Bizə qoşulun

MANŞET

Sahibə Qafarova Cakartada “Böyük iyirmilik” ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib – FOTOLAR

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 5-də İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “Böyük iyirmilik” (G20) ölkələrinin parlament sədrlərinin 8-ci Sammitində çıxış edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

O, ilk olaraq, tədbirdə iştiraka dəvətinə görə İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharaniyə təşəkkürünü bildirərək, Sammitin çox əhəmiyyətli və aktual mövzulara həsr olunduğunu diqqətə çatdırıb.

Spikerin sözlərinə görə, yoxsulluq, humanitar böhran və münaqişələr, sosial bərabərsizliklər, iqlim dəyişikliyi və digər bu kimi müasir çağırışları təklikdə həll etmək mümkün deyil. “COVID-19” qlobal pandemiyasının bütün dünyaya göstərdiyi mühüm bir məsələ də odur ki, qlobal çağırışlar qlobal həllər tələb edir və kollektiv səylər, birgə fəaliyyət son dərəcə vacibdir. Parlamentarilər, xalqlarımızın nümayəndələri olaraq biz, hamımızı narahat edən problemlərin ən yaxşı həll yollarının tapılması ilə bağlı müzakirələrdə iştirak etməliyik.

Parlament əməkdaşlıq platformaları daha yaxşı dünya naminə birgə işləmək öhdəliyimizin və əzmimizin sübutudur. Bu mənada, G20 parlament sədrlərinin Sammiti parlamentlərin oynaya biləcəyi rolu və bugünkü problemlərin həllinə töhfələrini müəyyən etmək üçün çox mühüm bir tədbirdir. O, parlamentariləri bir araya gətirmək və parlament-hökumət əməkdaşlığının müxtəlif aspektləri üzrə hərtərəfli müzakirələrin aparılması üçün mühüm çərçivədir.

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında parlamentlərarası əməkdaşlığın yeni yaradılmış daha bir çərçivəsi – Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker qeyd edib ki, Parlament Şəbəkəsinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi irəli sürdüyü təşəbbüsün nəticəsidir.

Bu, Azərbaycanın güclü dəstəyinin və parlamentlərarası əməkdaşlığa sadiqliyinin göstəricisi olmuşdur. Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentariləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığı genişləndirməyi və dərinləşdirməyi təklif edib. Ötən ilin noyabrında Madriddə biz Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini təsis etdik. Bu ilin 30 iyun – 1 iyul tarixlərində isə Azərbaycanın evsahibliyi ilə keçirilən Bakı Konfransı Parlament Şəbəkəsinin inkişafında mühüm mərhələni təşkil etmişdir.

40-dan çox üzv parlamentin və 8 beynəlxalq parlament təşkilatının iştirakı ilə Parlament Şəbəkəsinin Əsasnaməsi, həmçinin rəsmi loqosu və bayrağı qəbul olunmuş, qarşıdakı üç il üçün Şəbəkənin sədri və sədr müavinləri seçilmişdir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti konfransının gələn ilin martında Manamada Parlamentlərarası İttifaqın 146-cı Assambleyası çərçivəsində keçirilməsi planlaşdırılır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin hazırkı sədri kimi Sahibə Qafarova inamını ifadə edib ki, Parlament Şəbəkəsi çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevriləcək.

O, deyib ki, Parlament Şəbəkəsi digər parlament təşkilatları ilə fəal əməkdaşlıq edərək, ümumi məqsədlərə töhfə verməyə hazırdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmizin sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb. Bu ilin iyul ayında Gənclər Şəbəkəsinin bazasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunması və Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təşəbbüsü də Azərbaycanın Qoşulma Hərəkatının institusional inkişafı istiqamətində atdığı addımlardandır.

Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2020-ci ilin dekabr ayında COVID-19 pandemiyası ilə mübarizəyə dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, COVID-19 peyvəndlərinə bərabər, əlverişli, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamələrin qəbulu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanmasına diqqəti yönəldən “COVID-19”-dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış etməsi ölkəmizin beynəlxalq əməkdaşlığa töhfələrinin, qlobal problemlərin həllinə birgə yanaşmanın vacibliyinə verdiyi önəmin sübutudur.

Sahibə Qafarova vurğulayıb ki, əgər biz beynəlxalq əhəmiyyət kəsb edən problemlərin həllinə yönəlmiş kollektiv səylərin uğurla nəticələnməyinə nail olmaq istəyiriksə, beynəlxalq institutların səmərəliliyini gücləndirməli, qəbul edilmiş sənədləri həyata keçirməli, ikili standartlara və selektiv yanaşmalara son qoymalıyıq. Milli Məclisin sədri təəssüflə qeyd edib ki, bir çox hallarda ölkələr bu sərt reallıqdan əziyyət çəkirlər. Azərbaycan da öz təcrübəsi ilə bunun şahidi olub.

O, xatırladıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ermənistan bu ərazilərdə etnik təmizləmə həyata keçirib və nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişə ilə əlaqədar həm mülki, həm də hərbçi olmaqla 4 minə yaxın Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyub. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının və digər müvafiq beynəlxalq təşkilatların qətnamə və qərarlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Ermənistan onlara məhəl qoymamışdır.

Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı sənədlər 27 il ərzində icra olunmamış qalmışdır.

Təəssüf ki, beynəlxalq təşkilatlar tərəfindən işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilməmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir. 2020-ci ilin sentyabr ayında Ermənistanın hərbi təxribatları nəticəsində başlayan 44 günlük müharibədən sonra işğalçı dövlət noyabr ayında kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalmışdır.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, post-münaqişə dövründə Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir. Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası regionda sülh və sabitliyə gətirib çıxaracaq.

Lakin Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə maneələr yaradır. Ermənistanın sonuncu dəfə – bu il sentyabrın 13-də törətdiyi hərbi təxribatlar da normallaşma prosesinə əngəl törədir. Bu cür davranışlar pislənilməlidir.

İndi ən vacib məsələ münasibətlərin normallaşması prosesini pozacaq hərəkətlərdən çəkinməkdir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasının yeganə yoludur.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.

Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

     
Davamına bax

CƏMİYYƏT

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.

     
Davamına bax

İDMAN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL6 saat

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL6 saat

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN6 saat

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET7 saat

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT7 saat

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT7 saat

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN8 saat

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET14 saat

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET14 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET14 saat

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET15 saat

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET15 saat

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET15 saat

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT17 saat

BÜRCLƏR – 18.05.2024

İDMAN23 saat

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA1 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT1 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR1 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR1 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR1 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR1 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN1 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR1 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR1 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR1 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN1 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT1 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT1 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT1 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET2 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN2 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET2 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT2 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT2 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET2 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT2 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR3 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ5 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL6 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ1 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND