Bizə qoşulun

CƏMİYYƏT

Körpəyə hansı D vitamini və necə verilməlidir?

D vitamini, sümüklərin inkişafı, hüceyrələrin böyüməsində önəmli rol oynayır. Əgər orqanizmdə vitamin çatışmazlığı olarsa, bu, sümüklərdə bir sıra dəyişkənliyə gətirib çıxarar ki onlardan ən vacibi raxit xəstəliyidir. Bunun üçün vitaminin normal miqdarda qəbulu şərtdir.

Günümüzdə apteklərdə bir çox D3 tərkibli vitaminlər satılır. Hər pediatr isə eyni dərman preparatını yazmır. Bu da alıcılarda çaşqınlıq yaradır.

Medicina.az valideynlərin ən çox verdiyi suallara cavabları təqdim edir.

Valideynlər ciblərinə uyğun istənilən D3 vitaminini ala bilər. Bahalı, ucuzluğu və ya hansı firmanın olması fərq etməz.

Son zamanlar “Akvadetrim” və “Simbavit” dərmanları ən çox alınan D3 vitaminləri sırasındadır. Hansının daha keyfiyyətli olması isə valideynlərdə sual doğurur. Bəziləri akvadetrim vitamininin tərkibində spirt olduğunu və buna görə məsləhətli olmadığını deyirlər. Digər qisim isə simbaviti pisləyərək digər preparatı üstün tutur.

Akvadetrimin tərkibində olan spirt benzil spirtidir ki bu da təhlükə törətmir. Valideynlər etil spirti ilə benzil spirtini qarışdırmasınlar. Bu tərkibdə olan spirt bir çox şirniyyatların daxilinə qatılır. Bunun bu qədər şişirdilməsi düzgün deyil. Uşaqlar üçün heç bir təhlükədən söz gedə bilməz. Bir çox dərmanların da tərkibinə qatılır. Akvadetrim normal preparatdır və istifadə edilməsinin heç bir zərərli təsiri yoxdur

Bəzi valideynlər ixtiyari olaraq (bəzən isə zökəm bronxit və ya pnevmoniya olduğu zaman ana özbaşına kəsir), bəziləri isə həkim göstərişi əsasında bu vitaminin verilməsini dayandırır.

“Uşaq o zaman bu tələbatı tam ödəmiş olur ki, heç bir paltar geyinmədən yalnız pampers ilə yarım saat, 1 saat günəş şüaları altında qalsın. Analar əksər zaman uşağını geyindirərək, papaq taxaraq gəzdirir. Bununla da körpə lazımı D vitamini ala bilmir. Südəmər körpəyə isə xüsusilə verilməlidir. Əksər D vitamini gün ərzində bir qaşıq suda təyin olunan miqdarda həll olunaraq verilir, yeməkdən öncə və ya sonra olmasının fərqi yoxdur.

Qeyd edək ki, D3 vitamini körpəyə iki həftəsindən başlayaraq 2 yaşına qədər verilməlidir.

Almaniyada bu göstərici 5, Türkiyədə 3 yaşına kimidir.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

CƏMİYYƏT

BÜRCLƏR – 15.05.2024

15 may, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik:

Qoç

Gün gözəl xəbərlər gətirəcək. Bəzi Qoçlar da uzun müddətdir üzərində çalışdıqları suallara nəhayət dəqiq cavablar alacaqlar. Bəzi ev və ya ailə problemlərinin həllinə diqqət yetirənlər onların öhdəsindən gələ biləcəklər. İşgüzar baxımdan da gün uğurlu olacaq. Özünüzü yaxşı sübut edəcəksiniz, çox şeyə qadir olduğunuzu göstərəcəksiniz.

Bəzi qeyri-adi ideyaları, o cümlədən əvvəllər hər kəsə çox cəsarətli görünən, demək olar ki, fantastik ideyaları həyata keçirmək imkanınız olacaq. Təhsil asan olacaq və imtahanlardan keçməkdə heç bir problem olmayacaq.

Buğa

Çətin görünsələr belə, yeni işlər götürün: bu gün hər şeyin öhdəsindən mükəmməl gəlmək şansınız olacaq. Çox güman ki, tək işləmək məcburiyyətində olmayacaqsınız. Yaxınlıqda mürəkkəb problemləri həll etmək üçün etibarlı köməkçilər olacaq. Bəzi Buğalar da ən ciddi məsələlərdə peşəkar məsləhət almaq üçün mütəxəssislərə müraciət etmək imkanı əldə edəcəklər.

Yeni tanışlıqların əleyhinə olmayan bürc nümayəndələri də gündən həzz alacaqlar. Həmişəkindən daha tez-tez diqqət mərkəzində olacaqsınız, çoxları sizinlə ünsiyyət qurmaq istəyəcək.

Əkizlər

Qətiyyətlə hərəkət edin: indi ulduzlar sizin tərəfinizdədir və vacib işlərin öhdəsindən gəlmək üçün bundan yararlanmalısınız. Gün xüsusilə səfərlərə çıxan və ya uzaqdan gəlmiş insanlarla ünsiyyət quran Əkizlər üçün əlverişli olacaq. Yəqin ki, uzun sürən işgüzar danışıqların uğurla başa çatması, sizin üçün hansısa hüquqi münaqişənin uğurla yekunlaşması mümkün olacaq.

Başqaları ilə ümumi dil tapmaq həmişə asan olmayacaq. Bəzilərinə elə görünə bilər ki, siz çox da mehriban deyilsiniz, həddən artıq sərt iradlar bildirir və münaqişələrə səbəb olursunuz. Mümkün qədər mehriban olmağa çalışın və tanıdığınız ən həssas insanları incidə biləcək fikirlər səsləndirməkdən çəkinin.

Xərçəng

Mübahisələrdən qorxmayın: bu gün onlar sizə çətin vəziyyəti anlamağa, düzgün qərar qəbul etməyə və hədəfinizə ən qısa yolu tapmağa kömək edəcək. Sizinlə razılaşmayan insanlar çox dəyərli məlumatları paylaşa və ya bilmədən sizə gözəl ideyalar verə bilərlər.

Kiçik çətinliklər mümkün olsa da, gün ərzində əhvalınız yaxşı olacaq. Şübhəsiz ki, dərhal görmək istədiyiniz maraqlı işlər olacaq. Tək hərəkət etməklə istədiyiniz nəticəni əldə edə bilərsiniz. Ancaq kimsə kömək təklif edərsə, ondan imtina etməmək daha yaxşıdır: bu şəkildə daha az enerji xərcləyəcəksiniz.

Şir

Bu gün insanlarla ünsiyyət qurmaq və hətta adətən yalnız başqalarının çatışmazlıqlarını görənləri də sevindirmək bacarığına ehtiyacınız olacaq. Faydalı əlaqə qurmaq ehtimalınız var. Peşəkar anlamda yüksəlişə can atan Şirlər etibarlı tərəfdaşlar tapacaq və ya nüfuzlu insanların dəstəyinə müraciət edə biləcəklər.

Şəxsi münasibətlərlə bağlı hər şeydə intuisiyaya arxalanmalısınız. O, sizə yaxınlarınızın və yeni tanışlarınızın sizdən nə gözlədiyini söyləyəcək. İstənilən praktiki məsələlər günün birinci yarısında həll edilməlidir; sonradan onlara diqqət yetirməkdə çətinlik çəkəcəksiniz.

Qız

Vacib bir şeyə diqqət yetirməyi planlaşdırırsınızsa, o zaman yalnız öz güclü tərəflərinizə güvənin, kiminsə bəzi qayğılarınızı öz üzərinə götürəcəyini gözləməyin. Kömək etmək istəyənlər peyda ola bilər, lakin çətin ki, bu insanlar lazım olanı tam olaraq edə bilsinlər.

İstənilən mühüm söhbət günortaya qədər təxirə salınmalıdır: bu vaxt həm iş, həm də şəxsi məsələlərin müzakirəsi üçün əlverişli olacaq. Axşam bəzi ictimai tədbirlərə və ya planlaşdırılmamış səfərlərə gedən Qızlar üçün xoş sürprizlər vəd edilir.

Tərəzi

Bu gün ortaya çıxan bütün plan və ideyalara ehtiyatla yanaşmaq lazımdır. Fakt budur ki, həm mövcud vəziyyəti, həm də öz güclü tərəflərinizi düzgün qiymətləndirmək sizin üçün çətin olacaq. Planınızı həyata keçirməyə başlamazdan əvvəl, şərtlər əlverişli deyilsə, həqiqətən istədiyiniz nəticəni əldə etmək şansınızın olub-olmadığını düşünün.

Digər sahələrdə gün əlverişli olacaq. Gündəlik işlərinizin öhdəsindən gəlmək sizin üçün çətin olmayacaq. Çoxdan başladığınız işi başa çatdırmaq çox vaxt aparmayacaq.

Əqrəb

Tələsməyin. Çox gözəl ideyalarınız olacaq və onları dərhal həyata keçirmək istəyəcəksiniz. Ancaq aydın və yaxşı düşünülmüş planlarınız olana qədər heç nə etməsəniz, daha yaxşı olar. Dəstək üçün güvəndiyiniz insanların kömək etməyə hazır olduğundan əmin olmalısınız.

Bir çox Əqrəblər üçün gün yeni hobbi və maraqların yaranması, həmçinin adi həyat tərzində dəyişikliklərlə bağlı olacaq. Əgər uzun müddətdir pis vərdişləri faydalı vərdişlərlə əvəz etməyi planlaşdırırsınızsa, ilk addımı ata bilərsiniz: bu, çətin olmayacaq.

Oxatan

Bürcün həssas nümayəndələri üçün gün çətin olacaq. Emosional fon gərgin olacaq və hətta kiçik hadisələr də ciddi narahatlıqlara səbəb ola bilər. Sürətli impulslara təslim olmayın, şıltaqlıqlarınıza qapılmayın. Sağlam düşüncəni rəhbər tutan Oxatanlar səhv etməyəcəklər.

Diqqətinizi praktiki problemlərin həllinə yönəldə bilərsiniz: onları tez başa vurduqdan sonra özünüzü daha inamlı hiss edəcəksiniz. İstənilən ciddi söhbət günortaya qədər təxirə salınmalıdır ki, bu zaman başqaları ilə anlaşmanız daha asan olacaq.

Oğlaq

Çox işləri yaxşı görəcəksiniz. Gün əvvəllər başlamağa cəsarət etmədiyiniz işlər üçün münasibdir. Əvvəllər çox çətin görünən işləri tez anlayacaq və bir çox suallara cavab tapacaqsınız. İşgüzar münasibətlərdə yaxşılığa doğru dəyişikliklər mümkündür. Bir çox Oğlaqlar yeni tərəfdaşlar tapmaq və peşəkar mövqelərini gücləndirmək şansı qazanacaq.

Gün şəxsi münasibətlər baxımından da əlverişli olacaq. Siz sevdiklərinizi dərhal anlayacaqsınız və yəqin ki, yeni tanışlarınızın ağlında nələrin olduğunu asanlıqla təxmin edəcəksiniz.

Dolça

Səhər narahatlıqlar olacaq. Çətin ki, diqqətinizi vacib və mürəkkəb bir işə cəmləyə biləsiniz: çox vaxt ətrafınızdakılar diqqətinizi yayındıracaq və kiçik, lakin təcili məsələlər ortaya çıxa bilər. Ona görə də günə adətən öhdəsindən asanlıqla gəldiyiniz işləri həll etməklə başlamağa dəyər.

Günün ikinci yarısı uğurlu olacaq. Bu zaman sizdən tələb olunan yeganə şey yeni tanışlarla ünsiyyətdə ehtiyatlı olmaqdır. Sirlərinizi və ya hər hansı dəyərli məlumatı onlarla bölüşməyə tələsməyin. Və yalnız uzun müddətdir etibar etdiyiniz insanlarla vacib planları müzakirə etməlisiniz.

Balıq

Həmişəkindən daha tez-tez başqalarının işlərinə qarışmalı, çətin vəziyyətdə olanlara kömək etmək üçün öz planlarınızın həyata keçirilməsini təxirə salmalı olacaqsınız. Eyni zamanda, çox diqqətli və incə olacaqsınız.

Planlaşdırılmamış xərclər ehtimal olunur. Onlar boşuna getməyəcəklər. Əhəmiyyətli məbləğlərdən söhbət getmir, ona görə də bu barədə ciddi narahat olmağa ehtiyac yoxdur. Və ümumiyyətlə, gün kifayət qədər uğurla keçəcək, xüsusən də orijinal qərarlar qəbul etməyə və dərhal həyata keçirməyə hazır olan Balıqlar üçün işlər qaydasında olacaq.

     
Davamına bax

CƏMİYYƏT

Sabahın HAVA PROQNOZU – 14.05.2024

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı, qısamüddətli intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

     
Davamına bax

CƏMİYYƏT

Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlanıb

Artıq iyun ayında Şuşa şəhərində 370 ailə – 1 450 nəfər yaşayacaq.

Bunu jurnalistlərə açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib.

“Artıq şəhərimizə köç başlayıb. İyun ayında 370 ailə – 1 450 nəfər şəhərimizdə yaşayacaqlar. Bu, böyük xoşbəxtlikdir. Mərhələ-mərhələ hər bir şuşalı doğma yurduna xoşbəxt həyatını davam etdirəcək”, – o qeyd edib.

Xatırladaq ki, mayın 14-də Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

     
Davamına bax

Facebook

SİYASƏT3 saat

Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək

İQTİSADİYYAT5 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024

İQTİSADİYYAT5 saat

Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib

MANŞET6 saat

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb – FAKTİKİ HAVA

CƏMİYYƏT14 saat

BÜRCLƏR – 15.05.2024

İQTİSADİYYAT1 gün

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb

MANŞET1 gün

DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib

SİYASƏT1 gün

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb

CƏMİYYƏT1 gün

Sabahın HAVA PROQNOZU – 14.05.2024

XƏBƏRLƏR1 gün

Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib

ELM VƏ TƏHSİL1 gün

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

SİYASƏT1 gün

Sahibə Qafarova Sinqapurda səfərdədir

İDMAN1 gün

Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

XƏBƏRLƏR1 gün

Qusarda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb

İQTİSADİYYAT1 gün

Azərbaycan və Qırğızıstan mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

OĞUZ1 gün

Oğuzda irigövdəli ağacın aşması nəticəsində 15 kəndin internet təminatı kəsilib

RƏSMİ XRONİKA1 gün

Prezident ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib

İQTİSADİYYAT1 gün

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

SİYASƏT1 gün

Azərbaycan XİN İsraili təbrik edib

ANA SƏHİFƏ1 gün

Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

XƏBƏRLƏR1 gün

Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib – FAKTİKİ HAVA

ELM VƏ TƏHSİL1 gün

Sabahdan MİQ-ə sənəd qəbulu başlayır

İQTİSADİYYAT1 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2024)

CƏMİYYƏT1 gün

Bu ay Şuşaya köçüçürüləcək əhalinin sayı açıqlanıb

REGİON1 gün

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb

CƏMİYYƏT1 gün

136 nəfər şuşalı öz doğma yurduna qayıdıb – FOTOLAR

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 14.05.2024

ELM VƏ TƏHSİL2 gün

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir – FOTO

ELM VƏ TƏHSİL2 gün

Şimal-qərb zonasının 31 məktəblisi olimpiada qalibidir – FOTOLAR

ELM VƏ TƏHSİL2 gün

Nazir: Qarabağ Universitetinə üç proqram rəhbəri seçilib

RƏSMİ XRONİKA2 gün

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

MANŞET2 gün

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SƏRƏNCAM

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 14.05.2024

MANŞET2 gün

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib

SOSİAL2 gün

Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb

SƏHİYYƏ2 gün

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olunub

HƏRBİ2 gün

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

MANŞET2 gün

MEDİA çap mediası subyektləri üçün müsabiqə elan edib

XƏBƏRLƏR2 gün

Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib

HƏRBİ2 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

HƏRBİ2 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL3 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ5 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN5 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT6 gün

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ7 gün

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT7 gün

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR7 gün

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL1 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ1 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT1 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ2 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

HƏRBİ3 ay

Zakir Həsənov Türkiyə müdafiə nazirinin müavini ilə Ermənistanla sərhəddəki vəziyyəti müzakirə edib

HƏRBİ3 ay

Dəniz xüsusi təyinatlıları zərbə PUA-sı ilə şərti düşmənin müşahidə məntəqələrini sıradan çıxarıb – VİDEO

TREND