XƏBƏRLƏR
“Azəriqaz” mənzil və obyektlərin müayinəsi zamanı aşkar edilən nöqsanları açıqlayıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Qaz təsərrüfatı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, fevralda 110 mindən çox ev və obyektlərdə müayinələr aparıb.
Bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, mənzil və obyektlərdə müayinələrə bu ilin yanvarından başlanılıb:
“Keçirilən müayinələr nəticəsində 60 min civarında nöqsanlar qeydə alınıb. Bu kiçik rəqəm deyil. 4 855 mənzildə xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb. Bu cihazlarının bir çoxunun istismar müddəti bitib”.
O qeyd edib ki, vanna otaqlarında quraşdırılmış qaz ilə su qızdırıcılarının, el arasında “pyatiminutka” deyilən cihazların böyük əksəriyyəti 15 ildən artıq istifadə olunan cihazlardır: “Bu cihazların da texniki pasportunda istifadə müddəti 10 ildən aşağı göstərilib. Bu isə onu təsdiq edir ki, artıq belə cihazlar istismar müddətindən çox istifadə edilir. Bu da ölüm saçan qurğulara çevrilmiş olur”.
İ.Behbudovun sözlərinə görə, müayinələr zamanı məlum olub ki, bir çox mənzillərdə qaz açılışı və mənzilə qaz verilişinin qeydiyyatı zamanı vanna otağında belə bir cihazın olması nəzərdə tutulmayıb və bu cihazlar hamam otağında sonradan quraşdırılıb: “Həmçinin, müayinələr göstərib ki, əksər evlərdə qazın sızmasını bildirən detektor yoxdur. Bir sıra mənzillərdə mətbəx otaqlarında yerdəyişmələrə rast gəlinir. Həyət evlərində isə tüstü bacalarında və qaz qurğularında rezin birləşmələrdə müəyyən problemlər aşkarlanıb”.
O vurğulayıb ki, “Azəriqaz” mənzillərdə və obyektlərdə müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
İDMAN
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.
Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.
Yarımfinal
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0
48 kq
Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0
Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0
İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4
57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5
60 kq
Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0
Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0
Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1
70 kq
Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0
Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1
75 kq
Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5
İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0
İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.