“Mançester Yunayted”dən son 51 ilin ən pis göstəricisi
Fevralın 16-da İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Yunayted” səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.
“Opta” analitik nəşri yazır ki, bu, “qırmızı şeytanlar”ın mövsümün ilk 25 oyununda 12-ci məğlubiyyəti olub.
Bu nəticə klubun 1973/74 mövsümündən bəri ən pis nəticəsidir. “Mançester Yunayted” o zaman ilk 25 oyunda 13 dəfə məğlub olmuş və mövsümün sonunda aşağı liqaya düşmüşdü.