İDMAN
Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb – FOTOLAR
Şəki Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş futzal üzrə “Şəki kuboku – 2023” turnirinə yekun vurulub. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonda fəaliyyət göstərən 34 müəssisə və təşkilatı təmsil edən 18 komanda 4 qrupda mübarizə aparıb.
Şəki Şəhər Gənclər və İdman İdarəsindən ShekiMedia.az-a verilən məlumata görə, turnirin final oyununda Ədliyyə Nazirliyinin yerli qurumlarının əməkdaşlarından “Ədliyyə” və Şəki Penitensiar Xidmət Müəssisəsini təmsil edən “Penitensiar Xidmət” komandaları qarşılaşıblar. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Ədliyyə” komandası turnirin qalibi adını qazanıb. Üçüncü yer uğrunda gedən oyunda isə Sərhəd Qoşunlarını təmsil edən komanda Şəki Regional Mədəniyyət İdarəsinin komandasına qalib gəlib.
Turnirdə yer tutan komandalara diplom və medallar, qalib komandaya isə kubok və pul mükafatı təqdim olunub.
Digər xəbərlərə də bax
İDMAN
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.
Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.
Yarımfinal
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0
48 kq
Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0
Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0
İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4
57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5
60 kq
Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0
Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0
Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1
70 kq
Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0
Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1
75 kq
Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5
İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0
İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.
İDMAN
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri başa çatıb.
ShekiMedia.az xəbər verir ki, turnirdə 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Şəki Şəhər İcra Hakimiyyətinin komandası Az-Trade MMC-nin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yerə Şəki Təhsil sektorunun, dördüncü yerə Şəki Penitensiar müəssisəsinin komandası çıxmışdır.
Turnirin bağlanış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, hazırda ölkəmizdə idmana olan qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.
Sonda qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.