Bizə qoşulun

ELM VƏ TƏHSİL

Abituriyentlər psixoloji baxımdan özlərini imtahana necə hazırlamalıdırlar?

Mayın 26-da abituriyentlər ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsində iştirak edəcəklər. Abituriyentlərin böyük əksəriyyəti imtahandan əvvəl qorxu, stres yaşayırlar. Bunun ən böyük səbəblərindən biri də ailələri tərəfindən basqı görmələridir.

Maraqlıdır, abituriyentlər özlərini imtahana psixoloji olaraq necə hazırlamalıdırlar?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Bizim.Media-ya bildirib ki, stres səviyyəsi imtahana hazırlıq dövründə və imtahan zamanı adi hallardan daha yüksək olur:

“Müəyyən qədər stres insana motivasiyalı və diqqətli olmağa kömək edə bilər, lakin həddindən artıq stres və təşviş ciddi psixoloji problemlərin yaranmasına səbəb olur. İmtahan stresi həddən artıq ağır olduqda bu hal normal olaraq abituriyenti tükəndirir. Qısa müddətdə bir çox məlumatı yenidən nəzərdən keçirmək məcburiyyətində qalmaq və əksinə materialları başa düşməmək, daim məsuliyyət və təzyiq altında olmaq və gələcəklə bağlı qayğılar abituriyentlərdə stresi daha da artıran amillərdir”.

E.Rüstəmov qeyd edib ki, bu dövrdə imtahan stresinin azalmasına, psixoloji rifahın qorunmasına və davamlılığın artmasına yardım edən bir çox faydalı üsullar var:

“Belə ki, müntəzəm olaraq uzun hazırlıq proseslərinə qısa fasilələr vermək və istirahət üçün vaxt ayırmaq çox vacibdir. Uzun müddət diqqətin dərslərə verilməsi faydalı iş əmsalını aşağı salaraq düzgün olmayan rejimə səbəb olur. İmtahana hazırlıq prosesində uzunmüddətli yorucu hazırlıq deyil, fəaliyyətin keyfiyyəti önəmlidir. Gəzinti, qaçış, idman və ya hobbilərlə məşğul olmaq beyni “sıfırlamaq” və diqqəti cəmləmək üçün əla seçimdir.

Bu müddət ərzində fizioloji proses kimi yuxu da abituriyentin psixologiyasına ciddi təsir göstərir. Adətən uzun müddət dərslə məşğul olmaq üçün qəbul edilən kofeinli içkilər yuxu rejiminin pozulmasına gətirib çıxarır ki, bu da beynin həddindən artıq yüklənməsinə və yüksək diqqət dağınıqlığına səbəb olan ən vacib amillərdəndir”.

Psixoloq onu da qeyd edib ki, imtahana hazırlaşma müddətində ailənin və digər insanların təzyiqi abituriyentin psixologiyasına təsirini xüsusi olaraq vurğulamaq lazımdır:

“Belə hallarda problemin ailə və müəllimlər tərəfindən həll edilməsi müəyyən qədər çətin və abituriyent tərəfindən qəbul edilməyən hal ola bilər. Lakin yeniyetmə unutmamalıdır ki, bu, onun öz həyatı və seçimidir. Doğrudur ki bəzən valideynlər övladına uğurlu karyera qurmaq üçün müəyyən istiqamətləndirici məsləhətlər verir və ya digər hallarda bu mövzuda təzyiqlər göstərir. Lakin həm abituriyent, həm də valideyn üçün gözləntilərin idarə edilməsi mühüm əhəmiyyət daşıyır.

Burada ən böyük vəzifə valideynin üzərinə düşür. Övladı üçün hər şeyin yaxşısını istəyən valideyn onun psixoloji sağlamlığını da nəzərə almalıdır. Belə olduğu halda imtahanda aşağı və ya yüksək nəticə əldə etməsinə baxmayaraq, abituriyentin özünə olan güvən və dəyəri zədələnməyəcək.

Bildiyimiz kimi, son dövrlərdə aşağı nəticə göstərən abituriyentlərdə özünə zərər vermək barədə düşüncələr, eləcə də suisidal cəhd hallarına daha çox rast gəlinməsi aktual mövzudur. Bu problemlə mübarizə üsulu kimi mütləq şəkildə mütəxəssis dəstəyinin və psixoloji seansların vacibliyini vurğulamaq lazımdır”.

Psixoloqun sözlərinə görə, proses müddətində abituriyent özünə qarşı dəyərini inkişaf etdirməli, özünü təzyiq altında hiss etdiyi zaman bu təzyiqin mənbəyini araşdırmalı, uğursuzluq və mənfi düşüncələr olduğu zaman bu halı ailə və ətrafı ilə paylaşaraq hisslərini izah etməyə çalışmalı və özünü başqaları ilə müqayisə etməməlidir:

“Həyatın hər dövründə hazırlaşmalı olduğumuz imtahanların olduğu qaçınılmazdır. Unutmayaq ki, imtahanlar umduğunuz kimi keçmirsə, həmişə alternativ seçimlər mövcuddur. Bu hal heç vaxt konkret olaraq uğur və ya uğursuzluq adlandırıla bilməz. Hər bir proses kimi imtahanların da başlanğıcı və sonu var. Hər tunelin sonunda bir işıq var və imtahanla birlikdə gələn stres imtahanla da bitəcək, sadəcə bunun üçün müəyyən qədər səy göstərməyin önəmli olduğunu bilmək vacibdir”.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.

ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Tərəqqi” medallı Məhəbbət Şirinova ömrünün 41 ilini müəllim peşəsinə həsr edib. O, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbdə çalışır. Bir neçə il sonra təqaüd yaşı tamam olacaq. Məhəbbət müəllimin qızı Günel də imtahanda yüksək bal toplayıb.

Qəbələ Rayon Təhsil Sektorundan verilən məlumata görə, riyaziyyat fənni üzrə sertifikasiya imtahanlarına 170 müəllim qatılıb və onlardan 70 nəfəri 51 və daha çox bal toplayıb. Onların arasında 17 illik pedaqoji təcrübəyə malik Məhəbbət müəllimin qızı Günel də var. O da anası qədər 57 bal toplayıb.

 

Günel müəllimdən öyrənirik ki, babası Nəcməddin nəinki rayonda, eləcə də respublikada tanınmış riyaziyyatçılardan olub. O, babası sayəsində bu peşəni sevib və anasından riyaziyyatın sirlərinə yiyələnib.

Ümumiyyətlə, Qəbələ şəhər 1 nömrəli məktəbdən imtahanlara 11 müəllim qatılıb və onlardan 7-si 51 baldan yuxarı nəticə göstərib.

Qəbələdə söhbətimizi tamamlayıb üz tuturuq Oğuzun Qumlaq kəndinə. Burada bizi İsrafilovlar ailəsi qarşılayır. Sitarə müəllim və oğlu Fərid də riyaziyyat fənnindən yüksək bal toplayıblar.

Otuz üç ilin riyaziyyat müəllimi olan Sitarə xanım və oğlu hələ də imtahan sualları ilə bağlı fikir mübadiləsi aparırlar. Bizimlə söhbət zamanı Sitarə müəllim dərs dediyi gənclərin xoş sorağının ölkənin müxtəlif sahələrindən gəldiyini bildirir.

Sitarə müəllimin üç övladı var – iki oğlan, bir qız. Fərid ailənin sonbeşiyi və anasının davamçısıdır. O, imtahan həyəcanını belə xatırlayır: “İmtahandan çıxanda məni həmişə anam qarşılayıb. Bu dəfə gözlərim anamı axtardı. Onu görməyəndə anladım ki, hələ imtahandan çıxmayıb. Lakin daxilən rahat idim. İnanırdım ki, anamın da nəticəsi yüksək olacaq”.

Qeyd edək ki, ölkə üzrə riyaziyyat fənnindən 13 müəllim maksimum bal toplayıb. Onlardan 3-ü Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeleyindəki məktəblərdə çalışır.

Regional Təhsil İdarəsi üzrə imtahanlarda, ümumilikdə, 720 müəllim iştirak edib və 300-ə yaxını 50-dən yüksək bal toplayıb.

 

     
Davamına bax

ELM VƏ TƏHSİL

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.

Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.

     
Davamına bax

Facebook

CƏMİYYƏT7 saat

BÜRCLƏR – 23.06.2024

QAX7 saat

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar

MANŞET9 saat

Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək

SİYASƏT11 saat

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir

XƏBƏRLƏR12 saat

Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib

HƏRBİ13 saat

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub

ELM VƏ TƏHSİL13 saat

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ELM VƏ TƏHSİL15 saat

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

XƏBƏRLƏR15 saat

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib

MANŞET17 saat

Bazar gününə olan hava proqnozu açıqlanıb

XƏBƏRLƏR18 saat

Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib

İQTİSADİYYAT18 saat

Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib

CƏMİYYƏT18 saat

Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb – SİYAHI

CƏMİYYƏT18 saat

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

MANŞET19 saat

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

XƏBƏRLƏR19 saat

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

İQTİSADİYYAT19 saat

Şəkidə indiyədək 21 min hektardan çox taxıl sahəsinin məhsulu yığılıb

XƏBƏRLƏR20 saat

Göygölün Üçtəpə kəndinə dolu düşüb

XƏBƏRLƏR20 saat

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

CƏMİYYƏT20 saat

Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

XƏBƏRLƏR20 saat

Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb

HƏRBİ21 saat

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

CƏMİYYƏT1 gün

Zaqatalada yük avtomobili ilə “Mercedes” toqquşub, ölən var

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 22.06.2024

XƏBƏRLƏR2 gün

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi başlayıb

ŞƏKİ2 gün

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

HƏRBİ2 gün

Cəbrayılda sursat partlayışı olub, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var

MANŞET2 gün

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 13 məsələ var

ELM VƏ TƏHSİL2 gün

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

CƏMİYYƏT2 gün

FHN və ETSN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

ELM VƏ TƏHSİL2 gün

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb

CƏMİYYƏT2 gün

Rayonlara leysan yağıb – FAKTİKİ HAVA

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.06.2024)

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 21.06.2024

CƏMİYYƏT3 gün

Faktiki hava açıqlanıb

XƏBƏRLƏR3 gün

Həftəsonu 1 373 namizəd rezidenturaya imtahan verəcək

XƏBƏRLƏR3 gün

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 20.06.2024

CƏMİYYƏT3 gün

Prezident və digər dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub

XƏBƏRLƏR3 gün

Ağcabədidə yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib

ELM VƏ TƏHSİL13 saat

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ2 gün

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR3 gün

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL1 həftə

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR1 həftə

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ2 həftə

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL2 həftə

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT2 həftə

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ2 həftə

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ2 həftə

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR3 həftə

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ3 həftə

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL3 həftə

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT3 həftə

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ3 həftə

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT3 həftə

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ3 həftə

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ4 həftə

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ4 həftə

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ4 həftə

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT4 həftə

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT4 həftə

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ4 həftə

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL4 həftə

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ4 həftə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ4 həftə

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ4 həftə

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

SİYASƏT4 həftə

Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar

CƏMİYYƏT4 həftə

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO

XƏBƏRLƏR1 ay

Culfada top mərmisi tapılıb

BALAKƏN1 ay

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

CƏMİYYƏT1 ay

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT1 ay

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR1 ay

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ1 ay

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 ay

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 ay

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 ay

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 ay

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

TREND