Şakira xəstəxanaya yerləşdirildi
Populyar müğənni Şakira dünya turnesi zamanı xəstəxanaya yerləşdirilməsi səbəbindən Perunun paytaxtı Limadakı konsertini ləğv edib.
Britaniyanın “Guardian” qəzeti yazır ki, Şakira qarın nahiyəsindəki ağrılarla xəstəxanaya çatdırılıb.
İfaçı təcili yardım şöbəsinə müraciət edib və o, xəstəxanada qalmağa məcbur olub. Şakiranın sözlərinə görə, həkimlər ona çıxış etməyi məsləhət görməyiblər, buna görə müğənni qarşıdakı konserti ləğv edib.