MİNGƏÇEVİR
Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb.
Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib.
Məhkəmənin qərarı ilə E.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə ərazi üzrə polis orqanına və ya DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Mingəçevirdə məktəb direktoru yol verdiyi pozuntulara görə işdən çıxarılıb
Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyev əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə azad edilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov müvafiq əmr imzalayıb.
Bildirilib ki, buna səbəb A.Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərdir.
Qeyd edək ki, Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.
MİNGƏÇEVİR
Mingəçevirdə tələbə dəm qazından ölüb
Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb.
Şabran rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
MİNGƏÇEVİR
Mingəçevirdə dönərdə bakteriya aşkarlanıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Mingəçevirdə dönərdə bakteriya aşkarlayıb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti və İ.Qayıbov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Minchicago” dönərxanasında Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı qida obyektində sanitar norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu məlum olub.
Bişmiş toyuq dönərindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində mikrobioloji göstəricilərində uyğunsuzluq (E.Coli) aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs barəsində inzibati cərimə tətbiq edilib, nöqsanlar aradan qaldırılanadək dönər satışının dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub və icrası zəruri göstərişlər verilib.