Bizə qoşulun

MANŞET

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident, əziz dostum.

Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.

Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.

Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.

Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm.

Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.

Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.

Hörmətli cənab Prezident, bir daha Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Bolqarıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rumen Radevin bəyanatı

– Hörmətli cənab Prezident.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Hörmətli media nümayəndələri.

Əvvəlcə mən Bolqarıstanın dostu və mənim şəxsi dostum Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Bu, ənənəvi Azərbaycan qonaqpərvərliyinə uyğun olan bir qarşılanmadır.

Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq. Cənab Prezident Əliyev qeyd etdiyi kimi, bu, bizim son dövrdə dördüncü görüşümüzdür. Bu, təkcə vacib bir göstərici deyil, bizim ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır ki, təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Mən icazənizlə bir neçə nailiyyətimizi sadalamaq istərdim. Birincisi, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bizim qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə də Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu, əlbəttə, Avropa Komissiyasının siyasətinə uyğun idi ki, enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi təmin edilsin. Çünki müvafiq Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq Sazişi imzalanmışdır. Bundan sonra cənab Prezident bir daha Bolqarıstana səfər etdi və orada bizim təşəbbüsümüzlə “Həmrəylik Halqası” layihəsi ilə bağlı memorandum imzaladıq ki, burada səylərimizi birləşdirəcəyik və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanları səfərbər edilsin ki, Azərbaycandan əlavə qaz həcmləri bizim istiqamətdə daxil ola bilsin. Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz, eyni zamanda, Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik.

Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı məhdudlaşdıran bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgüzar dairələr arasında əlaqələrimiz var. Hətta bələdiyyələr səviyyəsində də təmaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirək. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, təbii bir haldır ki, bu gün biz çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarşılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, əla səviyyədə olan əlaqələri daha da yüksək səviyyəyə qaldırsınlar. Bundan əlavə, bir neçə sazişin imzalanmasının şahidi olduq. Ancaq təkcə bu auditoriyada deyil, digər tədbirdə – biznes forumda da müvafiq sazişlər imzalanır.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.

Prezident Əliyevin təşəbbüsü ilə biz tariflərin uyğunlaşdırılması və gömrük inzibatçılığı məsələlərində də sadələşdirmə prosesləri ilə məşğul oluruq ki, biz həmin məsələləri həll edə bilək. Gördüyünüz kimi, burada AZAL və Bolqarıstan hava yolları arasında saziş imzalandı. Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik. Eyni zamanda, biz “Asarel Investment” və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də görüləcək işlərimiz çoxdur.

Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq.

Bu gün bir çox şirkətlərin nümayəndələri mənimlə Bakıda səfərdədirlər. Artıq onlar müxtəlif həllər təklif edirlər ki, Azərbaycan bu regionda öz liderlik rolunu inkişaf etdirməkdə davam etsin, xüsusilə də yaşıl enerji, ətraf mühitin qorunması sahələrində. Sizə bir nümunə deyə bilərəm, bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var. Bu materiallardan həm gübrə kimi, həm də tikinti materialı kimi istifadə oluna bilər. Eyni zamanda, karqodronların istehsalı sahəsini yarada bilərik. Yəni, söhbət yüklərin pilotsuz aparatlar vasitəsilə daşınmasından gedir, əlbəttə, söhbət, kiçikhəcmli yüklərdən gedir. Bununla da Azərbaycana regionda aparıcı, yüksək texnologiyaya sahib olan və xüsusilə də ətraf mühit üçün zərərsiz olan həllər və layihələr təklif edirik. Biz nəinki bu layihələri müzakirə edirik, bəziləri ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb.

Biz cənab Prezidentin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa və Veliko-Tırnovo ilə əlaqələr qurduq. Mən Sizə təşəkkür edirəm ki, Sizin dəstəyinizlə bir neçə gözəl layihə həyata keçirilib. Bu işdə Heydər Əliyev Fondunun da fəal rolu olub. Bu Fond bizim ölkədə tarixi-mədəni abidələrin qorunması layihələrini həyata keçirib.

Bir daha Sizi bu gözəl abidələrin bərpadan sonra açılışı ilə bağlı Bolqarıstana dəvət edəcəyik, cənab Prezident. Çox səmərəli, məhsuldar müzakirələrə görə Sizə bir daha təşəkkür edirəm, bu dəvətə görə təşəkkür edirəm. İnanıram ki, bu müzakirələr zamanı əldə etdiyimiz razılaşmalar və imzalanmış sənədlər bizim strateji tərəfdaşlığımızı daha da dərinləşdirəcək və artıq çox güclü olan əməkdaşlığın təməlini daha da gücləndirəcək. Sağ olun.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MANŞET

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.

Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.

“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.

     
Davamına bax

CƏMİYYƏT

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.

Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:

“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.

Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.

Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.

“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.

     
Davamına bax

İDMAN

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.

Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.

     
Davamına bax

Facebook

ELM VƏ TƏHSİL2 gün

Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir

ELM VƏ TƏHSİL2 gün

DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir

İDMAN2 gün

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

MANŞET2 gün

Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib

CƏMİYYƏT2 gün

Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb

CƏMİYYƏT2 gün

DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib

İDMAN2 gün

Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək

MANŞET2 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla

MANŞET2 gün

İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar

MANŞET2 gün

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib

MANŞET2 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

MANŞET2 gün

Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 18.05.2024

İDMAN3 gün

“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub

RƏSMİ XRONİKA3 gün

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 18.05.2024

RƏSMİ XRONİKA3 gün

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

CƏMİYYƏT3 gün

Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA

XƏBƏRLƏR3 gün

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

XƏBƏRLƏR3 gün

Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

XƏBƏRLƏR3 gün

FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb

XƏBƏRLƏR3 gün

Axtarışda olan şəxs hava limanında saxlanılıb

İDMAN3 gün

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

XƏBƏRLƏR3 gün

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə edilir

XƏBƏRLƏR3 gün

Pedofillər məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər – RƏSMİ

XƏBƏRLƏR3 gün

Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıb, 345 valideyn cəzalandırılıb

İDMAN3 gün

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

İQTİSADİYYAT3 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)

CƏMİYYƏT3 gün

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib – FAKTİKİ HAVA

SİYASƏT3 gün

Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb

SİYASƏT3 gün

Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib

MANŞET3 gün

Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb

MANŞET3 gün

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar – FOTOLAR

İDMAN3 gün

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

CƏMİYYƏT3 gün

BÜRCLƏR – 17.05.2024

MANŞET3 gün

Azərbaycanın Türkiyədəki səfiri omanlı həmkarı ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib

SİYASƏT3 gün

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

SİYASƏT3 gün

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

MANŞET3 gün

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib

İQTİSADİYYAT4 gün

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR5 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ7 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL1 həftə

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ1 həftə

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN1 həftə

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ2 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT2 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR2 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL2 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ2 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT2 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR3 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND