MİNGƏÇEVİR
Mingəçevirdə tələbə dəm qazından ölüb
Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb.
Şabran rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlərə də bax
MİNGƏÇEVİR
Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub
Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.
hadisə şadlıq saraylarının birində qeydə alınıb.
Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır./report
ELM VƏ TƏHSİL
Mingəçevir Dövlət Universitetinə rektor əvəzi təyin olunub
Üzeyir Ələmşah oğlu Zeynalov Mingəçevir Dövlət Universitetinə (MDU) rektor əvəzi təyin edilib.
Bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub. Əmrə əsasən, Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib. Nazirin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Ü.Zeynalovu MDU-nun akademik-inzibati heyət üzvlərinə təqdim edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin bundan əvvəlki rektoru Şahin Vaqif oğlu Bayramov vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin olunub.
MİNGƏÇEVİR
Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.
Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.