İDMAN
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023″də daha bir növdə mükafatçılar bəlli olub
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023″də daha bir növdə mükafatçılar bəlli olub.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər və qadınlar arasında yarışların final mərhələləri keçirilib.
Kişilər arasında 8 idmançının medal uğrunda yarışdığı finalda üçüncü yeri çinli Lihao Şenq tutub. O, mərhələni 230.5 xalla başa vurub.
Gümüş medalı Hindistan təmsilçisi Hriday Hazarika əldə edib. O, 251.9 xal qazanıb.
Yarışın qalibi isə Macarıstan idmançısı Zalan Pekler olub. 252.4 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Qadınlar arasında bürünc medalı 232.5 xalla çinli Huan Yutin, gümüş medalı 253.3 xalla Hindistan millisinin üzvü Nensi Nensi qazanıb. Yarışın qalibi isə 254 xal ilə Çin yığmasının nümayəndəsi Han Jiayu olub.
“Qızıl medala sahib olduğuma görə sevincliyəm. Bakı Atıcılıq Mərkəzindəki atəş meydançaları olduqca yeni və baxımlıdır. Burada yarışmaq mənə zövq verir. Azərbaycanı da çox bəyənirəm. Xüsusən də insanlarını. Olduqca mehriban və qonaqpərvərdirlər” – bu fikirləri medal təqdimatından sonra verdiyi müsahibədə Han Jiayu bildirib.
Yarışlar sabah 25 metr məsafəyə atəş üzrə qadınlar, 3 mövqedən 50 metr məsafəyə atəş üzrə kişilər arasında davam edəcək.
Digər xəbərlərə də bax
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda mübarizə aparıb
Azərbaycanın daha bir ağırlıqqaldıranı Ömər Cavadov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı C qrupunda qüvvəsini sınayıb.
O, toplam 328 kq (153+175) nəticə göstərib. Cavadovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub. İsa Rüstəmov (73 kq) D qrupunda 320 kq-ın (145+175) öhdəsindən gəlib.
İDMAN
Azərbaycanın daha bir ağırlıqqaldıranı Dünya Kubokunda iştirak edib
Azərbaycanın daha bir ağırlıqqaldıranı İsa Rüstəmov Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda mübarizə aparıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı D qrupunda qüvvəsini sınayıb.
O, toplam 320 kq (145+175) nəticə göstərib. Rüstəmovun yekun sıralamadakı yeri yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 5 idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq) yarışda beşinci olub.
İDMAN
“Neftçi” “Spartak”la oyundan əvvəl azarkeşlərə müraciət edib
“Neftçi” Bakıda Rusiyanın “Spartak” komandasına qarşı keçirəcəkləri yoldaşlıq matçından əvvəl azarkeşlərə müraciət edib.
“Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə, qonaq komandanın fanatları üçün “Neftçi Arena”da xüsusi sektor olacaq.
“Həm ölkəmizdə olan, həm də qonşu ölkədən gələcək azarkeşlərin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və oyun zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır. Oyuna olan marağı nəzərə alaraq “Neftçi Arena”da keçiriləcək görüşdə Moskva təmsilçisinin azarkeşləri üçün xüsusi sektor ayrılacaq. “Spartak” azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır.
“Neftçi” azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədi ilə “ağ-qaralar”a aid olmayan, digər komandalara və başqa ölkələrə məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq. Belə hallara rast gəlindikdə həmin azarkeşlər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaq. “Neftçi” PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq”, – deyə Bakı klubu bildirib.
Qeyd edək ki, martın 23-də reallaşacaq “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.