XƏBƏRLƏR
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.05.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,3 % azalaraq 1,8257 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0186 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8257 |
1 Rusiya rublu | 0,0186 |
1 Avstraliya dolları | 1,1178 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3352 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0917 |
100 Cənubi Koreya vonu | 0,1245 |
1 Çexiya kronu | 0,0729 |
100 Çili pesosu | 0,1815 |
1 Çin yuanı | 0,2353 |
1 Danimarka kronu | 0,2448 |
1 Gürcü larisi | 0,6345 |
1 Honq Konq dolları | 0,2175 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1225 |
100 İndoneziya rupiası | 0,0106 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1561 |
1 İsveçrə frankı | 1,8697 |
1 İsrail şekeli | 0,4603 |
1 Kanada dolları | 1,2360 |
1 Küveyt dinarı | 5,5268 |
1 Qazaxıstan tengəsi | 0,0039 |
1 Qırğızıstan somu | 0,0192 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3581 |
1 Meksika pesosu | 0,1005 |
1 Moldova leyi | 0,0959 |
1 Misir funtu | 0,0356 |
1 Norveç kronu | 0,1552 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4233 |
1 Sinqapur dolları | 1,2535 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4533 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2463 |
1 Türk lirəsi | 0,0527 |
1 Tayvan dolları | 0,0524 |
1 Tacik somonisi | 0,1557 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0433 |
100 Yapon yeni | 1,0954 |
1 Yeni Zelandiya dolları | 1,0184 |
Qızıl (1 unsiya) | 3941,9770 |
Gümüş (1 unsiya) | 46,5356 |
Platin (1 unsiya) | 1663,2290 |
Palladium (1 unsiya) | 1660,0755 |
Digər xəbərlərə də bax
ELM VƏ TƏHSİL
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Attestatla ali məktəbə qəbul hələ ki, gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sıfır balla da attestat alan var: “Amma bu balla universitetə qəbul olmaq mümkün deyil. Ancaq ola bilsin ki, model dəyişsin”.
DİM sədri həmçinin abituriyentlərə də müraciət edib: “İxtisas seçimini, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil”.
ELM VƏ TƏHSİL
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir.
Mayın 18-19-da “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsinin keçirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda 2400-dən artıq iştirakçının imtahan verməsi nəzərdə tutulub.
İmtahan hər gün saat 10:00 və 15:00 olmaqla iki növbədə təşkil olunur. Mərkəzin yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda hər növbə üzrə təqribən 600-dən artıq iştirakçı imtahan verir. Eyni anda və vahid məkanda qeyd olunan sayda iştirakçının elektron imtahana cəlb olunması kütləvi imtahanların rəqəmsallaşdırılması istiqamətində atılan ilk addım kimi qiymətləndirilə bilər.
Bu gün imtahan başlayandan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və kütləvi informasiya vasitələrinin nümayəndələri vahid mərkəzdən real vaxt rejimində imtahanın gedişatını izləyiblər. İmtahan korpusunda yaradılan innovativ platforma xüsusi proqram təminatı və texnoloji infrastrukturdan ibarət olmaqla, binada və ondan kənarda elektron imtahanların keçirilməsi və idarə edilməsinə imkan yaradır.
Qeyd edək ki, qabiliyyət imtahanının müddəti 3 saatdır. İmtahan binasına buraxılış zamanı iştirakçıların sənədləri yoxlanılır, həmçinin kiçik əşyalar (mobil telefon varsa, söndürülmüş halda) verilmiş plastik bağlamaya qoyulur.
İmtahan üçün Mərkəzin 10 zalı ayrılıb və idarəetmə prosesinə 1 ümumi imtahan rəhbəri, 14 zal administratoru, 20 buraxılış rejimi əməkdaşı cəlb olunub. Hər bir imtahan iştirakçısının masasına içməli su, qələm, vərəq və hesablayıcı qoyulub.
İmtahanda iştirakçıların verbal, rəqəmsal və abstrakt təhlil bacarıqları yoxlanılır. İmtahan bitdikdə və ya iştirakçı imtahanı başa çatdırdıqda avtomatik olaraq “Qiymətlər” bölməsində doğru cavablar və toplanılan xam ballar göstərilir.
İDMAN
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində Azərbaycanın daha 9 idmançısı finala yüksəlib.
Boks Federasiyasından verilən məlumata görə, yarımfinalda məğlub olan boksçular isə bürünc medal qazanıblar.
Yarımfinal
46 kq
Rüstəm Şahbazov (Azərbaycan) – Ayxan Həsənov (Azərbaycan) 0:5
Aidos Ussenov (Qazaxıstan) – Ramiz Danieli (Gürcüstan) 5:0
48 kq
Nihad Qasımov (Azərbaycan) – Əli Məmmədov (Azərbaycan) 5:0
Bexultan Xujamjar (Qazaxıstan) – Nihad Qasımov (Azərbaycan) 1:4
50 kq
Zakir Həsənzadə (Azərbaycan) – Umar Orucbayev (Qırğızıstan) 5:0
İsmayıl Rzayev (Azərbaycan) – Yerdavlet Atayov (Qazaxıstan) 0:4
57 kq
Katmanbiy Muratov (Qırğızıstan) – Akjurek Kalabay (Qazaxıstan) 5:0
Tamerlan Əlimzanov (Azərbaycan) – Şahin Aslanov (Azərbaycan) 0:5
60 kq
Vüsal Hilalov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 5:0
Yerdavlet Şomekey (Qazaxıstan) – Akaki Basaria (Gürcüstan) 1:4
63 kq
Kənan Aslanlı (Azərbaycan) – Matvey Mikulski (Belarus) 5:0
Bibaris Aşirbay (Qazaxıstan) – Nika Beriya (Gürcüstan) 4:1
70 kq
Rza Rzayev (Azərbaycan) – Musa İbadov (Azərbaycan) 5:0
Maksim Ribak (Belarus) – Mamuka Kakabadze (Gürcüstan) 4:1
75 kq
Elgün Əhmədli (Azərbaycan) – Zaxar Şaranoviç (Belarus) 0:5
İsmayıl Valiyev (Azərbaycan) – Davit Mxetzadze (Gürcüstan) – ikinci tam üstünlüklə qalib gəlib
80 kq
Əli Məmişov (Azərbaycan) – Mikita Prudnikov (Belarus) 5:0
İlkin Şahmməmədov (Azərbaycan) – Zurab Oboladze (Gürcüstan) 0:5
Qeyd edək ki, turnirin final döyüşləri bu gün keçiriləcək. Yığmamızın heyətində daha öncə 7 boksçu həlledici görüşdə iştirak hüququ qazanıb.