Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib – FOTOLAR

Fevralın 7-də Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən Şəkidə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şəki-Zaqatala regionuna daxil olan şəhər və rayonların gənclərinin iştirakı ilə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib.

Forum iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Şəki Olmipiya İdman Kompleksində keçirilən forumda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, ziyalılar, qazilər və fəal gənclər iştirak ediblər.

Forumda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti sahəsində xidmətlərindən, gənclərə göstərilən diqqət və qayğıdan bəhs olunub.

Tədbirdə “Azərbaycanda gənclər siyasəti” və “Azərbaycanın suverenliyi” mövzularını özündə əks etdiren videoçarx nümayiş olunub.

Sonra il ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı və qiymətli hədiyyələri təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.

0ab843ceb6053476348ba28c8707d774 Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

2ba4d614d5fde3c99404a22612496ed0 Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

3fcd4d27d8eb99c2990f0cfab28e613b Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

8b84639407476e21a3f7687a4d508e9d Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

21d459cea09150c81783711fec7826dd Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

150cb9ca027cc887e26d1760affa3888 Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

3838cf5fa976d9e8e3774310cdb15ed9 Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR

c18db46ed84bf073625fd097184e48ab Şəkidə “Suverenlik və inkişaf” mövzusunda regional forum keçirilib - FOTOLAR9