QAX
Qax sakini güllələnib, qohumu saxlanılıb
Qax sakini güllələnib, qohumu saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.
İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb./report
Digər xəbərlərə də bax
QAX
Qaxda Beynəlxalq Ailə Günü qeyd edilib
15 may 2024-cü il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə rayonda keçirilən sil-silə tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, YAP fəalları, şəhid və qazi ailələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimaİ-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, 15 may – Beynəlxalq Ailə Günü dünya ölkələrinin diqqətini ailələrin çoxsaylı problemlərinə yönəltmək məqsədilə təsis olunub və 30 ildir bu gün qeyd edilir. Cəmiyyətin əsas institutlarından biri, həmçinin insanın sosiallaşması prosesində ilk pillə olan ailə ətraf dünya ilə birlikdə dəyişir və inkişaf edir. Eyni zamanda, ailə özü də cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Vurğulamışdır ki, Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir. Bildirmişdir ki, görkəmli dövlət xadiminin ailə siyasəti Azərbaycanda bu gün də onun layiqli davamçısı cənab prezident tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir, milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafına xüsusi təsir göstərir. Respublikamızda Ailə Gününün qeyd olunması da bu sahədə dövlət siyasətinin əyani təcəssümüdür.
Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin də əyani təcəssümüdür. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.
Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə rayonumuzda da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.
Tədbirdə çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışmış, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasından bəhs ediblər.
ELM VƏ TƏHSİL
Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR
QAX
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib
10 may 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyi, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və kollektivləri ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə rəsmi toplantı keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, dünyada mənsub olduğu xalqların tarixində əbədi yaşamaq haqqı qazanmış nadir şəxsiyyətlər var ki, onlar həm öz ölkələrinə, həm də geniş mənada, bəşəriyyətə aid olan tarixi şəxsiyyətlərdir. Öz xalqı və dövləti qarşısındakı misilsiz tarixi xidmətləri ilə əbədiyyət qazanmış görkəmli dövlət xadimi Heydər Əliyev həm də dünya miqyasında XX əsrin qüdrətli liderlərindən biri kimi qəbul olunur. Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.
Diqqətə çatdırıb ki, Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq Lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. Heydər Əliyevin inamı, xalqın böyük etimadı özünü tam doğruldub. Onun layiqli davamçısı olan İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyulub. Azərbaycan öz iqtisadi, siyasi gücü, hərbi qüdrəti, xalqımızın mübarizə ruhu və əzmi ilə yeni zirvələri fəth etməyə doğru inamla irəliləməyə başlayıb. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğ”u ilə 44 gün ərzində Qarabağın işğaldan azad edilməsi tarixlərə sığmayacaq qədər möhtəşəm hadisədir. İşğaldan azad edilmiş torpaqlarımızın tarixi Zəfərdən sonra böyük sürətlə yenidən qurulması əfsanələrin, nağılların gerçəkləşdirilməsi deməkdir.
Daha sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavin Elbrus Tağıyev “ Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir ” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon prokuroru Rəşad Bəşirov, Şəki-Zaqatala Regional Təhsil idarəsinin Qax rayonu üzrə Təhsil sektorunun müdiri Babək Heydərov və Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Dilarə Əzizova Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmış, onun şərəfli ömür yolunun gələcək nəsillər üçün əsl örnək olduğunu qeyd etmişlər. Vurğulamışlar ki, bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla reallaşdırır. Son illərdə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, Ümummilli Liderin müəyyənləşdirdiyi və həyata keçirdiyi müdrik siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir.
Daha sonra YAP sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videolent nümayiş olunub.