Bizə qoşulun

ELM VƏ TƏHSİL

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

Şuşadayıq, öz doğma yurdlarına qayıdan şuşalıların məhəlləsində…
“Helikopter binamızın üzərində fırlananda artıq bilirdik ki, atamız getməlidir. O, itburnu mürəbbəsini çox sevirdi. Son görüşümüz də itburnu mürəbbəsi ilə çay içərkən oldu. Hətta sağollaşdı mənimlə. Atama çox bağlı olmuşam (ağlayır). Sonuncu dəfə dedi ki, gələcəyəm, tezliklə gələcəyəm. Və o, mürəbbə qabını stəkanın üzərinə qoyub, getdi…”
Bu sözləri Şuşanın sabiq icra başçısı, şəhid Mikayıl Gözəlovun qızı Şuşa şəhər 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova deyir. Söhbət də onun Şuşadakı evində baş tutur.
Səbinə xanımın atası Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulub. O, Azərbaycan Milli Ordusunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biridir. Şuşanın Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib. Laçın-Şuşa yolunun təhlükəsizliyini təmin edib. Mikayıl Gözəlov 1991-ci ildə ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilib.
“1987-ci ildə Şuşa şəhərində anadan olmuşam. Atam qətlə yetirilən gündən sonra biz Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışıq. Onda mənim 5 yaşım var idi”.
Müsahibim həyəcanlıdır. O deyir ki, ilk dəfədir Şuşa haqqında, Şuşadakı evində müsahibə verir.
“Biz hər zaman evimizdə Şuşa adı eşitmişik. Atamın da doğma Şuşamıza olan sevgisi onun canını Şuşa üçün fəda etməsinə gətirib çıxardı. O dövrlərdə atama digər rayonlardan təkliflər gəlib və o, Şuşamızı qoyub getməyib. Həmçinin ona deyiblər ki, övladlarınızı da Şuşadan çıxarmalısınız, vəziyyət çətinləşir. Atam bildirib ki, mən öz övladlarımı Şuşadan çıxararamsa, bəs əhali nə edəcək?! Ona görə övladlarım da burada qalacaq, özüm də. Və sona qədər biz mübarizəni davam etdirəcəyik”.
Səbinə Gözəlova Şuşadan çıxdıqdan sonra Binəqədidə 115 nömrəli orta məktəbdə təhsil alıb. Və bu gün o, müəllimdir.
“Məktəbi bitirdikdən sonra Azərbaycan Odlar Yurdu Universitetinin “Tərcümə” (ingilis dili) ixtisasını bitirmişəm. Sonra isə Azərbaycan Dillər Universitetində ixtisasartırma oxudum. Buranı də bitirdikdən sonra özəl təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərmişəm. Daha sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib, Qəbələ rayonunda yerləşən Şuşa rayon 24 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətə başladım. Və bir müddətdən sonra artıq orada direktorluq vəzifəsi vakant olduğu üçün direktorların işə qəbul müsabiqəsində iştirak etdim və qərara gəldim ki, öz karyeramı Şuşa adı ilə davam etdirim”.
8 dekabr 2023-cü ildə Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub.
O, artıq öz karyerasını Şuşa adı ilə yox, elə Şuşada davam etdirəcək…
“Şuşa şəhər 1 nömrəli tam orta məktəbə təyinat aldığımda sadəcə bunu deyə bildim: “Ruhun şad olsun, atam! İnşallah ki, sənin yolunu Şuşada davam etdirəcəyəm (ağlayır). Çox sevinirəm ki, gözəl, müasir şəkildə inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta məktəb ən gözəl akademikləri, elm xadimlərini yetişdirib. Və bu amal uğrunda biz və müəllim kollektivimiz də daim çalışacağıq”.
2020-ci il 8 noyabrda Şuşa işğaldan azad olundu. Həsrətlə gözlədiyi Şuşanın işğaldan azad olunma xəbərini isə Səbinə xanım belə alıb.
“Deməli, Bakıda iştirak etdiyim iclasdan Qəbələyə qayıdırdım, yolda polis vəsiqəmə baxıb Şuşalı olduğumu görəndə dedi ki, “bilirsiniz Şuşa azad olunub?”. Mən bir anlıq donub qaldım və düşündüm ki, polisdir, yəqin ki, düz deyər. Amma yenə də əmin olmaq üçün prezidentin çıxışını gözlədim. Atamın Şuşa sevgisi məni bura daha çox bağladı. Düşünürəm ki, insandakı vətənpərvərlik hissi, torpağa bağlılıq onu gətirib öz torpağına çıxarır. Budur, illər ötüb və biz yenidən qayıtmışıq”.
Şagirdlər əllərində bayraqlarla məktəbdən şuşalı Səbinə müəllimin evinə doğru…
“Bəli, Şuşa işğaldan azad olunan günü şagirdlər əllərində bayraq məktəbimizin qabağından düz mənim evimə qədər gəlib təbrik etdilər. Mən hər Şuşanın işğal olunduğu gün uşaqlara deyirdim ki, inşallah gələn il bu vaxtı biz Şuşada olacağıq. Hər dəfə də bu, arzu olaraq qalırdı. Nəhayət ki, artıq arzumuz reallaşdı. Mən sentyabr ayında Şuşa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin olundum. May ayının 10-da cənab Prezident İlham Əliyev Şuşada bizə evimizin açarını təqdim etdi”.
Hə, Səbinə Gözəlova fəaliyyətini Şuşa 1 nömrəli tam orta məktəbin direktoru olaraq Şuşada davam etdirəcək və bu məktəb yenə böyük şəxsiyyətlər yetişdirəcək.
O bizimlə Şuşadakı evinin həyətində sağollaşıb, məktəbə doğru yol aldı…
Aytəkin CƏLALİ

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər.

ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Tərəqqi” medallı Məhəbbət Şirinova ömrünün 41 ilini müəllim peşəsinə həsr edib. O, Qəbələ şəhər 1 nömrəli tam orta məktəbdə çalışır. Bir neçə il sonra təqaüd yaşı tamam olacaq. Məhəbbət müəllimin qızı Günel də imtahanda yüksək bal toplayıb.

Qəbələ Rayon Təhsil Sektorundan verilən məlumata görə, riyaziyyat fənni üzrə sertifikasiya imtahanlarına 170 müəllim qatılıb və onlardan 70 nəfəri 51 və daha çox bal toplayıb. Onların arasında 17 illik pedaqoji təcrübəyə malik Məhəbbət müəllimin qızı Günel də var. O da anası qədər 57 bal toplayıb.

 

Günel müəllimdən öyrənirik ki, babası Nəcməddin nəinki rayonda, eləcə də respublikada tanınmış riyaziyyatçılardan olub. O, babası sayəsində bu peşəni sevib və anasından riyaziyyatın sirlərinə yiyələnib.

Ümumiyyətlə, Qəbələ şəhər 1 nömrəli məktəbdən imtahanlara 11 müəllim qatılıb və onlardan 7-si 51 baldan yuxarı nəticə göstərib.

Qəbələdə söhbətimizi tamamlayıb üz tuturuq Oğuzun Qumlaq kəndinə. Burada bizi İsrafilovlar ailəsi qarşılayır. Sitarə müəllim və oğlu Fərid də riyaziyyat fənnindən yüksək bal toplayıblar.

Otuz üç ilin riyaziyyat müəllimi olan Sitarə xanım və oğlu hələ də imtahan sualları ilə bağlı fikir mübadiləsi aparırlar. Bizimlə söhbət zamanı Sitarə müəllim dərs dediyi gənclərin xoş sorağının ölkənin müxtəlif sahələrindən gəldiyini bildirir.

Sitarə müəllimin üç övladı var – iki oğlan, bir qız. Fərid ailənin sonbeşiyi və anasının davamçısıdır. O, imtahan həyəcanını belə xatırlayır: “İmtahandan çıxanda məni həmişə anam qarşılayıb. Bu dəfə gözlərim anamı axtardı. Onu görməyəndə anladım ki, hələ imtahandan çıxmayıb. Lakin daxilən rahat idim. İnanırdım ki, anamın da nəticəsi yüksək olacaq”.

Qeyd edək ki, ölkə üzrə riyaziyyat fənnindən 13 müəllim maksimum bal toplayıb. Onlardan 3-ü Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeleyindəki məktəblərdə çalışır.

Regional Təhsil İdarəsi üzrə imtahanlarda, ümumilikdə, 720 müəllim iştirak edib və 300-ə yaxını 50-dən yüksək bal toplayıb.

 

     
Davamına bax

ELM VƏ TƏHSİL

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin imtahan vaxtı əlverişsiz hava şəraiti ilə əlaqədar iyunun 30-na keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.

Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

     
Davamına bax

ELM VƏ TƏHSİL

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb

Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, pianino, skripka, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib.

Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.

     
Davamına bax

Facebook

CƏMİYYƏT8 saat

BÜRCLƏR – 23.06.2024

QAX8 saat

Qax və Zaqatala sakinləri Alazan çayında batıblar

MANŞET9 saat

Azad edilmiş ərazilərdə ilk dəfə QHT forumu keçiriləcək

SİYASƏT12 saat

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir

XƏBƏRLƏR13 saat

Azərbaycan Ordusunun qoşun növlərində mediaturlar təşkil edilib

HƏRBİ13 saat

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri yenidən atəşə tutulub

ELM VƏ TƏHSİL14 saat

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ELM VƏ TƏHSİL16 saat

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

XƏBƏRLƏR16 saat

İranda Nobel Sülh mükafatçısı prezident seçkisini boykot edib

MANŞET17 saat

Bazar gününə olan hava proqnozu açıqlanıb

XƏBƏRLƏR18 saat

Mətbuat Şurası və ARDNF birgə müsabiqə elan edib

İQTİSADİYYAT19 saat

Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilib

CƏMİYYƏT19 saat

Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb – SİYAHI

CƏMİYYƏT19 saat

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

MANŞET20 saat

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

XƏBƏRLƏR20 saat

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

İQTİSADİYYAT20 saat

Şəkidə indiyədək 21 min hektardan çox taxıl sahəsinin məhsulu yığılıb

XƏBƏRLƏR20 saat

Göygölün Üçtəpə kəndinə dolu düşüb

XƏBƏRLƏR21 saat

Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

CƏMİYYƏT21 saat

Qeyri-sabit hava şəraiti davam edir – FAKTİKİ HAVA

XƏBƏRLƏR21 saat

Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb

HƏRBİ21 saat

Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

CƏMİYYƏT1 gün

Zaqatalada yük avtomobili ilə “Mercedes” toqquşub, ölən var

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 22.06.2024

XƏBƏRLƏR2 gün

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi başlayıb

ŞƏKİ2 gün

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

HƏRBİ2 gün

Cəbrayılda sursat partlayışı olub, ANAMA-nın əməkdaşı ölüb, yaralılar var

MANŞET2 gün

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 13 məsələ var

ELM VƏ TƏHSİL2 gün

Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub

CƏMİYYƏT2 gün

FHN və ETSN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib

ELM VƏ TƏHSİL2 gün

Doqquz minə yaxın müəllim üçün sertifikasiya imtahanı başlayıb

CƏMİYYƏT2 gün

Rayonlara leysan yağıb – FAKTİKİ HAVA

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.06.2024)

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 21.06.2024

CƏMİYYƏT3 gün

Faktiki hava açıqlanıb

XƏBƏRLƏR3 gün

Həftəsonu 1 373 namizəd rezidenturaya imtahan verəcək

XƏBƏRLƏR3 gün

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 20.06.2024

CƏMİYYƏT3 gün

Prezident və digər dövlət xadimlərinin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub

XƏBƏRLƏR3 gün

Ağcabədidə yabanı halda bitən 4 tondan artıq çətənə bitkisi məhv edilib

ELM VƏ TƏHSİL14 saat

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər – VİDEO

ŞƏKİ2 gün

FHN: Qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

XƏBƏRLƏR3 gün

“Azərişıq” Ağdamda yeni elektrik şəbəkəsi qurur – VİDEO

ELM VƏ TƏHSİL1 həftə

Qəbul imtahanında 700 bal toplayan Şəki sakini: “İmtahan verdiyimiz gündən bəri bu günü gözləyirdim” – VİDEO

XƏBƏRLƏR1 həftə

Daşkəsəndə yanacaqsaxlama çəninin istismarı dayandırılıb

HƏRBİ2 həftə

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələdə içərisində iki nəfər olan avtomobil çayda batıb – VİDEO

ELM VƏ TƏHSİL2 həftə

Səbinə Gözəlova: “Atamın Şuşa sevgisi məni bura daha çox bağladı” – MÜSAHİBƏ

CƏMİYYƏT2 həftə

Sel suları Şamaxıda və Daşkəsəndə yol infrastrukturuna ziyan vurub

HƏRBİ2 həftə

Azərbaycan və Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb

HƏRBİ2 həftə

“Qafqaz Qartalı – 2024” birgə təlimi davam edir – VİDEO

XƏBƏRLƏR3 həftə

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb – VİDEO

HƏRBİ3 həftə

“Qafqaz Qartalı – 2024” birgə təliminin açılış mərasimi keçirilib – VİDEO

ELM VƏ TƏHSİL3 həftə

Qarabağ Universitetinin yataqxanasında işlər yekunlaşır – Yeni GÖRÜNTÜLƏR

CƏMİYYƏT3 həftə

Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb – VİDEO

HƏRBİ3 həftə

Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib – VİDEO

İQTİSADİYYAT3 həftə

“Azərişıq” Kəlbəcər və Laçında elektrik təsərrüfatını yenidən qurur – VİDEO

HƏRBİ3 həftə

MN: Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir

ANA SƏHİFƏ4 həftə

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ4 həftə

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ4 həftə

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT4 həftə

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT4 həftə

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ4 həftə

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL4 həftə

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ4 həftə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ4 həftə

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ4 həftə

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

SİYASƏT4 həftə

Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar

CƏMİYYƏT4 həftə

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO

XƏBƏRLƏR1 ay

Culfada top mərmisi tapılıb

BALAKƏN1 ay

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

CƏMİYYƏT1 ay

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT1 ay

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR1 ay

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ1 ay

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 ay

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 ay

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 ay

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 ay

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

TREND