SİYASƏT
BMT Əhali Fondunun qiymətləndirmə qrupu Milli Məclisdə olub
Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvü Nigar Arpadarai BMT Əhali Fondunun qiymətləndirmə qrupu ilə görüşüblər.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Görüşdə çıxış edən Hicran Hüseynova Azərbaycanda əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin iştirakçılığı və digər sahələrdə görülən işlərdən, reallaşdırılan layihələrdən, dövlət siyasətindən və əldə olunan müsbət nəticələrdən, danışıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-2022-ci illər ərzində bu istiqamət üzrə gördüyü işlərdən bəhs edən Hicran Hüseynova mütəmadi olaraq müxtəlif mövzularda dinləmələr keçirildiyini qeyd edib. Bildirib ki, bu dinləmələr zamanı mövcud gender stereotipləri və onların aradan qaldırılmasında qanunvericilik sahəsində hansı dəyişikliklərə və əlavələrə ehtiyacın olduğu müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib. Komitə sədri diqqətə çatdırıb ki, bu tədbirlərdə BMT-nin nümayəndələri aktiv iştirak ediblər və təkliflərini səsləndiriblər. O, eyni zamanda, BMT-nin Əhali Fondu ilə birgə görülən işlərdən də bəhs edib.
Görüşdə BMT Əhali Fondunun qiymətləndirmə qrupunun nümayəndəsi Aşley Major təmsil etdiyi qurumla Azərbaycanın birgə həyata keçirdiyi proqram və layihələrdən bəhs edib. Qeyd edib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən reallaşdırılan “Avropa İttifaqı Gender Bərabərliyi naminə Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı da bu sahədə olan layihələrdəndir. Hazırda üç il ərzində icra edilən fəaliyyətin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin başlanması məqsədi ilə sözügedən layihənin qiymətləndirilməsi həyata keçirilir. O, ölkəmizə qiymətləndirmə missiyasının həyata keçirilməsi məqsədi ilə gəldiyini deyib.
Görüş zamanı qonağı maraqlandıran suallar cavablandırılıb, gələcəkdə BMT-nin Əhali Fondu ilə birgə reallaşdırıla biləcək layihələr və işlər barədə təkliflər səsləndirilib.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.