RƏSMİ XRONİKA
Prezident İlham Əliyev paytaxtın Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli məktəbin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir.
Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu.
STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana – yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.
Digər xəbərlərə də bax
RƏSMİ XRONİKA
İlham Əliyev Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Qobustan kəndinin ərazisində Palçıq Vulkanları Turizm Kompleksinin açılışında iştirak edib.
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısına kompleksdə görülmüş işlər barədə məlumat verib.
Qeyd edək ki, təbiətin maraqlı hadisəsi olan palçıq vulkanları dünyanın bir çox ölkəsində mövcuddur. Azərbaycan palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsində məlum olan 2 mindən artıq palçıq vulkanının 350-dən çoxu Azərbaycanın şərqində və Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarımadası, Bakı ətrafındakı adalar qrupu, Şamaxı, Qobustan və cənub-şərqi Şirvanda yayılıb. Palçıq Vulkanları Turizm Kompleksində “Qılınc” palçıq vulkanını yaxından izləmək mümkündür. Bu vulkanlar bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarətdir. Sopka brekçiyası (iri qrunt süxurları) böyük bir sahəni əhatə edərək şimal-şərqə qədər uzanan iki zolaq əmələ gətirib. İyirmi hektar sahəyə yayılan brekçiyanın uzunluğu 300-500 metrdir. Bu zolaqların eni isə bəzi yerlərdə 50 metrə çatır. Ümumilikdə ölkəmizdəki vulkanların 60 faizi aktiv sayılsa da, elmi mənbələrdə “Qılınc” vulkanının güclü püskürmələri barədə məlumata rast gəlinmir.
Prezident İlham Əliyevə məlumat verildi ki, Palçıq Vulkanları Turizm Kompleksi 12 hektar ərazidə tikilib. Burada inzibati bina inşa olunub. Yaradılan yeni turizm infrastrukturu yerli əhali, xüsusilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün 60-dan çox yeni iş yerinin açılmasına imkan verib. Kompleksin Turizm İnformasiya Mərkəzi sərgi zalından və emalatxanadan ibarətdir. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri haqqında məlumat əldə etmək, palçıq vulkanının maketi ilə tanış olmaq mümkündür. Burada, həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral nümayiş etdirilir. Sərgidə mineral nümunələrinin adı, kimyəvi tərkibi və götürüldüyü yatağa dair məlumatlar da yer alır. Emalatxanada isə dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil ediləcək.
Kompleksin Təbiət tarixi sərgi zalı eksponatların zənginliyi ilə böyük maraq doğurur. Sərginin “Böyük pişiklər”, “Qobustan faunası”, “Azərbaycanın vəhşi heyvanlarının ayaq izləri”, “Azərbaycanın həşərat dünyası”, “Kiçik ölçülü heyvan skeletləri” guşələrində Azərbaycan və dünya faunasına aid vəhşi və ev heyvanlarının skeletləri, Azərbaycan təbiətinə aid olan həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər sərgilənir. Sərgidə nümayiş etdirilən bütün heyvan skeletləri və canlılar orijinal eksponatlardır. Bu eksponatlar bioetika normalarına uyğun olaraq hazırlanıb və bioloji ölümdən sonra Azərbaycan mütəxəssisləri tərəfindən onilliklər ərzində müxtəlif yerlərdən toplanmış heyvan skeletlərindən ibarətdir. Təbiət tarixi sərgisi Azərbaycanın faunasının zənginliyini, biomüxtəlifliyini nümayiş etdirir. Sərgidə Azərbaycan və dünya faunasına aid 98 heyvan skeleti, 870 müxtəlif növ qurudulmuş həşərat, xüsusi məhlulda nümayiş etdirilən 57 canlı, bir sıra sürünən və suda-quruda yaşayan heyvanlar, həmçinin paleontoloji eksponatlar nümayiş etdirilir. Uşaqların və məktəblilərin ətraf aləm haqqında maraqlarını artırmaq və onlarda heyvan skeletləri barədə təəssürat yaratmaq məqsədilə divarlarda müxtəlif heyvanların şəkilləri və illüstrasiyaları sərgilənir. Burada, həmçinin milli parklarımızda dövlət mühafizəsinə götürülmüş bir sıra heyvanların, o cümlədən bəbir, bezoar keçisi, ceyran, Xəzər suitisinin arealları haqqında məlumat verilir.
Kompleksdə yaradılmış Minerallar sərgisində isə Azərbaycan ərazisindən tapılan 80-ə yaxın fərqli növ mineral nümayiş etdirilir. Ziyarətçilər burada ölkəmizin hər yerindən – Qobustandan tutmuş Naxçıvana qədər əksər bölgələrdən gətirilmiş gözəl və nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri görə bilərlər. İki hissədən ibarət sərginin birinci bölməsində palçıq vulkanlarının püskürdüyü qaya brekçiyasının nümunələri, digər bölmədə isə ölkəmizdəki müxtəlif faydalı qazıntı yataqlarında tapılan minerallar nümayiş etdirilir. Burada ziyarətçilərə Yerin təki, geoloji proseslər, süxurların və mineralların əmələ gəlməsi haqqında da məlumatlar təqdim olunur. Palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun yaradılması bu ərazilərdə yerləşən vulkanlar haqqında ictimai maarifləndirmənin artmasına və onların təbiət irsi kimi təbliğinə şərait yaradacaq.
Qeyd edək ki, ərazidə 110 nəfərlik restoran da tikilib, turistlərin vulkanları izləməsi üçün piyada yolu çəkilib. Burada panoramlı müşahidə nöqtəsi və meydança da salınıb. Bu meydançaya qalxmaqla hündürlükdən ətrafdakı palçıq vulkanlarını seyr etmək, maraqlı vaxt keçirmək mümkündür.
Palçıq Vulkanları Turizm Kompleksinin ərazisində turistlərin rahat gediş-gəlişini təmin etmək üçün avtodayanacaq salınıb. Əyləncəli vaxt keçirmək istəyən turistlər ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan kvadrosikllərlə bu çətin relyefli ərazidə tura qoşulmaq imkanı əldə edəcəklər.
RƏSMİ XRONİKA
Hacıqabul Sənaye Parkı yaradılıb – FƏRMAN
Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir.
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər.
Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və “Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında” 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.
Nazirlər Kabineti Hacıqabul Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə altı ay müddətində zəruri tədbirlər görülməsini təmin etməlidir.
İqtisadiyyat Nazirliyi üç ay müddətində Hacıqabul Sənaye Parkında istehsal və emal olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri müəyyən etməli, Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan sahibkarlıq subyektlərinin sənaye parkının rezidenti və ya qeyri-rezidenti kimi qeydiyyata alınması ilə bağlı tədbirlər görməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Prezidentinin 25 iyul 2017-ci il tarixli Sərəncamı ilə yaradılıb.
RƏSMİ XRONİKA
Cevdet Yılmaz və Hikmət Hacıyev ikitərəfli münasibətləri müzakirə ediblər
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb.
Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkə hesabında bildirib.
“Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, – C. Yılmaz qeyd edib.
Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.
Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb
“Şamaxı” daha bir legioner futbolçunu heyətinə qatıb
“Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi bəlli olub
Dövlət qulluqçularının peşəkar inkişafının təmin olunması məqsədilə tədbirlər görüləcək
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcək
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
AQTA: Sumqayıt sakininin ölüm və ya qida zəhərlənməsi xəbəri həqiqəti əks etdirmir
TƏBİB Ağstafada toyda zəhərlənənlərin durumunu açıqlayıb
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
Əməkdar rəssam İsa Məmmədov vəfat edib
Azərbaycan Cüdo Federasiyası 46 idman təşkilatına lisenziya verib
Sabahın HAVA PROQNOZU – 24.06.2024
Şamaxıda avtomat silahın satışına cəhddə şübhəli bilinən şəxs saxlanılıb
Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib
Azərbaycan badmintonçuları Serbiyada beynəlxalq yarışda 4 medal qazanıblar
Bir sıra ərazilərə leysan xarakterli yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Qaxda evə ildırım düşüb – FOTOLAR
BÜRCLƏR – 23.06.2024
Qax və Zaqatala sakinləri Alazan çayında batıblar
Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir
Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib
İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib
Bazar gününə olan hava proqnozu açıqlanıb
Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib
Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib
Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb – SİYAHI
Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib
Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Şəkidə indiyədək 21 min hektardan çox taxıl sahəsinin məhsulu yığılıb
Göygölün Üçtəpə kəndinə dolu düşüb
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib
Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA
Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO
FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib
“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO
Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO
Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb
Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO
Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO
Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ
Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub
Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb
“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO
Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO
“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO
Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR
Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO
Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO
“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO
MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO
Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO
Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO
Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO
Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO
Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO
Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO
Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar
Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO
Culfada top mərmisi tapılıb
“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir
“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
TREND
-
QAX24 saat
Qax və Zaqatala sakinləri Alazan çayında batıblar
-
CƏMİYYƏT24 saat
BÜRCLƏR – 23.06.2024
-
ANA SƏHİFƏ15 saat
Qaxda evə ildırım düşüb – FOTOLAR
-
CƏMİYYƏT12 saat
Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib
-
CƏMİYYƏT11 saat
Sabahın HAVA PROQNOZU – 24.06.2024
-
İDMAN3 saat
Azərbaycan güləşçiləri Polşada keçirilən beynəlxalq turnirdə 3 medal qazanıb
-
ELM VƏ TƏHSİL5 saat
Dövlət qulluqçularının peşəkar inkişafının təmin olunması məqsədilə tədbirlər görüləcək
-
HƏRBİ8 saat
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib