Bizə qoşulun

XƏBƏRLƏR

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 130-cu kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 130-cu kitabı çapdan çıxıb.

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin iyul-sentyabr aylarını əhatə edir. Bu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana və Tacikistana səfərlərinə, həmçinin ölkəmizə səfər etmiş Özbəkistan və Türkiyə prezidentləri ilə görüşlərinə dair materiallar toplanıb. Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin 2023-cü ilin avqustunda Azərbaycana dövlət səfəri zamanı iki ölkənin liderləri, həmçinin Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər, Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər, şəhərin baş planı ilə tanış olublar, habelə Şuşa şəhərinə səfər ediblər. Bütün bunlar haqqında informasiyalarla 130-cu kitabda tanış olmaq mümkündür.

2023-cü il sentyabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri isə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimi ilə əlamətdar olub. Kitaba Azərbaycan və Türkiyə prezidentlərinin bu mərasimdə iştirakına, habelə təkbətək görüşünə, sənədlərin imzalanmasına, qardaş ölkələrin liderlərinin mətbuata bəyanatlarla çıxışlarına, Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılış mərasimində iştirakına dair informasiyalar da daxil edilib.

Ötən ilin sentyabr ayının ən mühüm hadisəsi isə Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri olub. Antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Prezident İlham Əliyev bu tədbirlərin nəticələri ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Sitat: Mən ümid etmək istəyirəm ki, bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət, sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır və onlar da əmin olmalıdırlar ki, bizim onların torpağında gözümüz yoxdur. Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Biz, sadəcə olaraq, həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən “erməni cəfakeşlərindən” tələb edirdik – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın.

Azərbaycan Prezidentinin bu müraciətinin tam mətni 130-cu kitaba daxil edilib.

Yeni nəşrdə dövlətimizin başçısının Çinin “China Media Group” media korporasiyasına, Şuşada “Euronews” televiziyasına müsahibələrinin mətnləri də verilib.

Dövlətimizin başçısı avqust ayında, həmçinin Qazax, Şəmkir, Samux, Bərdə, Kəlbəcər və Laçında səfərdə olub, “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edib. Oxucu bu kitabda həmin səfərlərin materialları ilə də tanış ola bilər.

“Azərnəşr” tərəfindən buraxılan 130-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ELM VƏ TƏHSİL

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.

DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.

     
Davamına bax

ELM VƏ TƏHSİL

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.

Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.

İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.

Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.

Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.

İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.

İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.

     
Davamına bax

İDMAN

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.

Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.

Yarımfinal

46 kq

Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5

Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0

48 kq

Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0

Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4

50 kq

Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0

İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4

57 kq

Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0

Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5

60 kq

Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0

Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4

63 kq

Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0

Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1

70 kq

Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0

Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1

75 kq

Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5

İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib

80 kq

Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0

İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5

Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL2 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL2 gün

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN2 gün

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET2 gün

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT2 gün

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT2 gün

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN2 gün

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET2 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET2 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET2 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 18.05.2024

İDMAN3 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA3 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA3 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT3 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR3 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR3 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR3 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR3 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN3 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR3 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR3 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR3 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN3 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT3 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT3 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT3 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET3 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET3 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN3 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET3 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT3 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT3 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET3 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT4 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR5 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ7 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND