AMADA və Milli Paralimpiya Komitəsi maarifləndirici seminar keçirib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, seminarda parataekvondo və paraatletika üzrə paralimpiyaçılarımız iştirak ediblər.
Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqqında idmançılara ətraflı məlumat verilib.
Post Comment