Şəkidə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasın 13-cü ildönümü qeyd olunub
Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 13 ili tamam olur. Bu münasibətlə Şəki Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Ulu Öndərin Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsini, həmçinin “Şəhidlərın Xatirə Kompleksi”nin yerləşdiyi məzarlığı ziyarət etmiş, Ulu Öndərin və şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Sonra Xidmətin Şəki şəhər şöbəsinin əməkdaşları Şəki Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasın 13-cü ildönümü münasibətilə tədbir Xidmətin Şəki şəhər şöbəsində davam edib.