TEXNOLOGİYA
“Kalaşnikov” konserni AK-74M-M partiyasını buraxıb
“Kalaşnikov” silahların qismən yığılmasına və sökülməsinə imkan verən AK-74M-M avtomatının kütlə-qabarit maketlərinin (KQM) partiyasını buraxıb.
Bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.
Partiyaya yeddi mindən çox modelin daxil olduğu qeyd edilir. Konsern əlavə edib ki, KQM-yə tələbat müəssisənin istehsal imkanlarını xeyli üstələyir. Onlar hərbi atıcı silahlar üçün dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə eyni vaxtda hazırlanır.
Xatırladaq ki, daha öncə AK-12 avtomatlarının Rusiya qoşunlarına tədarükü 2023-cü ildə, demək olar, iki dəfə artıb.
“Kalaşnikov” konserninin icraçı direktoru Andrey Barışnikov bildirib ki, konsern ilin sonunadək modernləşdirilmiş AK-12 avtomatının istehsalına başlamağı planlaşdırır.
Digər xəbərlərə də bax
MANŞET
DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşların sosial şəbəkələrdə məruz qaldığı dələduzluq halları ilə bağlı suallara aydınlıq gətirib və vətəndaşlara müraciət edib.
Müraciətdə kiber talamaya məruz qalma riskləri gündən-günə artdığı bildirilib:
“Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın”.
Həmçinin vurğulanıb ki, kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir, sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onun sözlərinə görə, onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub, ötən gün – mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb.
“Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, – məlumatda qeyd olunub.
MANŞET
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Bu barədə MEDİA məlumat yayıb.
Bildirilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Agentliyə təqdim edilməlidir.
Vurğulanıb ki, müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Qeyd edək ki, müsabiqəyə 23 may 2024-cü il tarixinədək müraciət etmək mümkündür.
ELM VƏ TƏHSİL
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Son zamanlar gizli qulaqlıqlara marağın artdığı müşahidə olunur.
Hətta bəzi hallarda tələbələrin imtahandan keçmək üçün həmin vasitədən istifadə etdiyi hallar da olur.
Dövlət İmtahan Mərkəzinin (DİM) rektor müdiri Xanlar Xanlarzadə qeyd edib ki, bu kimi halların qarşısının alınması üçün tədbirlər görülür.