Bizə qoşulun

XƏBƏRLƏR

Zavodun beş əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb – RƏSMİ

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda beş əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə  Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının – Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.

Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

XƏBƏRLƏR

Baş prokuror gürcüstanlı həmkarı ilə ekstradisiya sahəsində effektiv işbirliyindən danışıb

Noyabrın 15-də Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror digər sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində son illər ərzində effektiv işbirliyinin olduğunu diqqətə çatdırıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Görüşdə Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyasının uğurla başa çatması barədə danışan tərəflər ətraf mühitin mühafizəsində hüquq-mühafizə orqanlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıblar.

Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin yüksək səviyyədə inkişaf etməsi və səmərəli əməkdaşlığın həyata keçirildiyini, səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.

Azərbaycanda keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirin dünya üçün böyük töhfələr verə biləcəyini qeyd edən qonaq tədbir çərçivəsində təşkil olunan “İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiyanın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib.

Qonaqlar Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyətini əks etdirən müxtəlif guşələrdəki eksponatlarla bağlı ətraflı məlumat verilib.

Görüşdə, həmçinin, Gürcüstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 17.11.2024

Azərbaycanın rayonlarında noyabrın 17-də bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, səhər Abşeron yarımadasının ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

     
Davamına bax

XƏBƏRLƏR

Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Maliki ilə görüşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Pakistan arasındakı münasibətlərin tarixən sarsılmaz dostluq və qardaşlıq, qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə məsul qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasından danışıb.

Bu kontekstdə 2021-ci ilin 13 yanvar tarixində İslamabad şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin inkişafına mühüm təkan verdiyini qeyd edən nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malik COP29-da iştirakdan məmnunluq ifadə edib, qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verən qonaq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində iki qurum arasında münasibətlərin dərinləşdirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətindən danışıb.

     
Davamına bax

Facebook

XƏBƏRLƏR12 saat

Baş prokuror gürcüstanlı həmkarı ilə ekstradisiya sahəsində effektiv işbirliyindən danışıb

CƏMİYYƏT12 saat

Sabahın HAVA PROQNOZU – 17.11.2024

XƏBƏRLƏR13 saat

Azərbaycan və Pakistan fövqəladə halların qarşısının alınması ilə bağlı müzakirələr aparıb

XƏBƏRLƏR15 saat

Gənclər və İdman Nazirliyi İmişlidə tədbir keçirib

MANŞET16 saat

Dövlət Xidməti korrupsiya ilə mübarizə tədbirlərini davam etdirir

İDMAN16 saat

Cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

İQTİSADİYYAT16 saat

COP29-da BICFIT Dialoquna start verilib

XƏBƏRLƏR16 saat

SOCAR Bolqarıstanın Ruse vilayətində sosial istehlakçılara birbaşa qaz tədarükünə başlayıb

XƏBƏRLƏR18 saat

Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında hüquq-mühafizə sahəsində əməkdaşlıq müzakirə edilib

İQTİSADİYYAT18 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.11.2024

XƏBƏRLƏR1 gün

BÜRCLƏR – 16.11.2024

XARİCİ XƏBƏRLƏR2 gün

Yaponiya şahzadəsi öldü

SİYASƏT2 gün

COP29-da İqlim və Sülh paneli – FOTO

CƏMİYYƏT2 gün

Qarabağ veteranları və qazilərin rəsmi sayı – 80 manatlıq təqaüd artırılır?

XƏBƏRLƏR2 gün

Əli Əsədov Ştaynerlə görüşüb

MƏDƏNİYYƏT2 gün

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb

XƏBƏRLƏR2 gün

Zaqatalada uşaq ölümləri niyə kütləvi hal alıb?

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.11.2024

XƏBƏRLƏR2 gün

Norveç təyyarəsi Heydər Əliyev Aeroportuna təcili eniş sorğusu göndərib

SİYASƏT2 gün

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 15.11.2024

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 15.11.2024

İQTİSADİYYAT3 gün

Şəkidə indiyədək 39 min hektardan çox sahədə payız səpini aparılıb

RƏSMİ XRONİKA3 gün

Azərbaycan Prezidenti Avropa Şurasının Baş katibi ilə görüşüb

SİYASƏT3 gün

Allahşükür Paşazadə Misirdəki dini müzakirələrə dəvət olunub

RƏSMİ XRONİKA3 gün

İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb

İDMAN3 gün

İdman gimnastikası üzrə Azərbaycan millisi Özbəkistanda bürünc medal qazanıb

CƏMİYYƏT3 gün

Azərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb

RƏSMİ XRONİKA3 gün

İlham Əliyev Monteneqronun Prezidenti ilə görüşüb

SİYASƏT3 gün

Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

CƏMİYYƏT3 gün

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO

XƏBƏRLƏR3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.11.2024)

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 14.11.2024

ELM VƏ TƏHSİL1 həftə

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə məktəblilərin Dövlət Rəmzləri Muzeyinə ekskursiyaları təşkil edilib

CƏMİYYƏT1 həftə

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb

CƏMİYYƏT1 həftə

BÜRCLƏR – 07.11.2024

İQTİSADİYYAT2 həftə

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2024)

CƏMİYYƏT2 həftə

BÜRCLƏR – 06.11.2024

SİYASƏT2 həftə

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub

XƏBƏRLƏR2 həftə

DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib

CƏMİYYƏT3 gün

Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir – VİDEO

XƏBƏRLƏR2 həftə

FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib

XƏBƏRLƏR2 həftə

Tərtər-Ağdərə avtomobil yolunun inşasına başlanılıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Ötən ay Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb

HƏRBİ2 həftə

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib – VİDEO

MANŞET2 həftə

Telegram-a videolar ilə bağlı yeni imkanlar və digər funksiyalar əlavə edilib

XƏBƏRLƏR4 həftə

Yanğın təhlükəli anbarın fəaliyyəti dayandırılıb

ANA SƏHİFƏ2 ay

Zakir Həsənov Milli Müdafiə Universitetinə məxsus stendlə tanış olub – VİDEO

XƏBƏRLƏR2 ay

Bakıda obyektdə yanğın olub

CƏMİYYƏT3 ay

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib

HƏRBİ4 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

CƏMİYYƏT4 ay

İşğaldan azad olunan ərazilərdə yanğın olub, iki helikopter cəlb olunub

CƏMİYYƏT5 ay

FHN-nin qüvvələri Hacıqabulda su basmış ərazilərə cəlb olunub – VİDEO

XƏBƏRLƏR5 ay

Qubada qanunsuz tikintinin qarşısı alınıb

XƏBƏRLƏR5 ay

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib

HƏRBİ5 ay

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

HƏRBİ5 ay

Düşmənin qorxulu yuxusu – “Yarasa” – VİDEO

CƏMİYYƏT5 ay

Dənizdə istirahət edərkən diqqətli olun: İnfeksiya xəbərdarlığı – VİDEO

HƏRBİ5 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ELM VƏ TƏHSİL5 ay

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ5 ay

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR5 ay

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR5 ay

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ5 ay

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT5 ay

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL5 ay

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT5 ay

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ5 ay

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ5 ay

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR5 ay

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ6 ay

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL6 ay

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT6 ay

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ6 ay

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT6 ay

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ6 ay

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ6 ay

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ6 ay

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ6 ay

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

TREND