ZAQATALA
İlin əvvəlindən Zaqatala rayon Heydər Əliyev Mərkəzində 71 nikah rəsmiləşdirilib
Azərbaycan xalqı ailə dəyərlərini, ailə ləyaqətini həmişə hər şeydən üstün tutub. Müstəqil Azərbaycanda dövlət-ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər ailə məfhumunun aliliyini daim vurğulayıb. Heydər Əliyev və onun ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın xoşbəxt ailə həyatı yeni qurulan gənc ailələr üçün ən gözəl nümunədir.
Son vaxtlar ölkəmizdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev mərkəzlərində keçirilməsi artıq ənənə halını alıb. Bu gözəl ənənə Zaqatala rayonunda da uğurla davam etdirilir. 2022-ci ilin 8 ayında Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində 71 nikah mərasimi keçirilib.
Mərkəzin direktoru Famil Rəhimov bildirib ki, Zaqatala rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində qoyulub. Həmin vaxtdan bu günədək Mərkəzdə 2256 nikah mərasimi olub. Yeni ailə quran gənclərin doğmalarının iştirakı ilə keçirilən bu mərasimlərdə ailə dəyərlərinin qorunmasının vacibliyi önə çəkilib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışılıb.
Keçirilən bütün nikah mərasimlərinin foto və video görüntüləri mərkəzin fondunda saxlanılır.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Zaqatalada avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb
Zaqatalada dörd gün əvvəl avtomobilin vurduğu 14 yaşlı oğlan xəstəxanada ölüb.
2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov bu gün müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində dünyasını dəyişib.
Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb.
Qeyd edək ki, 14 yaşlı Ə.Alxasov iyun ayının 22-i axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində Zaqatala şəhər sakini 1985-ci il təvəllüdlü Abdulla Ömərovun idarə etdiyi Toyota markalı minik avtomobili tərəfindən vurulmuşdu.
Zaqatalada yeniyetmənin ölüm faktı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb./apa
ELM VƏ TƏHSİL
Şimal-qərb zonasının 7 məktəblisi Respublika fənn müsabiqəsinin qalibi olub
QAX
Qax və Zaqatala sakinləri Alazan çayında batıblar
Qax və Zaqatala sakinləri Alazan çayında batıblar.
İyun ayının 20-də Qax rayon Qaysarlı kənd sakini Hümbətov Rövşən Hümbət oğlu və Zaqatala rayon sakini Həsənov Vüqar Oruc oğlu Alazan çayının Mingəçevir Su anbarının, Samux rayon ərazisinə tökülən hissəsində qayıqdan suya düşüb və batıblar.
Hazırda aidiyyəti qurumlar tərəfindən onların axtarışları davam etdirilir./report