XƏBƏRLƏR
Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıb
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Ceyrançöl ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi, Ahmed Hamad Musabeh Khaıfan Almesafrı və Obaıd Juma Obaıd Zayed Alketbı olduğu müəyyən edilib:
“Əcnəbi vətəndaşlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə 4 bəzgək quşu götürülərək yenidən təbiətə buraxılıb. Faktla bağlı akt, protokol tərtib edilib və barələrində inzibati icraat işləri başa çatanadək onların ölkə ərazisindən çıxışlarına məhdudiyyət qoyulması üçün aidiyyəti qurumlara müraciət olunub”.
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
İDMAN
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.
Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.
Yarımfinal
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0
48 kq
Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0
Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0
İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4
57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5
60 kq
Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0
Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0
Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1
70 kq
Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0
Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1
75 kq
Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5
İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0
İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.