SİYASƏT
Bakıda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Daşların harayı” adlı tədbir keçirib.
Bu barədə qurumdan məlumat verilib.
İdarə rəhbərliyi və əməkdaşlarının, İçərişəhər Ağsaqqallar Şurasının üzvlərinin, “Qoru” Gənclər Təşəbbüs Qrupunun könüllülərinin iştirak etdiyi tədbirdə öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvanşahlar Sarayı Kompleksində təşkil edilmiş tədbirdə çıxış edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə tədbirin tarixi məkanda keçirilməsinin təsadüfi olmadığını, Sarayın bu qanlı hadisələrə “şahidlik” etməsini, onun divarlarının bu günə kimi qanlı tarixin izlərini saxladığını vurğulayıb. İdarə sədri 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu və soyqırımından 80 il sonra – 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini qeyd edib.
Daha sonra çıxış edən “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova soyqırımı tarixindən danışaraq həmin faciədə İçərişəhər əhalisinin yaşadığı fəlakətlərin tarixi araşdırmalarından bəhs edib, daşnak-bolşevik silahlı dəstələrinin hücumu zamanı həmçinin İçərişəhərin tarixi abidələrinə qarşı törədilən dağıntılar barədə məlumatlar verib.
Tədbirdə iştirak edən İçərişəhər sakini Mələk Hacıyeva həmin döyüşlərin iştirakçısı olan babasına türk sərkərdəsi Nuru Paşa tərəfindən hədiyyə edilmiş və bu günə kimi yadigar qalan məğlubedilməzlik rəmzi – qəməni iştirakçılara nümayiş edərək xatirə haqqında maraqlı məlumatlarla çıxış edib.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.