İQTİSADİYYAT
Azərbaycan və Xorvatiya iqtisadi tərəfdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycan və Xorvatiya enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini müzakirə edib.
Məlumata görə, nazir müavini Sahib Məmmədov Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviçlə görüşüb. Azərbaycan rəsmisi Xorvatiya ilə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, tərəfdaşlığın genişlənməsi üçün məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb, bildirib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır. Xorvatiya ilə enerji, turizm, informasiya texnologiyaları, əczaçılıq və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var.
S.Məmmədov iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişlənməsi, perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından güclü potensial olduğunu qeyd edib, xorvat iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, Azərbaycandan olan həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.
D.Vidoviç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi münasibətlərin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,27 % azalaraq 1,8455 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0187 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8455 |
1 Rusiya rublu | 0,0187 |
1 Avstraliya dolları | 1,1325 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3314 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0933 |
100 Cənubi Koreya vonu | 0,1252 |
1 Çexiya kronu | 0,0748 |
100 Çili pesosu | 0,1893 |
1 Çin yuanı | 0,2352 |
1 Danimarka kronu | 0,2474 |
1 Gürcü larisi | 0,6160 |
1 Honq Konq dolları | 0,2179 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1513 |
100 İndoneziya rupiası | 0,0106 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1584 |
1 İsveçrə frankı | 1,8737 |
1 İsrail şekeli | 0,4600 |
1 Kanada dolları | 1,2477 |
1 Küveyt dinarı | 5,5331 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0192 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3629 |
1 Meksika pesosu | 0,1017 |
1 Moldova leyi | 0,0959 |
1 Misir funtu | 0,0362 |
1 Norveç kronu | 0,1586 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4326 |
1 Sinqapur dolları | 1,2615 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4533 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2546 |
1 Türk lirəsi | 0,0527 |
1 Tayvan dolları | 0,0528 |
1 Tacik somonisi | 0,1557 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0432 |
100 Yapon yeni | 1,0911 |
1 Yeni Zelandiya dolları | 1,0390 |
Qızıl (1 unsiya) | 4043,9430 |
Gümüş (1 unsiya) | 50,2954 |
Platin (1 unsiya) | 1809,3270 |
Palladium (1 unsiya) | 1668,9325 |
İQTİSADİYYAT
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Ağdam şəhərinin daxili yollarının altı tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı iki-səkkiz ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.
Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar altı-səkkiz hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.
Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20% təşkil edir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,34 % artaraq 1,8397 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0186 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8397 |
1 Rusiya rublu | 0,0186 |