Bizə qoşulun

SİYASƏT

Ermənistanın təxribatları dünya mətbuatının manşetlərində

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarında irimiqyaslı təxribata əl atması, son bir neçə gün ərzində Azərbaycanın sərhəd rayonlarını intensiv atəşə tutması, Azərbaycan Ordusunun hərbçiləri ilə yanaşı, Laçın və Kəlbəcər rayonlarında quruculuq işlərinə cəlb olunmuş mülki şəxsləri də hədəfə alması dünya mediasının diqqət mərkəzindədir. Xarici mətbuat orqanlarında Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə toxunulur, hələ də Qarabağ ərazisindən erməni silahlılarını çıxarmaması barədə məlumat verilir.

Türkiyə mətbuatı ermənilərin təxribatları haqqında genişhəcmli material verməkdə davam edir. Media Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatları pisləyir. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dövlət sərhədində təxribatlar törədilir, Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olur və infrastruktura zərbə vurulur, dağıntılar törədilir. Ermənistan illərdir davam edən təxribatçı və təcavüzkar mövqeyindən tamamilə əl çəkməli, ona uzadılan sülh əlini fürsət bilməlidir. Qeyd olunub ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsinin əsas səbəbidir.

Norveçin bir sıra mətbuat orqanları baş verən hadisələrə cavab olaraq beynəlxalq səviyyədə lazımi addımların atılmasını, ermənilərin yeni provokasiyalarının qarşısının alınmasına ümid edir. Mətbuat Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin qorunması və Ermənistan tərəfinin üzərinə götürdüyü ikitərəfli və çoxtərəfli öhdəliklərə uyğun addımlar atmasını zəruri hesab edir.

Misirin “Alqararalarabi”, “Rayetmisr”, “Əl Diplomasi”, “Cümhuriyyə” kimi qəzet və portallarında sentyabrın 12-də gecə saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdiyi qeyd olunub. Materiallarda erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən, minaatanlardan intensiv atəşə tutulduğu və nəticədə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti arasında itkilərin olduğu, hərbi infrastruktura ziyan dəydiyi bildirilib.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri təxribatlar Əlcəzair mətbuatının da diqqətindədir. Əlcəzair mediasında Azərbaycan Ordusunun, guya Ermənistanın mülki əhalisini, obyektlərini və infrastrukturunu hədəfə alması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiya olduğunu bildirir.

Yaponiyanın nüfuzlu JIJI PRESS agentliyinin, “The Sankei News” qəzetinin, “almedia.jp” portalının və digər KİV-ində yapon və ingilis dillərində yaydığı məlumatlarda erməni təxribatlarının vəziyyətin gərginləşməsinə xidmət etdiyi vurğulanır. Məlumatlarda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verdiyi də bildirilir.

Ukrayna mətbuatı Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları barədə geniş informasiyalar yaymaqda davam edir. Ölkənin xəbər portallarında baş vermiş təxribat, qarşıdurma geniş işıqlandırılıb, Azərbaycanın haqlı mövqeyi əks olunub. Ukrayna mətbuatında qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara Azərbaycan Ordusu layiqli cavab verib.

Moldova mətbuatı Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti, son bir ay ərzində Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəy istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması və bu gün törətdiyi genişmiqyaslı təxribatları vəziyyətin gərginləşməsi barədə geniş materiallar dərc edib.

Böyük Britaniya mətbuatında da Ermənistan silahlı qüvvələrinin təxribatının, eləcə də Azərbaycanın ərazisinə və suverenliyinə qarşı hərbi təhdidlərin qarşısının alınması, ərazilərdə infrastruktur işlərinə cəlb olunmuş hərbi qulluqçuların, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kəlbəcər və Laçın rayonları üzrə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunmuş bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü barədə məlumatlar verilib.

İngilis jurnalisti Neyl Vatson ermənilərin genişmiqyaslı təxribat törətməsinə münasibət bildirərkən qeyd edib ki, hazırda sərhəddə baş verən təxribatların əsas səbəbi Paşinyan hökumətinin yürütdüyü yarıtmaz siyasətdir: “Paşinyan Ermənistan tarixində Qarabağı itirən rəhbər kimi qalmaqdan qorxur. Əvvəlki hakimiyyətləri dəstəkləyən ermənilər və erməni diasporu Paşinyan əleyhinə birgə mübarizə aparırlar”. N. Vatson bəzi xarici qüvvələrin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərə Avropa İttifaqının vasitəçilik etməsindən qəzəbləndiyinə də toxunub.

Gürcüstanın xəbər portallarında yayılan materiallarda Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətməsi və Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilməsi qeyd olunub.

İtaliyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan–Ermənistan sərhədindəki hərbi toqquşmalardan yazıb. Verilmiş informasiyalarda Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərinin və təminat yollarının minalanmasını həyata keçirdiyi, nəticədə silahlı toqquşmanın baş verdiyi, hər iki tərəfdə də itkilərin olduğu qeyd edilib.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

SİYASƏT

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.

Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.

Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.

     
Davamına bax

SİYASƏT

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.

Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.

     
Davamına bax

MANŞET

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.

Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.

Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL1 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL1 gün

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN1 gün

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET1 gün

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT1 gün

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT1 gün

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN1 gün

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET2 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET2 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET2 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 18.05.2024

İDMAN2 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT2 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR2 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR2 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR2 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR2 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN2 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR2 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR2 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR2 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN2 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT2 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT2 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET2 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN3 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET3 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT3 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT3 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET3 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT3 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR4 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ6 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND