Bizə qoşulun

İQTİSADİYYAT

Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edilib

Bakıda 1 762 600 ədəd aksiz markasız tütün məmulatı aşkar edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, qurum Dövlət Gömrük Komitəsi ilə birlikdə aksiz markasız tütün məmulatlarının idxalı və həmin məhsulların istehlak bazarında satışı hallarının qarşısının alınması istiqamətində birgə nəzarət tədbirlərini davam etdirir.

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Əməliyyat idarəsinin və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşlarının apardığı tədbirlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən anbarda qanunsuz şəkildə aksiz markasız tütün məmulatlarının saxlanması halları aşkar edilib.

Həyata keçirilən operativ nəzarət tədbiri zamanı həmin ünvanda aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış malların saxlanıldığı və satışının həyata keçirildiyi müəyyənləşdirilib. Aparılan araşdırmalarla təsərrüfat subyektinin Abbasov Səbahi Cəfərqulu oğluna məxsus olduğu aydınlaşdırılıb. Səbahi Abbasovun vergi orqanında uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olduğu da müəyyən edilib.

Nəzarət tədbiri zamanı külli miqdarda satışa hazır aksiz markasız 23 növdə “Cavallo”, “Platinium”, “Milano” markalı tütün məmulatları aşkarlanıb. Aşkar edilmiş tütün məmulatı protokol əsasında götürülüb.

Hazırda faktla bağlı Dövlət Vergi Xidməti araşdırmalar aparır.

     
Burada şərh yaz

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İQTİSADİYYAT

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının altı tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı iki-səkkiz ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.

Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar altı-səkkiz hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.

Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.

Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20% təşkil edir.

Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Şəki Media Agentliyi (@shekimedia.az)

     
Davamına bax

İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Avronun məzənnəsi 0,34 % artaraq 1,8397 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0186 manat təşkil edib.

Valyuta Məzənnə
1 ABŞ dolları 1,7000
1 Avro 1,8397
1 Rusiya rublu 0,0186

     
Davamına bax

İQTİSADİYYAT

Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və tikinti naziri Ruslan Parxamoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən verilən məlumata görə, sədr “Belarus Respublikasının Arxitektura və Tikinti Nazirliyi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığın aktivləşdirilməsinə dair Niyyət Memorandumu” sayəsində qurumlar arasında son illər ərzində şəhərsalma, memarlıq və tikinti sahələrində sıx əməkdaşlığın və geniş təcrübə mübadiləsinin mövcudluğundan məmnun olduğunu vurğulayıb.

A.Quliyev, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin şəhərsalma sahəsində həyata keçirdiyi islahatların nəticələri, xüsusən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti- quruculuq işləri barədə qonaqlara ətraflı məlumat verib.

Geniş məlumata görə minnətdarlığını bildirən R. Parxamoviç son illər ərzində Belarusda tikinti sahəsində aparılan islahatlardan və yeniliklərdən, habelə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi imkanlarından söhbət açıb.

Görüş zamanı tərəflər şəhərsalma sahəsində dövlət inzibatçılığı, ölkələrimizdə yaşayış məntəqələrinin və tikinti obyektlərinin layihələndirilməsi üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin genişləndirilməsi imkanlarını da geniş müzakirə ediblər.

     
Davamına bax

Facebook

İDMAN13 saat

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

RƏSMİ XRONİKA13 saat

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib

CƏMİYYƏT14 saat

Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb

MANŞET14 saat

Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb

MANŞET14 saat

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

XƏBƏRLƏR14 saat

Alimlər yeni püskürmüş Bozdağ-Güzdək palçıq vulkanında tədqiqat aparıblar

RƏSMİ XRONİKA14 saat

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər

CƏMİYYƏT16 saat

Sabahın HAVA PROQNOZU – 17.05.2024

XƏBƏRLƏR16 saat

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

İQTİSADİYYAT16 saat

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR17 saat

Samux çayından sel keçib, Gədəbəyə dolu düşüb

İDMAN17 saat

Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

XƏBƏRLƏR18 saat

Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib

XƏBƏRLƏR18 saat

Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib

İDMAN19 saat

Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə bu gün ilk matçını keçirəcək

HƏRBİ19 saat

Azərbaycan Ordusunun hərbçisi vəfat edib

XƏBƏRLƏR19 saat

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 16.05.2024

XƏBƏRLƏR20 saat

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

XƏBƏRLƏR20 saat

FHN gül mağazasında baş vermiş yanğınla bağlı məlumat yayıb

CƏMİYYƏT1 gün

BÜRCLƏR – 16.05.2024

XƏBƏRLƏR1 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

XƏBƏRLƏR2 gün

Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq

CƏMİYYƏT2 gün

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

SİYASƏT2 gün

Dini Komitənin sədri Lissabona gedib, qlobal forumda iştirak edəcək

XƏBƏRLƏR2 gün

“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SİYASƏT2 gün

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Prezidenti ilə COP29-dan danışıb

İQTİSADİYYAT2 gün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024

İQTİSADİYYAT2 gün

Anar Quliyev Belarusun arxitektura və tikinti naziri ilə işgüzar görüş keçirib

MANŞET2 gün

Bəzi rayonlara yağış, Şahdağ və Gədəbəyə qar yağıb – FAKTİKİ HAVA

QAX2 gün

Qaxda Beynəlxalq Ailə Günü qeyd edilib

MƏDƏNİYYƏT2 gün

Şəki Dövlət Dram Teatrında “Kuraj ana və uşaqları” tamaşasına ictimai baxış olub

CƏMİYYƏT2 gün

BÜRCLƏR – 15.05.2024

İQTİSADİYYAT3 gün

Muxtar Babayev İƏİT-in Baş katibi ilə görüşüb

MANŞET3 gün

DİN kibertalamaya məruz qalma ilə bağlı əhaliyə müraciət edib

SİYASƏT3 gün

Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə geniş tərkibdə görüşü başlayıb

CƏMİYYƏT3 gün

Sabahın HAVA PROQNOZU – 14.05.2024

XƏBƏRLƏR3 gün

Qarabağ yaylaqlarına köçəcək 1110 fermerə mina təlimləri keçirilib

ELM VƏ TƏHSİL3 gün

Bu günə qədər 35 minə yaxın şəxsə təhsil tələbə krediti verilib

SİYASƏT3 gün

Sahibə Qafarova Sinqapurda səfərdədir

İDMAN3 gün

Azərbaycan Voleybol Federasiyası Tovuzda təlim-məşq toplanışı təşkil edib

İQTİSADİYYAT16 saat

Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO

XƏBƏRLƏR1 gün

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

HƏRBİ4 gün

“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub

ELM VƏ TƏHSİL5 gün

Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO

HƏRBİ7 gün

Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar

İDMAN7 gün

Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO

CƏMİYYƏT1 həftə

Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO

HƏRBİ1 həftə

HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO

CƏMİYYƏT1 həftə

Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO

XƏBƏRLƏR1 həftə

Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

ELM VƏ TƏHSİL1 həftə

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib

HƏRBİ1 həftə

Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

CƏMİYYƏT1 həftə

Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR

XƏBƏRLƏR2 həftə

Sumqayıtda sursat aşkarlanıb – VİDEO

HƏRBİ1 ay

Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir

HƏRBİ1 ay

Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO

XƏBƏRLƏR2 ay

FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb

XƏBƏRLƏR2 ay

Qalada qanunsuz tikililər sökülüb

HƏRBİ2 ay

Müdafiə Nazirliyi MAXE qəbulu elan edib

HƏRBİ2 ay

ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir

CƏMİYYƏT2 ay

Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO

HƏRBİ2 ay

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

ŞƏKİ2 ay

Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO

MANŞET2 ay

Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub

CƏMİYYƏT2 ay

DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO

HƏRBİ2 ay

Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib

XƏBƏRLƏR2 ay

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

HƏRBİ2 ay

Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT2 ay

Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO

XƏBƏRLƏR2 ay

Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb

XƏBƏRLƏR2 ay

AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb

HƏRBİ3 ay

MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO

XƏBƏRLƏR3 ay

İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO

XƏBƏRLƏR3 ay

XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO

CƏMİYYƏT3 ay

Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO

ELM VƏ TƏHSİL3 ay

FHN Akademiyasına kursant qəbulu elan edilir

XƏBƏRLƏR3 ay

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub

ELM VƏ TƏHSİL3 ay

Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO

XƏBƏRLƏR3 ay

Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

HƏRBİ3 ay

Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb

TREND