Bizə qoşulun

MANŞET

“Roketsan” ən yeni məhsullarını Azərbaycanda nümayiş etdirib

Sentyabrın 6-dan 8-dək Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” keçirilib. Müasir silah və texnika sərgisi olan “ADEX” pandemiyanın yaratdığı məcburi fasilədən sonra Azərbaycanın və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücünü və qüdrətini Bakı şəhərində nümayiş etdirib.

Bu sərgidə əsası 1988-ci ildə qoyulmuş Türkiyənin “Roketsan” şirkəti də öz stendi ilə təmsil olunub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri istehsal edir.

Bakıda keçirilmiş ADEX sərgisində şirkət tərəfindən “Çakır”, MAM mini ağıllı sursat ailəsi, SOM, “Atmaca”, OMTAS, TRLG-230, TRLG-122 raketləri sərgilənib.

“Çakır” qanadlı raketi

“Roketsan” şirkəti ADEX-2022 sərgisində ilk dəfə “Çakır” qanadlı raketini nümayiş etdirib. “Çakır” quru, dəniz və hava platformalarından atıla bilən yeni nəsil qanadlı raketdir. Raket təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından (PUA), o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər. Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına malik “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çeviklik sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. Raket hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir. Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir. Yeni raket qarışdırmaya davamlı GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) və altimetr dəstəkli inertial naviqasiya sistemi ilə güclü elektron qarışdırmanın olduğu hallarda da öz kursunu davam etdirə bilir.

“Çakır”ın ən diqqətçəkən xüsusiyyətlərindən biri də platformada çoxlu daşınmalara imkan verən dizaynı və sürü konsepsiyasında tapşırıqları yerinə yetirmək qabiliyyətidir. “Çakır” raketi çox sayda döyüş sursatı ilə koordinasiyalı hücuma imkan verən sürü konsepsiyası ilə düşmənin müdafiə sistemlərinin öhdəsindən asanlıqla gələ, eyni zamanda bir və ya bir neçə hədəf üçün yüksək effektivlik təmin edə bilir. Radaruducu xüsusiyyətli unikal dizayn quruluşu sayəsində “Çakır” yüksək davamlılıq qabiliyyətinə malikdir. “Çakır” raketinin dəniz üzərində su səthinə çox yaxın məsafədən uçuş imkanı, quruda isə masqalanma qabiliyyəti ilə yanaşı, radaruducu gövdə quruluşu, düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanması təhlükəsini minimuma endirir.

MAM-L və MAM-C

“Roketsan”ın MAM-L və MAM-C sursatları rəqibləri ilə müqayisədə daha uzaq mənzilə malik olmaları və PUA-dan hədəf aşkarlandığı halda bağlana bilmələri ilə diqqət çəkir. Türkiyə Silahlı Qüvvələri başda olmaqla, Jandarma Baş Komandanlığı və Əmniyyət Baş İdarəsi inventarında yer alan PUA-lara inteqrasiya edilən MAM-L 2016-cı ildən, MAM-C isə 2018-ci ildən indiyə qədər əməliyyatlarda uğurla istifadə olunur. Sabit və hərəkətli hədəflərə qarşı yüksək vuruş dəqiqlikliyinə sahib MAM-L və MAM-C sursatları, istənilən hava şəraitində effektivlik göstərə bilir. MAM-C 8 kilometrə, MAM-L isə 14 kilometrə qədər mənzil aralığına sahib olmasıyla hədəflərin vurulmasında istifadə edildiyi platformanın aşkarlanma və zərərsizləşdirilmə riskini azaldır. Qeyd edək ki, Azərbaycan ordusu tərəfindən İkinci Qarabağ müharibəsi zamanı MAM-L idarə olunan döyüş sursatlarından tanklara və digər zirehli hədəflərə qarşı effektiv istifadə olunub.

MAM-T

“Roketsan” MAM-L və MAM-C aviasiya sursatlarının təcrübələrindən irəliləyərək daha yüksək döyüş başlığı effektivliyi və daha uzun mənzil ehtiyacını qarşılamaq məqsədilə MAM-T sursatını hazırlayıb. Fərqli platformalara uyğunlaşdırıla biləcək formada dizayn edilmiş MAM-T, 30 kilometrdən artıq mənzilə sahibdir. MAM-T ağıllı sursatının çapı 2,3 millimetr, uzunluğu 1,4 metr, ümumi çəkisi isə 94 kiloqramdır. Sursat qəlpəli atəş yığımı olan döyüş başlığı ilə təchiz edilib. Müxtəlif PUA-lardan atıla bilən MAM-T sursatı ilə su üstü hədəfləri, zirehli və zirehsiz nəqliyyat vasitələrini məhv etmək mümkündür. MAM-T sınaqlar zamanı hədəfi uzaq məsafədən yüksək dəqiqliklə vurub.

Daha yüksək döyüş başlığı effektivliyi və uzun mənzil ehtiyacını ödəmək məqsədi ilə hazırlanan MAM-T “Blok-1” konfiqurasiyası həm hərəkətli, həm də sabit hədəflərə qarşı tədbiq edilə bilir. Yüksək dəqiqlik sərgiləyən ağıllı sursat Qlobal Mövqeləşdirmə Sistemi (GPS) və İnersial Naviqasiya Sistemi (ANS) tərəfindən dəstəklənə bilən yarı aktiv lazer axtarıcı (LAB) başlıq ilə təchiz edilib. Şirkət mütəxəssislərinin “Xalq qəzeti”nə verdiyi müsahibəsində deyildi ki, qabiliyyət və performansını döyüş meydanında dəfələrlə sübut etmiş “Roketsan”ın MAM ailəsi Türkiyə və Azərbaycan Silahlı Qüvvələri başda olmaqla bir çox ordunun inventarının zərbə gücü olmağa davam edir. Bildirilib ki, MAM ailəsi hazırda Afrika, Asiya və Avropada dost və müttəfiq ölkələrin inventarında uğurla istifadə edilir.

Qeyd edək ki, “Roketsan” şirkəti tərəfindən 2021-ci ilin ikinci yarısında kütləvi istehsalına başlanılan MAM-T ağıllı sursatı ilk dəfə “İDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində, Azərbaycanda isə bu il keçirilmiş “TEKNOFEST” Festivalında nümayiş etdirilib.

TRLG-122

Türkiyənin “Roketsan” şirkəti 122 mm çaplı TRLG-122 “yer-yer” tipli raketini yerli və milli imkanlar hesabına hazırlayıb. Raket ilk dəfə “İDEF-2021” XV Beynəlxalq Müdafiə Sənayesi Sərgisində, Azərbaycanda isə bu il keçirilmiş “TEKNOFEST” Festivalında nümayiş etdirilib.

Şirkət mütəxəssislərinin “Xalq qəzeti”nə verdiyi müsahibəsində bildirildi ki, lazerarayıcı başlıq ilə təchiz edilən TRLG-122 raketi yüksək dəqiqliyə malikdir. GPS və ya GNSS naviqasiya sistemi ilə idarə olunan raket, yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində 13-30 kilometr aralığında yerləşən böyük əhəmiyyətli hədəflərin məhv edilməsi üçün hazırlanıb. Kütləsi 76 kq təşkil edən TLRG-122 raketi, 13,5 kiloqram ağırlığında döyüş başlığı ilə təchiz edilib. Raket 2 metrdən az sapma ilə hədəfi vurmaq qabiliyyətinə malikdir. Atışa hazır vəziyyətdə nəql edilə, saxlanıla və istifadə edilə bilən TRLG-122 raketi, istifadəçinin sahədəki təchizat və hazırlıq proseslərini də asanlaşdırır. Artilleriya və hava hücumundan müdafiə sistemləri, radar mövqeləri, cəmləşmə rayonları, logistika müəssisələri, o cümlədən komanda, nəzarət və rabitə sistemləri və digər yüksək strateji hədəfləri məhv etmək üçün istifadə edilə bilər.

TRLG-230

230 millimetrlik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə PUA-lar vasitəsilə yönləndirmək mümkündür. “Roketsan” şirkəti tərəfində hazırlanan TRLG-230 raketi çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edilib. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri “Bayraktar TB2” PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbələr endirməyə imkan verib. TRLG-230 raketi ilə hədəflər yüksək dəqiqliklə vurulub.

Rizvan FİKRƏTOĞLU

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.

Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

     
Davamına bax

CƏMİYYƏT

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.

     
Davamına bax

İDMAN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL1 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL1 gün

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN1 gün

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET1 gün

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT1 gün

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT1 gün

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN1 gün

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET1 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET1 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET1 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET1 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET1 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 18.05.2024

İDMAN2 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT2 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT2 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR2 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR2 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR2 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR2 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN2 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR2 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR2 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR2 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN2 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT2 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT2 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT2 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET2 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN2 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET2 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT3 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT3 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET3 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT3 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR4 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ6 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND