Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

Qan yaddaşımıza silinməz faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir. 35 il öncə həmin gecədə şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə şanlı səhifə yazıblar.
Rayonumuzda səhər saatlarında “Şəhidlər Xatirə Kompleksi”ndən başlayan anım mərasimləri rayonun bütün ərazisində, şəhər, qəsəbə və kəndlərində günün sonunadək davam edəcək.
Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin qurbanlarının timsalında Vətən uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsini ehtiramla yad etmiş.

Rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – tariximizin qanlı və şanlı səhifəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, YAP Zaqatala rayon təşkilatının, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışedən natiqlər bildiriblər ki, əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.

Qeyd edilib ki, şəhidlərin xatirəsi uca tutulur, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 147 nəfər şəhid olmuş, 638 nəfər ağır xəsarət almış, onlardan 331 nəfəri əlil olmuşdur. 841 nəfər həbs olunaraq, müxtəlif işgəncələrə məruz qalıb. Tədbirdən sonra saat 12:00-da şəhər ərazisində Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

fbd7febd67d788e48ba8c329b5900f71-scaled-e1737444854320 Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

ea472e1d661e3b153df2747b4e910e84-scaled-e1737444847959 Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

048677c1d95f7f5f33a0372c0901031d-scaled-e1737444831661 Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

472a0f965e0ff454c89c8c17e39bf908-scaled-e1737444823551 Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

76ef4464f7e765d37c0138baeeedeb37-scaled-e1737444812371 Zaqatalada 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd edilib

Post Comment