Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Qudula kəndində səyyar qəbul keçirib
Yanvarın 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Qudula kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək yola saldığımız ildə ölkədə və dünyada baş verən ən mühüm hadisələrdən danışıb, respublikamızda əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Sonra kənd sakinləri Bəkirova Simozər, Kərimov Fərrux və başqaları çıxış edərək Qudula kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, kəndin bir hissəsində mövcud olan içməli su probleminin həlli, kənddə poçtun açılması və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Post Comment