İDMAN
Azərbaycan tennisçiləri Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa birinciliyinin ilk günündə uğurla çıxış ediblər.
Azərbaycan Stolüstü Tennis federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Onur Quluzadə, Şakir Qədirov və Yağmur Məmmədli, Banu Baytallıdan ibarət heyət komanda yarışlarının ilkin qrup mərhələsində etimadı doğruldub.
İngiltərə seçməsinə 3-2, Estoniya kollektivinə 5-0 hesabı ilə qalib gələn idmançılarımız avstriyalı rəqiblərinə 2-3 hesabı ilə uduzaraq qrup ikincisi kimi növbəti mərhələyə adlayıblar.
Komandamız bu gün keçiriləcək ikinci qrup mərhələsində Almaniya, Bolqarıstan və Macarıstan seçmələri ilə mübarizə aparacaq.
Digər xəbərlərə də bax
İDMAN
“Şamaxı” klubunun yeni baş məşqçisi açıqlanıb
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandasının yeni baş məşqçisi açıqlanıb.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Ayxan Abbasova tapşırılıb.
43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ayxan Abbasov bu vəzifədə Ramiz Məmmədovu əvəzləyib.
İDMAN
İdman ictimaiyyətinin könüllü qanvermə aksiyası keçirilir
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirilir.
Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyaya nazirliyin kollektivi, idman qurumlarının əməkdaşları, idmançılar, idman ictimaiyyətinin nümayəndələri, könüllülər, İdman Akademiyasının əməkdaşları və digər kateqoriyadan olan insanlar qoşulublar.
Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Aksiyada ümumilikdə 150-dən çox insan donor qan verib. Donorlardan toplanan qan talassemiyadan əziyyət çəkən xəstələrə bəxş olunacaq.
Qeyd edək ki, aksiya eyni zamanda Mərkəzi Qan Bankının region bölmələrində (Quba, Mingəçevir, Gəncə, Bərdə, Şirvan, Şəki, Lənkəran, Sumqayıt) keçirilir.
İDMAN
Qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib
“Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına iyunun 20-dən etibarən start veriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, abituriyentlər cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan beş gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər.
Hazırda abituriyentlər Təsviri sənət istiqamətinin 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə 26 min 622 nəfər, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə 3759, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslar üzrə isə 4040 abituriyent qeydiyyatdan keçib.