20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb – FOTO

20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar yanvarın 20-də səhər saatlarında şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri Şəki şəhərində yeləşən Şəhidlər Xiyabanını ziyarət etmiş, Vətənimizin müstəqilliyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş igid Vətən oğullarının məzarları üzərinə qırmızı qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.

Bildirilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir. Bu qanlı faciədən artıq 35 il ötür. 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi hesab olunur.

Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Şəki şəhərində yerləşən Şəhidlər Xiyabanında, kənd və qəsəbələrdə yerləşən şəhidlərin məzarlıqlarında abadlıq-təmizlik işləri aparılmış, idarə və təşkilatlarda müvafiq tədbirlər təşkil edilmiş, hüzn əlaməti olaraq yanvarın 20-də rayon ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilmişdir.

6080ac0a12efa59ae7eee59a8e9fe471-e1737443899284 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb - FOTO

cf339364e6490c396961cff61bbb4475-e1737443908966 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb - FOTO

e585d1c46b3c9a8b9d75040424dd733d-e1737443916579 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb - FOTO

f39e815d8bb64d25cf5de4d4a01aee09-e1737443925919 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə əlaqədar Şəkidə şəhidlərin xatirəsi ehtiramla anılıb - FOTO

Post Comment