XARİCİ XƏBƏRLƏR
Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden və İordaniya Kralı II Abdullah Vaşinqtonda keçirilən görüşdə Yaxın Şərqdəki münaqişə və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Prezident və Kral II Abdullah Qəzzadakı mövcud inkişafları müzakirə etdilər və böhranın sona çatması üçün birlikdə çalışmağa sadiqliklərini təsdiqlədilər”, – açıqlamada deyilir.
Məlumata görə, liderlər söhbət zamanı Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan bütün girovların azad edilməsinin zəruriliyini və Fələstin anklavına humanitar yardımın çatdırılmasını artıracaq atəşkəsə nail olmağın vacibliyini qeyd ediblər.
Bayden və II Abdullah həmçinin Fələstin dövlətinin yaradılması və İsrailə təhlükəsizlik zəmanəti verməklə bölgədə uzunmüddətli sülhə nail olmağa sadiq olduqlarını bildiriblər. Bundan əlavə, onlar İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər və Fələstin Milli Administrasiyasının həyata keçirdiyi islahatları dəstəklədiklərini bildiriblər.
Digər xəbərlərə də bax
XARİCİ XƏBƏRLƏR
Yerdə güclü maqnit qasırğası başlayıb, ABŞ xəbərdarlıq edib
ABŞ hökuməti 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq G5 geomaqnit qasırğası və Yerdən 17 dəfə böyük olan Günəş ləkələri barədə xəbərdarlıq edib.
Bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) məlumat yayıb.
Məlumata görə, fırtına elektrik şəbəkələrinə, peyklərə və yüksək tezlikli radio rabitələrinə müdaxilə edə bilər. Günəş fəaliyyəti kosmosda hərəkət edən və nəticədə Yerə çatan enerjinin sərbəst buraxılmasını əhatə edir.
Qeyd olunur ki, ABŞ-ın kritik infrastruktur operatorları müvafiq bildiriş alıblar./report
***
Yer kürəsində güclü maqnit qasırğası başlayıb
Bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.
Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.
Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.
XARİCİ XƏBƏRLƏR
Azərbaycan QHT-ləri Keniyada daşqın qurbanlarının xatirəsinə ağac əkiblər
Azərbaycan QHT-ləri Keniyada Milli Ağacəkmə Günündə bir neçə gün əvvəl ölkədə baş vermiş təbii fəlakət- kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.
COP29 Təşkilat Komitəsinin üzvü, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva vurğulayıb ki, Keniyada baş vermiş iqlim hadisəsi qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov qeyd edib ki, Azərbaycanda 2024-cü “Yaşıl Dünya Naminə Həmrəylik ili”dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıb.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli də vurğulayıb ki, Azərbaycan gəncləri də yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər.
Qeyd edək ki, Azərbaycandan bir qrup QHT Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir. Bu günlərdə ilk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunub, əməkdaşlıq imkanları geniş müzakirə olunub.
XARİCİ XƏBƏRLƏR
Tayvanda zəlzələdə azı 4 nəfər həlak olub, 100-ə yaxın insan yaralanıb
Çərşənbə günü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Bu barədə Tayvanın “Çjunşi Sinvenyan” informasiya portalı məlumat yayıb.
Daha əvvəl “Reuters” adanın yanğınsöndürmə idarəsinə istinadən 1 ölü və 50-dən çox yaralı haqqında məlumat yayıb.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.