Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın ilk günündə körpücük üzərinə qadın idmançılar çıxıb.
İlk gündə Nuray Əbilova (45 kq), Nazilə Məmmədova (49 kq), Selcan Qarayeva (55 kq), Dinara İbrahimli (59), Lalə Əzizli (64 kq), Aytən Əliyeva (71 kq), Arzu Qədiomova (76 kq) Rahilə Hüseynzadə (81 kq), Ələmgül Yusifzadə (87 kq), Mələk Hüseynli (+87 kq) Azərbaycan çempionu adını qazanıblar.
Qeyd edək ki, Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında təşkil olunan və bu gün startı verilən yarışa sabah yekun vurulacaq.