MANŞET
Firəngiz Rəhimbəyova ABŞ-da dəfn olunub
Azərbaycanlı estrada müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində dəfn olunub.
Əvvəlcə sənətçi ilə vida mərasimi keçirilib, ardından torpağa tapşırılıb.
Mərasimdə Firəngiz Rəhimbəyovanın ailə üzvləri və sevənləri ilə yanaşı, Azərbaycanın Los-Ancelesdəki konsulluğunun nümayəndələri də iştirak edib.
Qeyd edək ki, Firəngiz Rəhimbəyova avqustun 16-da vəfat edib. Bir sıra filmlərdə də rol alan sənətçi daha çox “Bəxt üzüyü” filmindəki Sevda obrazı ilə yadda qalıb.
O, 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.
Digər xəbərlərə də bax
MANŞET
İran Qızıl Aypara Cəmiyyəti: “İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı”
İran Qızıl Aypara Cəmiyyətinin (IRCS) prezidenti Pir-Hüseyn Kolivənd İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapıldığını təsdiqləyib.
O bildirib ki, komandalar qəzaya uğrayan helikopterin qalıqlarının yerləşdiyi ərazidədirlər.
Qeyd edək ki, daha əvvəl Qızıl Aypara Milli Fövqəladə Hallar İdarəsi Qərargahı xilasetmə qruplarının Türkiyənin “Akıncı” pilotsuz uçan aparatı tərəfindən müəyyən edilmiş iki qaynar nöqtəyə hərəkət etdiyini açıqlamışdı.
MANŞET
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib.
Bu barədə XİN-in “X”dəki səhifəsində paylaşım edilib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost İran İslam Respublikasının müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – XİN-in paylaşımında qeyd olunub.
Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.
MANŞET
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib.
Bu barədə FHN-dən məlumat verilib.
“Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – deyə nazirlikdən bildirilib.