
1 Rusiya rublu | 0,0191 |
1 Avstraliya dolları | 1,1264 |
1 Argentina pesosu | 0,0018 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3100 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0945 |
100 Cənubi Koreya vonu | 0,1251 |
1 Çexiya kronu | 0,0740 |
100 Çili pesosu | 0,1830 |
1 Çin yuanı | 0,2370 |
1 Danimarka kronu | 0,2502 |
1 Gürcü larisi | 0,6309 |
1 Honq Konq dolları | 0,2181 |
1 Hindistan rupisi | 0,0202 |
1 İngilis funt sterlinqi | 2,1884 |
100 İndoneziya rupiası | 0,0108 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1616 |
1 İsveçrə frankı | 1,9514 |
1 İsrail şekeli | 0,4603 |
1 Kanada dolları | 1,2386 |
1 Küveyt dinarı | 5,5548 |
1 Qazaxıstan tengəsi | 0,0035 |
1 Qırğızıstan somu | 0,0201 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3829 |
1 Meksika pesosu | 0,0911 |
1 Moldova leyi | 0,0973 |
1 Misir funtu | 0,0348 |
1 Norveç kronu | 0,1584 |
100 Özbək somu | 0,0135 |
1 Polşa zlotası | 0,4353 |
1 Sinqapur dolları | 1,2875 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4530 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2756 |
1 Türk lirəsi | 0,0505 |
1 Tayvan dolları | 0,0526 |
1 Tacik somonisi | 0,1604 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0413 |
100 Yapon yeni | 1,1420 |
1 Yeni Zelandiya dolları | 1,0225 |
Qızıl (1 unsiya) | 4169,9130 |
Gümüş (1 unsiya) | 47,8165 |
Platin (1 unsiya) | 1618,5700 |
Palladium (1 unsiya) | 1595,9855 |
İQTİSADİYYAT
Dövlət Xidməti: Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı siyahısı hazırlanır
Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı tələblərə uyğunluğunu yoxlanılması üçün siyahısı hazırlanır.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır: “Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.
Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq”.
N. Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələblər olacaq: “Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələblərə uyğunluğuna baxacayıq. Əgər mal onlara cavab verərsə sənəd veriləcək”.