Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb

Fevralın 13-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cunud kəndinin sakinləri ilə görüşüb.

Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər rayon ərazisində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Sonra kənd sakinləri Əliyev Abbas, Məmmədov İsə, Cəbrayılov Məsim və başqaları çıxış edərək kəndin təbii qazla təmin olunması, kənd tam orta məktəbi üçün yeni binanın tikilməsi, kəndin ərazisindən keçən çayın yatağının təmizlənməsi, kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və sairə məsələləri xahiş ediblər.

Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.

dea19b1b1f74c3637599dfdf357a5f6a-e1739606854302 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb c87a6c208286082c64e07e192a29e81a-e1739606836765 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb a50d6c3395dfa0e23aa40df1b5679181-e1739606828230 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb 60cf29eacca5dd3d35928009ca5d9a13-e1739606820504 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb 1b472c91b1fec25d47fa1c9e1fc1a041-e1739606813224 Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cunud kənd sakinləri ilə görüşüb