İDMAN
Elxan Məmmədova Xorvatiya millisinin forması hədiyyə olunub
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Xorvatiya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
“Report”un məlumatına görə, Məmmədov görüş zamanı FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi heyətdə yer alıb.
Görüşdə Xorvatiya Futbol Federasiyasının prezidenti Ante Vuçemiloviç-Şimunoviç, icraçı direktor Tomislav Svetina, texniki direktor Stipe Pletikoşa, Beynəlxalq əlaqələr və lisenziyalaşdırma şöbəsinin müdiri Sudak İvançitsa yer alıb. Tərəflər geniş tərkibdə futbolla bağlı məhsuldar müzakirələr aparıblar.
Görüşün sonunda İnfantino və Məmmədova Xorvatiya millisinin arxasında onların soyadları yazılmış forması hədiyyə olunub.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın veteran cüdoçusu 12-ci dəfə dünya çempionu olub
Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.
O, ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.
F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.
İDMAN
Şəhidin xatirəsinə həsr edilmiş karate turniri keçirilib – FOTOLAR
Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı ilə şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib.
Bu barədə AKF-nin mətbuat xidmətindən məlumat verilib.
Yarış Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutub.
Tədbirdə Elfaq Nağıyevin valideynləri – atası Azad Nağıyev, anası Aytəkin Nağıyeva, Milli Məclisin deputatı, AKF-nin prezidenti Ülvi Quliyev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Şahin İsmayılov, deputatlar Göydəniz Qəhrəmanov, Pərvanə Vəliyeva, Mehriban Vəliyeva, Sevinc Fətəliyeva, Sevinc Hüseynova və 40-a yaxın şəhid ailə üzvləri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Turnirdə ümumilikdə 400-dən çox karateçi AKF tərəfindən şəhidin xatirəsinə xüsusi təsis edilmiş medallar uğrunda gərgin mübarizə aparıb.
İDMAN
“Qarabağ”ın Norveçə səfər proqramı müəyyənləşib
UEFA Avropa Liqasında “Budyo Qlimt”lə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda sabah günortadan sonra Budyo şəhərinə yollanacaq:
“Yerli vaxtla təxminən saat 21:00-da orada olacağıq. Oyundan sonra Bakıya qayıdacağıq. Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da mətbuat konfransı, 18:00-da açıq məşq gerçəkləşəcək. Bizim azarkeşlərimiz üçün isə 400 bilet ayrılıb”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.