Azərbaycana dörd ölkədən gətirilən yararsız məhsullar məhv edilib

İdxal zamanı karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlandığı və ya normativ sənədlərin tələblərinə görə istifadəyə yararsız olan məhsullar məhv edilib.

Sözügedən məhsul partiyalarından götürülən nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı Məhsulun miqdarı İdxalçı Mənşə ölkəsi İstehsalçı Məhsul partiyası/seriya nömrəsi, istehsal və son istifadə tarixi
1 Toxumluq kartof 40800 kq Fiziki şəxs Qaçabəyova Nayida İbrət qızı Rusiya Federasiyası OOO “Vesna” Partiya 1

2024

2 Ərzaqlıq kartof 23600 kq Fiziki şəxs Süleymanova Gövhər Süleyman qızı İran İslam Respublikası “AMEL MİRGASEMİ” 20.10.2024

20.01.2025

3 Konfet 2500 kq “YEDCON” MMC İran İslam Respublikası “SAYEDALI KHOSRAVI” 01.10.2024

02.10.2025

4 Qırmızı pul bibər 960 kq “King Foods” MMC Özbəkistan Respublikası “Bogbod Fruits” MMC 09.10.2024

09.10.2026

5 “Hanxloksidin-XT” əmtəə nişanlı baytarlıq preparatı 240 ədəd 5 litrlik qablaşdır-mada “AVC Agro” MMC Vyetnam Sosialist Respublikası Pharmaceutical and Veterinary Material JSC

“GMP-WHO Factory”

Partiya N 689 13.04.2024

03.04.2026

Post Comment