Bizə qoşulun

SOSİAL

14034 müharibə əlilinə birdəfəlik ödəmə verilib

Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Prezident İlham Əliyevin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid olan qəhrəmanlarımızın ailələri, müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirir.

ƏƏSMN-dən verilən məlumata görə, nazirlik tərəfindən şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, dövlət icbari şəxsi sığortası üzrə 2 minə yaxın şəxsə sığorta ödənişi edilib.

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 14 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub.

2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb.

Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib.

Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən, 3 minədək ailə psixoloji dəstək və ödənişsiz dərman, 2600 şəxs reabilitasiya xidmətləri, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 ədəd yüksək texnologiyalı müasir protez, 1582 müharibə əlili 24300 reabilitasiya vasitəsi ilə təmin olunub.

13 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 53 mindən çox şəxsə xidmətlər göstərilib.

Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 117 min şəxsi əhatə edib, onlara 232 min sosial dəstək xidməti göstərilib.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Əmək Məcəlləsinə görə, hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq müəyyən edilir və bir ay çalışan işçiyə 345 manatdan az maaş vermək olmaz.

Lakin yeni sistemdə hesablama fərqli aparılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Azərbaycanda aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər üzərində çalışır.

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva bildirib ki, bəzi ölkələr hətta hibrid modellərdən (həm saatlıq, həm minimum əməkhaqqı) istifadə edirlər:

“Nazirlik olaraq qabaqcıl beynəlxalq təcrübəni araşdırırıq, təhlillərin nəticələri nəzərə alınmaqla təkliflər hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaq”.

N.Mirzəyeva onu da əlavə edib ki, saatlıq minimum əməkhaqqının müəyyən edilməsi bir sıra məqsədlərə xidmət edir. Əsas məqsəd isə işçilərin hüquqlarının qorunmasıdır.

İqtisadçı Xalid Kərimli bildirib ki, həftədə 40 saat işləyən və daimi iş yeri olan işçilər üçün heç bir dəyişiklik olmayacaq. Əvvəl bu rəqəm 345 manat müəyyənləşdirilmişdirsə, indi isə həmin məbləğ ayda olan iş saatlarına uyğun olaraq saatlı əməkhaqqına keçəcək. Bu sistem daha çevik bir mexanizmdir.

Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.

Daha ətraflı videoda:

 

     
Davamına bax

SOSİAL

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə 46 uşağı övladlığa verib.

Bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, övladlığa verilən uşaqlardan 24-ü oğlan, 22-si qızdır.

Bundan başqa, reinteqrasiya tədbirləri nəticəsində bu il dövlət uşaq müəssisələrindən 33-ü oğlan, 25-i qız olmaqla 58 uşaq ailələrinə qaytarılıb.

Xatırladaq ki, uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.

     
Davamına bax

CƏMİYYƏT

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

Sumqayıtda yeddi yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olan idman müəllimi Mehman Xəlilovla bağlı bəzi təfərrüat məlum olub.

Belə ki, Mehman Xəlilov narkotik və psixotrop maddələrin istifadəçisi olub. İbtidai istintaq zamanı dindirilən bir neçə şahidin ifadəsindən məlum olub ki, məşqçi narkotik vasitələr və psixotrop maddələri mütəmadi qəbul edirmiş.

Mehmanın qohumu olduğunu deyən və istintaq sirri olduğundan adı açıqlanmayan şahid məşqçini xarakterizə edərkən onun fiziki cəhətdən güclü, xarakter cəhətdən isə zəif olduğunu, son vaxtlar spirtli içki və hətta narkotik vasitələrdən də istifadə etdiyini bildirib. Şahid onu da vurğulayıb ki, şəxsi istifadəsi üçün narkotik maddəyə ehtiyacı yarananda Mehman Xəlilova müraciət edib.

Mehman da öz növbəsində ona istədiyi “metamfetamin”in əvəzinə marixuana verib. İstintaq materiallarında diqqətçəkən digər məqam Mehman Xəlilovun hadisə baş verən gün, yəni 2023-cü il aprelin 29-da narkotik maddə axtarması epizodudur. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edib ki, onun törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunub, həmin əməllər qəsdən törədilib.

Mehman Xəlilov məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan yeddi yaşlı Fəridi qəsdən öldürüb. Məhkəmənin qənaətinə görə, Fəridin anası Aynurun Mehmanla sevgi münasibətlərinə son qoyması idmançıda qisas hissi yaradıb.

Hadisə günü Fəridi idman zalında görən Mehman ona qarşı üst-üstə, hətta qulaqlarından da tutmaqla 80 dəfə təhlükəli fənd işlədərək yerə çırpıb. Fəridin anası Aynur Məlikovanın məşqçi Mehman Xəlilovla yaxın münasibətlərinə gəldikdə isə bu əlaqələr 2023-cü ilin fevralına təsadüf edir. Yəni Fəridin məşqə başladığı vaxta. İki aylıq münasibətlərdən sonra Aynur Mehmandan ayrılmaq istəyib.

Mehman isə buna etiraz edib. İbtidai və məhkəmə istintaqına təqdim olunan materiallardan bəlli olur ki, tərəflərin arasındakı münasibətin qəfil pozulmasının azyaşlının ölümünə bilavasitə təsiri olub. Fəridlə zalda birlikdə məşqə gedən qardaşı ifadəsində bildirib ki, Mehman müəllim hər zaman onlarla yaxşı rəftar edib.

Lakin həmin gün məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlayıb. Belə ki, həmin gün Fərid ağlayaraq anasına məşqə getmək istəmədiyini bildirib. Anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini deyib. Lakin Mehmanla danışdıqdan sonra anası onları məşqə aparıb. Uşaqlar zala daxil olan kimi Mehman Fəridi qaldıraraq başının üzərindən yerə çırpıb, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamaqla əsəbi halda azyaşlıdan nə üçün məşqə gəlmək istəmədiyini soruşub.

Qardaşı bildirib ki, ilk vaxtlar Fərid yerə çırpıldıqdan sonra ayağa qalxa bilsə də, bir qədər sonra ayağa dura bilməyib. Qardaşı ifadəsi zamanı daha sonra qeyd edib ki, idmançı azyaşlıya “yenə də anana gəlmirəm deyəcəksən?” sualını təkrar-təkrar verərək ona qarşı təhlükəli fəndləri tətbiq etməkdə davam edib.

Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunan tibbi müayinə protokolundan da görünür ki, təqsirləndirilən şəxsdən götürülmüş analizlərdə onda marixuana və opioidlərin qəbulu aşkarlanıb.

Tədqiq edilən bütün halları nəzərə alan məhkəmə Mehman Xəlilovu 19 il azadlıqdan məhrum edib.

Daha ətraflı Baku TV-nin süjetində:

     
Davamına bax

Facebook

XƏBƏRLƏR1 saat

Şəkidə nöqsanlar aşkarlanan şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

RƏSMİ XRONİKA2 saat

Prezident İlham Əliyev “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədrini qəbul edib

İDMAN2 saat

Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

İDMAN3 saat

Laçın şəhərində “Sağlam həyat” günlərinə start verilib

İQTİSADİYYAT3 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.05.2024)

XƏBƏRLƏR4 saat

İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

CƏMİYYƏT4 saat

Xocalıya növbəti köç baş tutub, 88 nəfər yurduna qayıdıb – FOTOLAR

MANŞET12 saat

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər

CƏMİYYƏT13 saat

BÜRCLƏR – 29.05.2024

ANA SƏHİFƏ13 saat

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

XƏBƏRLƏR18 saat

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

SİYASƏT19 saat

Kuba XİN: Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə hazırıq

MANŞET19 saat

Ərdoğan Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

HƏRBİ20 saat

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

MANŞET21 saat

Prezident və birinci xanım Xocalıda 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar

İDMAN21 saat

Azərbaycan idmançısı “Bratislava Reqatası”nda bürünc medal qazanıb

MANŞET22 saat

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub

MANŞET22 saat

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub

CƏMİYYƏT23 saat

Sabahın HAVA PROQNOZU – 29.05.2024

CƏMİYYƏT23 saat

Ağdamda mina partlayışı olub, ANAMA əməkdaşının ayağı amputasiya edilib

MANŞET23 saat

Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bərabər olacağıq

XƏBƏRLƏR23 saat

Kürdə suyun səviyyəsi azalıb

RƏSMİ XRONİKA24 saat

İtaliya Prezidenti İlham Əliyevi təbrik edib

MANŞET24 saat

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub

İQTİSADİYYAT1 gün

Qəbələ RLS-in rəhbərliyi dəyişib

HƏRBİ1 gün

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MANŞET1 gün

Polşa səfirliyi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

MANŞET1 gün

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürurunu ürəkdən bölüşürük

MANŞET1 gün

Azərbaycan XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik edib

RƏSMİ XRONİKA1 gün

Konqo və Keniya prezidentləri Azərbaycan liderini təbrik ediblər

MƏDƏNİYYƏT1 gün

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

MANŞET1 gün

Mehriban Əliyeva Müstəqillik Günü ilə əlaqədar paylaşım edib

MANŞET1 gün

Şərqdə ilk demokratik respublikanın yaranmasından 106 il keçir

CƏMİYYƏT2 gün

Zaqatalada QƏTL: 44 yaşlı qadın güllələndi

MANŞET2 gün

Prezident “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” beynəlxalq konfransının iştirakçılarına müraciət edib

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 28.05.2024

CƏMİYYƏT2 gün

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ2 gün

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

MANŞET2 gün

Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib

İDMAN2 gün

Azərbaycan milli komandasının yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb – SİYAHI

ANA SƏHİFƏ13 saat

MİQ imtahanına düşən suallarla bağlı NARAZILIQ: “Ciddi problemlər var” – VİDEO

HƏRBİ20 saat

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

HƏRBİ1 gün

Müdafiə Nazirliyi 28 May – Müstəqillik Günü münasibətilə videoçarx yayıb – VİDEO

MƏDƏNİYYƏT1 gün

Xalq artisti Habil Əliyevin doğum günüdür – VİDEO

CƏMİYYƏT2 gün

Saatlıq əməkhaqqı necə hesablanacaq? – VİDEO

HƏRBİ2 gün

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər – VİDEO

ELM VƏ TƏHSİL3 gün

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

HƏRBİ3 gün

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

HƏRBİ3 gün

Müstəqillik Günü ərəfəsində hərbi hissələrin birində “Açıq qapı” günü keçirilib – VİDEO

HƏRBİ4 gün

Qarabağ bölgəsində tərk edilmiş döyüş mövqeyində HHM sistemi aşkarlanıb – VİDEO

SİYASƏT5 gün

Azərbaycan və Moldova DİN-ləri əməkdaşlığa dair saziş imzalayıblar

CƏMİYYƏT5 gün

Qazaxın dörd kəndinin azad edilməsi Prezidentə məruzə olunub, Azərbaycan bayrağı ucaldılıb – VİDEO

XƏBƏRLƏR1 həftə

Culfada top mərmisi tapılıb

BALAKƏN1 həftə

“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir

CƏMİYYƏT1 həftə

“YAŞAT” Fondu müharibə əlilinin əməliyyat xərcini qarşılayıb

İQTİSADİYYAT2 həftə

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR2 həftə

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ2 həftə

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL2 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ3 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN3 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT3 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ3 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT3 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR3 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL3 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ3 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT3 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR4 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

TREND