CƏMİYYƏT
Başlıbel faciəsindən 30 il ötür
Bu gün Başlıbel faciəsinin ildönümüdür.
ShekiMedia.az xatırladır ki, Kəlbəcərin işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğından 30 il ötür.
1993-cü ilin aprelin əvvəllərində Kəlbəcər ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar.
Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.
Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatında da yer alıb.
Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra Başlıbel kəndinə dron vasitəsilə baxış keçirilib. Baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.
Respublika Baş Prokurorluğunda aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, Azərbaycanın digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.
Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.
Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) – 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülmüşdür. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.
İstintaq materialları ilə həmçinin müəyyən edilib ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişiblər.
Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənmiş, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.
19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs- 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.
Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitinin qalıqları aşkar edilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.
Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.
Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
CƏMİYYƏT
BÜRCLƏR – 18.05.2024
18 may, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik:
Qoç
Daha əvvəl öhdəsindən gələ bilmədiyiniz işlərə diqqət yetirməyə dəyər. Bu gün hədəfinizə mütləq çatacaqsınız; İxtiraçılıq və əzminiz buna kömək edəcək. Bəzi Qoçların etibarlı köməkçiləri də olacaq. Ən vacib məsələləri belə həll etmək üçün onlara etibar etmək olar.
Nağd pul daxilolmaları ehtimalı var. Çox güman ki, kiçik məbləğlər olacaq, lakin onlar bəzi xoş alış-veriş etmək və ya bütün ailə üçün maraqlı istirahət tədbirləri təşkil etmək üçün kifayət edəcək. Günortadan sonra həddindən artıq işdən qaçmağa çalışın: bu zaman istirahətə ehtiyacınız olacaq.
Buğa
Səhər vacib söhbətlərə başlamayın. Günün ilk yarısı istirahət və əyləncə, dostlarla təsadüfi söhbətlər, sizi mükəmməl başa düşən və hər işdə sizə dəstək olan insanlarla görüşlər üçün ən yaxşısıdır. Maliyyə məsələlərinin həllini də təxirə salmağa dəyər.
Günün ikinci yarısında bir çox Buğanın yeni ideyaları və planları olacaq. Onları dərhal həyata keçirməyə başlamaq istəyəcəksiniz və bunu etmək imkanınız olacaq. Ancaq çətin ki, dərhal kömək tapa biləsiniz. Beləliklə, təkbaşınba hərəkət etməyə başlayın və uğurunuza şübhə etməyin.
Əkizlər
Son vaxtlar ailə problemlərini həll etməklə və ya qohumlara kömək etməklə məşğul olan Əkizlərə gün xoş xəbərlər gətirəcək. Tamamilə aydın olacaq ki, səyləriniz boşa getməyib və bütün çətinliklər geridə qalacaq. Nağd pul daxilolmaları ehtimalı var. Ola bilər ki, köhnə borclar sizə qaytarılsın və ya uzun müddət əvvəl gördüyünüz işlərə görə pul ödənilsin.
Biznesin inkişafı, iş yerlərinin dəyişdirilməsi və ya fəaliyyət sahələri ilə bağlı yeni ideyalar yarana bilər. Hələlik, onları heç kimlə müzakirə etməmək daha yaxşıdır.
Xərçəng
Gün məşğul alınacaq, işiniz çox olacaq. Ancaq planlaşdırılan işlərin hamısı həyata keçirilə bilməz. Çox güman ki, gözlənilmədən həll yolları tələb edən yeni vəzifələr ortaya çıxacaq və əvvəllər planlaşdırılan bir işi təxirə salmaq lazım gələcək. Ən vacib işlərdən başlamaq daha yaxşıdır, çünki səhər saatları xüsusilə məhsuldar olacaq.
Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq. Dostlarla görüşlər və romantik görüşlər yaxşı keçəcək. Bu zaman alış-verişə də gedə bilərsiniz: tam olaraq sizə lazım olanı almaq şansınız olacaq.
Şir
Ünsiyyət üçün əla gündür. Adətən, təmas qurmağa son dərəcə istəksiz olan insanlarla belə anlaşa biləcəksiniz. Hobbi və maraqlarınızı bölüşən insanlarla xoş tanışlıqlar və görüşlər ehtimal olunur.
Günün ilk yarısı səfərlər üçün münasibdir. Daha sonra istirahət, bəzi tanış sadə fəaliyyətlər və əvvəllər başladığınız işi bitirmək üçün uyğun olan daha sakit vaxt gələcək. Ailə münasibətləri ahəngdar inkişaf edəcək, fikir ayrılıqlarından qaçaraq hamı üçün vacib olan məsələləri müzakirə etmək mümkün olacaq.
Qız
Günün başlanğıcı sakit keçməlidir. Bu vaxt vacib və ciddi məsələlərin həlli üçün çətin ki, uyğun olsun. Diqqətinizi cəmləmək, vəziyyəti düzgün qiymətləndirmək və əvvəlcə nə edilməli olduğunu və nəyin sonraya təxirə salına biləcəyini başa düşmək sizin üçün asan olmayacaq.
Günün ikinci yarısı isə əksinə, müxtəlif fəaliyyətlər üçün əlverişli olacaq. Qızlar bəzi əyləncə tədbirlərinə getsələr, əla vaxt keçirəcəklər. Münaqişədə olduğunuz insanlarla barışmaq və köhnə əlaqələri bərpa etmək fürsəti yaranacaq.
Tərəzi
Vacib bir işiniz varsa, tələsmək lazımdır: günün ilk yarısı xüsusilə əlverişli və məhsuldar olacaq. Nə qədər tez hərəkətə başlasanız, ciddi məsələlərlə məşğul olmaq və ya əvvəllər hamını çaşdıran məsələləri həll etmək bir o qədər asan olacaq.
Günün ikinci yarısında xoş bir iş görmək, dincəlmək və özünüzü bərpa etmək imkanınız olacaq. Bu vaxtı dostlarla keçirən Tərəzilər çoxlu müsbət emosiyalar alacaqlar. Romantik bir görüş də məyus etməyəcək: qeyri-adi və yaddaqalan olacaq.
Əqrəb
Emosional fon olduqca gərgin olacaq. Əhval-ruhiyyəniz tez-tez dəyişə bilər və kiçik hadisələrə çox kəskin reaksiya verəcəksiniz. Günün ilk yarısı üçün ciddi görüşlər və mühüm söhbətlər planlaşdırmaq məsləhət deyil: düzgün ton və düzgün söz tapmaq asan olmayacaq.
Günün ikinci yarısında müsbət meyillər nəzərəçarpacaq dərəcədə güclənəcək. Təxəyyül və yaradıcılıq tələb edən işləri öhdənizə götürsəniz, yaxşı bacararsınız. Nağd pul daxilolmaları, uğurlu əməliyyatlar və alışlar ehtimal olunur. Axşam aşiq Əqrəbləq üçün xoş xəbərlər vəd edilir.
Oxatan
Gün yeni işlərə başlamaq və bu yaxınlarda ağlınıza gələn ideyaları həyata keçirmək üçün münasibdir. Siz nəinki tez uğur qazanacaqsınız, həm də çox şey öyrənəcək və yeni müttəfiqlər tapacaqsınız. Bir çox Oxatan uzun müddət əvvəl əldə edilən biliklərdən faydalanacaq. Onların sayəsində bürcün nümayəndələri uğursuz səhvlərə yol verməyəcək və qeyri-müəyyən vəziyyətləri çevik idarə edəcəklər.
Pulla bağlı hər şeydə diqqətli olmalısınız. Siz qeyri-ciddiliyə meylli olacaqsınız, ona görə də lazımsız şeylərə çox pul xərcləmək riskiniz var. Kredit götürmək arzuolunmazdır və borc vermək də olmaz.
Oğlaq
Bu gün üçün çox iş planlaşdırılsa belə, öhdəsindən gələcəksiniz. Boş yerə vaxt itirmək istəməyəcəksiniz, dərhal diqqətinizi həqiqətən vacib işlərə yönəldəcəksiniz. Bir çox Oğlaq üçün uzunmüddətli təcrübə məqsədlərinə tez çatmağa kömək edəcək. Ətrafınızdakı insanlar yəqin ki, bunu hiss edəcəklər və həmişəkindən daha tez-tez məsləhət almaq üçün sizə müraciət edəcəklər.
Uzun müddət xatırlayacağınız xoş tanışlıqlar və görüşlər ehtimal olunur. Bu gün həm də köhnə əlaqələri bərpa etmək və yaxın vaxtlara qədər gərgin olan münasibətləri yaxşılaşdırmaq üçün münasibdir.
Dolça
Bu gün üçün planlaşdırılan hər işin öhdəsindən gəlmək asan olmayacaq. Hər şeyi düşünmədiyiniz və təmin etmədiyiniz və ya bəzi vacib detalları gözdən qaçırdığınız ortaya çıxa bilər. Ancaq üzülməyəcəksiniz və çaşqın qalmayacaqsınız, baş verənlərə yumorla yanaşacaq və vəziyyətdən tez bir çıxış yolu tapacaqsınız.
Gün sizin üçün xüsusilə əziz olan insanlarla ünsiyyət üçün əlverişli olacaq. Onları necə dəstəkləyəcəyinizi və onları necə razı salacağınızı başa düşəcəksiniz. Gələcəklə bağlı planlarınızı fikir ayrılıqlarının və mübahisələrin yaranacağından qorxmadan müzakirə edə bilərsiniz. Axşam xoş sürprizlər və kiçik hədiyyələr vəd edilir.
Balıq
Gün tanış işlərə həsr olunmalıdır: onların öhdəsindən tez gələ biləcəksiniz, bu, çox səy tələb etməyəcək. Bundan əlavə, həm köhnə dostlar, həm də yeni tanışlar sizə kömək etməkdən məmnun olacaqlar. Həm də diqqətinizi maliyyə məsələlərinin həllinə yönəldə bilərsiniz. Əgər intuisiyanıza qulaq assanız, səhv etməyəcəksiniz.
Gününüzü elə planlaşdırın ki, ikinci yarıda dincəlmək və özünüzlə tək qalmaq imkanınız olsun. Bu vaxt çoxdan planlaşdırılanlar istisna olmaqla, izdihamlı tədbirlərdə iştirak, eləcə də uzun səfərlər üçün uyğun deyil.