CƏMİYYƏT
BÜRCLƏR – 14.12.2023
Qoç – günün ilk yarısında səs-küy və yaxın ətrafınızdakı insanların nevroz davranışları sizi qıcıqlandıracaq. Belə əsəbi vəziyyətdən qaçıb qurtulmaq istəyəcəksiniz. Daşınmaz əmlakla bağlı əməliyyatları planlaşdırmayın, həyata keçirməyə cəhd göstərməyin.
Günün ikinci yarısında bir çox problemlər həllini avtomatik tapacaq.
Ətrafınızdakı insanlar sizə irad tutacaqlar, tənqidləri səngitməyəcəklər. Axşam saatlarında səmimi söhbət və birgə məşğuliyyət ailə münasibətlərini yaxşılaşdıracaq.
Buğa – səhər saatlarında işgüzar aktivliyiniz yüksək səviyyədə olsun. Fiziki və ya emosional diskomfort hiss edə bilərsiniz. İşdə rəhbərliklə görüşmək, danışıqlar və müzakirələr aparmaq olar.
Anlaşmanın şərtlərini nəzərdən keçirəndə diqqətli olun.
Günün ikinci yarısında aram ritmlə çalışın. Belədə tapşırıq və işlərin öhdəsindən uğurla gələcəksiniz.
Ailədə uşaqlarla bağlı problemlər yarana bilər. Şəxsi münasibətlərdə hisslərə əsaslanan problemləri çözməyə başlayın. Axşam saatları sakit keçəcək.
Əkizlər – səhər saatlarındakı müşküllər və çətinliklər sizi təbdən çıxarmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək.
Gecikmələr, təxirəsalmalar olacaq.
Uğursuzluqlar və ya imtinalara görə özünüzü suçlamayın. İş ondadır ki, situsiya sizin üçün məqbul, əlverişli deyil.
Günün ikinci yarısında bədxərclik etməyin, məntiqli davranın.
Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Yaxınlarınızla emosional müzakirələrə başlamayın. Belə ünsiyyət münaqişə ilə sonuclana bilər.
Axşam saatlarında situasiya normallaşacaq.
Xərçəng – səhər saatlarından etibarən işlərin görülməsində və yerinə yetirilməsində problemlər yarana bilər. Sizin üçün prinsipial məsələlərdə kiməsə nəyisə sübut etməyə çalışmayın. Fikirlərinizi yaxşı tanımadığınız insanlara açıqlamayın.
Günün ikinci yarısında bir sıra məsələlər aktuallığını itirəcək. Əhvalınız və münasibətləriniz korlana bilər.
Yaxınlarınızla mübahisə etməyin. Sevdiyiniz insanın ifrat iradları ilə qarşılaşacaqsınız. Amma elə sizin özünüzü eqoizmdə suçlayacaqlar.
Sadə, təvazökar olun.
Şir – günün ilk yarısında uzunmüddətli səfərə çıxmayın. Yaxşı bələd olduğunuz marşrutlarla hərəkət edin.
Alış-verişdə çox pul xərcləməyin.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Bacarıq və intellektinizi nümayiş etdirin.
Yaxınlarınızla təmaslarda soyuqqanlı, təmkinli olun. Problemləriniz və qayğılarınız barədə sevdiyiniz insanla danışa bilərsiniz. Səmimiyyət münasibətləri möhkəmləndirəcək. Aktiv fiziki təmrinlər yeni güc verəcək.
Qız – əhvalınızdakı dəyişikliklər, emosionallıq işinizdə çətinliklər yaradacaq. Əlavə məsuliyyət və öhdəliklər olacaq. Planlarda dəyişikliklər, yaşamda yeniliklər istisna deyil.
Səbrli olun, əlverişli anı gözləyin.
Günün ikinci yarısında situasiyanın kəskinləşməsi sizi aqressiv davranmağa, düşünülməmiş addımlar atmağa vadar etməsin. Qayğıkeş olun, ailə üzvlərinin problemlərini həll edin.
Axşam saatlarında romantik əhval istirahət istəyi ilə əvəzlənəcək.
Tərəzi – səhər saatlarından etibarən birmənalı olmayan situasiya formalaşacaq. Başa vurduğunuz və ya yaxşı yerinə yetirdiyinizi düşündüyünüz işdə əhəmiyyətli səhv aşkarlana bilər. Mövqeyinizi tərəfdaş və həmkarların nəzərinə çatdırın.
Günün ikinci yarısında nikbin davranın, süstlüyə qapılmayın.
Axşam saatlarında qonaq gelə bilərsiniz. Rəğbət bəslədiyiniz insanlarla ünsiyyət xoş olacaq. Maraqlı insanla qarşılaşa bilərsiniz.
Əqrəb – günün ilk yarısında yolda və sükan arxasında çox ehtiyatlı davranın. Cəzalana, cərimələnə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar bilikləriniz və bacarıqlarınızı yetərincə dəyərləndirmirlər. Təəssüf, pərişanlıq hissi yarana bilər.
Günün ikinci yarısında situasiyada dəyişikliklər başlanacaq. Başladığınız işi uğurla başa vurmaq, əlavə gəlir mənbəyi əldə etmək imkanları var.
Axşam saatlarına yaxın müstəqil və təkbaşına çalışın. Aktiv ünsiyyətə, fəal təmaslara can atmayın. Sevdiyiniz insanın sizə sualları var.
Normal istirahət etməyə çalışın.
Oxatan – işlər planlar çərçivəsindən kənara çıxırsa, qıcıqlanmayın. Yol verdiyiniz səhvlərin səbəblərini arayın. Situasiyanı obyektiv dəyərləndirin. Saatlar keçdikcə enerjiniz artacaq. Məqsədə doğru qətiyyətlə irəliləyin. Mənasız məsləhətlərə, boş sözlərə qulaq asmayın.
Günün ikinci yarısında çətinlikləri sürətlə dəf etməyə daşlayın. Əhvalınızda dəyişikliklər istisna deyil. Səhhətinizə fikir verin.
Axşam saatlarında dostlarla sabahkı günü planlaşdıra bilərsiniz.
Oğlaq – yeni anlaşma və sövdələşməyə nail olmaq istəyirsinizsə, bir qədər gözləyin. Sənədləri yeniləməyə tələsməyin. Çünki az sonra vəziyyət dəyişəcək və bir sıra məsələlər aktuallığını itirəcək.
Günün ikinci yarısında riskli qərarlar qəbul etmək olar. Enerjiniz az deyil. Amma hansısa addımı atmazdan əvvəl yaxşıca düşünüb-daşının.
Axşam saatları ailədəki mühiti yaxşılaşdırmaq üçün yaxşıdır. Birgə səylərlə münasibətləri normallaşdırmaq mümkündür. Sevdiyiniz insan sizi anlayacaq.
Dolça – bəzi hallarda məqsədə çatmaq üçün nəyisə qurban vermək gərəkdir. Problemlərə həddən artıq fikir verməyin. Bununla yanaşı, mövqelərinizdən geri çəkilməyin. Ətrafınızdakı insanlar sizi iradəsiz altruist kimi tanımamalıdır.
Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin.
Günün ikinci yarısında məişət problemlərinin sayı artacaq. Yaxın ətrafınızdakı insanlardan biri sizinlə rəqabətə başlayacaq, sizə meydan oxuyacaq. Ona fikir verməyin, emosiyalarınızın əsiri olmayın.
Balıqlar – uğursuzluqlar sizi bədbinləşdirməsin. Baş verənlərlə yalnız neqativ məqamları görməyin. Pozitiv olun, çətinliklərə sinə gərin. Süstlük və ətalət, astagəllik yaşam tonusunuzun səviyyəsini aşağı sala bilər.
Saatlar keçdikcə vəziyyət nisbətən normallaşmağa başlayacaq.
Günün ikinci yarısında planlara yenidən baxmaq gərəkdir. İstirahət və əyləncəni təxirə salın. Aktiv işləyin, məqsədə doğru sürətlə irəliləyin.
Axşam saatlarını sevdiyiniz insanla keçirə bilərsiniz.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
BÜRCLƏR – 20.05.2024
20 may, 2024-cü il tarixi üçün ulduz falını təqdim edirik:
Qoç
Günün başlanğıcı sizi xoş xəbərlərlə sevindirəcək. Bəzi Qoçlar bu zaman əvvəllər düşündürdükləri suallara cavab tapacaqlar və çox şübhələndikdən sonra gələcək üçün planlar barədə qərar verəcəklər. Nə etsəniz də, qətiyyətlə hərəkət edin; istədiyiniz nəticəni əldə etmək şansı olacaq.
Günün ikinci yarısı ev işləri və bəzi məişət problemlərinin həlli üçün münasibdir. Bunu sevdiklərinizlə birlikdə edə bilərsiniz: daha asan və əyləncəli olacaq. Planlaşdırılmamış səfərlər maraqlı olacaq. Oraya tək gedən Qoçların xoş tanışlıqları olacaq.
Buğa
Günün əvvəlində diqqəti planlaşdırılan fəaliyyətlərə cəmləmək çətin olacaq, lakin siz əsl həvəslə yeni bir iş götürəcəksiniz. Ciddi qərarlara tələsməmək daha yaxşıdır, çünki səhvlər mümkündür. Bundan əlavə, aydın ünsiyyət vacib olacaq. Kimsə etibarınızı qazanmaq üçün çox cəhd edərsə, ehtiyatlı olun.
Daha sonra çoxdankı ideyaları həyata keçirmək və əvvəllər planlaşdırılan işləri tamamlamaq üçün doğru vaxt gələcək. Günün ikinci yarısı ünsiyyət üçün əlverişli olacaq: dostlarla görüşlər, ailə tədbirləri, romantik görüşlər yaxşı keçəcək.
Əkizlər
Günün başlanğıcı ziddiyyətli olacaq. Bir anda bir neçə çətin iş diqqət tələb edəcək və diqqətinizi cəmləmək və ən azı bir iş görmək sizin üçün çətin olacaq. Yaxınlıqda kömək etməyə və bəzi narahatlıqlarınızı öz üzərinə götürməyə hazır olan insanlar olacaq. Ancaq ən ciddi problemləri özünüz həll etməlisiniz.
Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq. Günün ikinci yarısı sizi xoş xəbərlərlə sevindirəcək və son vaxtlar həqiqətən darıxdığınız insanlarla ünsiyyət qurmaq şansı verəcək. Bəzi Əkizlər mübahisə etdikləri insanlarla barışa biləcəklər.
Xərçəng
Bu gün başqaları ilə yola getmək həmişəkindən bir qədər çətin olacaq. Sizə elə gələ bilər ki, sizi qəsdən əsəbiləşdirirlər və ya istəmədiyinizi etməyə məcbur edilirsiniz. Həyəcanlanmayın. Bir az sonra aydın olacaq ki, heç kim pis bir şey planlaşdırmayıb, hamısı sadəcə anlaşılmazlıq məsələsidir.
Əks halda gün əlverişli olacaq. İstər yeni bir iş götürməyiniz, istərsə də əvvəllər başladığınız işləri başa çatdırmağa diqqət etməyiniz önəmli deyil. Hər halda, ulduzlar sizin tərəfinizdə olacaq və hər şey gözlədiyinizdən də yaxşı olacaq.
Şir
Özünüzü xüsusilə şən və enerjili hiss edəcəksiniz, həvəslə yeni işlər götürəcək və onlarda ilk uğurlarınızı tez əldə edəcəksiniz. Müstəqil hərəkət etməyə vərdiş edən Şirlər üçün günün başlanğıcı xüsusilə əlverişli olacaq. Amma komandada işləməyə üstünlük verən bürcün nümayəndələrini günortadan sonra ulduzlar dəstəkləyəcək.
Gün maliyyə məsələlərini həll etmək və faydalı şeylər almaq üçün münasibdir. Faydalı hədiyyələr, o cümlədən tamamilə gözlənilməz hədiyyələr də mümkündür. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişli olacaq.
Qız
Günün əvvəlində hansı ideyalarınız olursa olsun, planlarınızı həyata keçirməyə tələsməyin. Hər şeyi düşünmək və məqsədinizə çatmaq üçün ən yaxşı yolu tapmaq üçün sizə bir az vaxt lazımdır. Daha əvvəl təcrübəsi sizə kömək edən insanlarla məsləhətləşmək zərər verməz.
Günün ikinci yarısı bir çox məsələlərdə uğur vəd edir. Xoşbəxt təsadüflər ehtimal olunur. Onlar bəzi Qızlara çox faydalı tanışlıqlar etməyə kömək edəcək. Kiçik nağd pul daxilolmaları, o cümlədən gözlənilməz mənbələrdən hədiyyələr mümkündür. Planlaşdırılmamış alışlardan çəkinmək daha yaxşıdır.
Tərəzi
Kiçik çətinliklər yaransa da, müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Problemlərin öhdəsindən tez gələcək və yolda yaranan maneələri dəf edəcəksiniz. Bir çox Tərəzilərə əvvəllər soyuq davranan, işlərinizə demək olar ki, maraq göstərməyən insanlar kömək edəcəklər.
Yaxşı xəbər ehtimalı var. Çox güman ki, onlar sizin üçün vacib bir məsələyə və ya çox səy sərf etdiyiniz bir iş layihəsinə aid olacaqlar. Gün şəxsi münasibətlər baxımından da əlverişli olacaq. Yaxınlarınızla münaqişələrdən qorxmaq lazım deyil.
Əqrəb
Planları müzakirə etmək, planlarınızı həyata keçirməkdə sizə dəfələrlə kömək etmiş insanlarla söhbət etmək üçün münasib gündür. Onlar sizə əla məsləhətlər verəcək və paylaşdığınız fikirlərin zəif tərəflərini göstərəcəklər. Diqqətli olacaqsınız və sağlam düşüncənin səsinə qulaq asacaqsınız, beləliklə problemdən qaça bilərsiniz.
Bəzi Əqrəblər mənzərə dəyişikliyindən istifadə edə biləcəklərini hiss edəcəklər. Bürcün nümayəndələrinin dostlar və ya sadəcə köhnə tanışlar tərəfindən bir yerə dəvət ediləcəyi gözlənilir. Hətta qısa bir səfər də sizi şadlandırmaq və əhvalınızı yaxşılaşdırmaq üçün kifayət edəcək.
Oxatan
Məqsədinizə mümkün qədər tez çatmaq istəyəcəksiniz, amma tələssəniz, çətin ki, yaxşı bir şey alınsın. Diqqətlə davam etmək, hər addımı düşünmək və təcrübəsi sizə güvən verən insanlarla məsləhətləşmək daha yaxşıdır. Ciddi fiziki səy tələb edən bir şey etmək arzuolunmazdır: imkanlarınızı həddən artıq qiymətləndirmək riski var və bu, sağlamlıq problemlərinə səbəb ola bilər.
Gün hobbinizi və maraqlarınızı bölüşən insanlarla tanış olmaq üçün əlverişli olacaq. Yəqin ki, danışılacaq çox maraqlı mövzular olacaq və siz çox faydalı şeylər öyrənəcəksiniz.
Oğlaq
Günün əvvəlində gərgin anlar ola bilər. Lakin ciddi çətinliklərin yaranması ehtimalı azdır. Çox güman ki, yalnız tez aradan qaldırıla bilən kiçik anlaşılmazlıqlardan söhbət gecdəcək. Bu zaman məlumatları öyrənmək, toplamaq və təhlil etmək üçün çox əlverişli olacaq. Siz heç nəyi nəzərdən qaçırmayacaqsınız, alınan məlumatlardan düzgün nəticə çıxaracaqsınız.
Günün ikinci yarısı daha sadə və daha məhsuldar olacaq. Çox şey yaxşı nəticələnəcək. Bəzi Oğlaqlar, ulduzların dəstəyi sayəsində uzun müddətdir onları narahat edən problemlərin öhdəsindən gələcəklər. Sevənləri romantik sürprizlər gözləyir.
Dolça
Gün yeni işlərə başlamaq üçün münasibdir. Kiminsə sizə kömək etməsinin əhəmiyyəti yoxdur. Tək hərəkət etsələr, Dolçalar əla nəticələr əldə edə biləcəklər. Təcrübə və sağlam düşüncə birmənalı olmayan vəziyyəti tez başa düşmək və düzgün qərarlar qəbul etmək üçün kifayət edəcək.
Gün həm də yaxınlarınızla ünsiyyət üçün əlverişli olacaq. Əgər əvvəllər aranızda fikir ayrılıqları olubsa, onlar keçmişdə qalacaq və siz birgə hərəkətlərdə tez razılaşa biləcəksiniz. Sevdiyiniz insanı xoş anlamda təəccübləndirmək, ona uzun müddət yaddaşlarda qalacaq sürpriz etmək fürsəti yaranacaq.
Balıq
Xüsusilə diqqətlə intuisiyanıza qulaq asmağa çalışın: məhz onun göstərişləri sayəsində siz çoxdan qarşıya qoyduğunuz məqsədlərə nail ola və artıq çox enerji sərf edilmiş tapşırıqları uğurla yerinə yetirə biləcəksiniz. Əgər siz yeni ideyalar paylaşırsınızsa, çətin ki, kimsə onları dərhal bəyənsin. Ancaq bu, planlarınızı həyata keçirməyə heç də mane olmayacaq.
Köhnə hobbinizi xatırlamaq üçün yaxşı gün olacaq. Yenə çoxlu müsbət emosiyalar bəxş edəcək və bəzi Balıqlar üçün çox xoş tanışlıqlar etməyə də kömək edəcək. Tanış marşrutlar üzrə kiçik səfərlər yaxşı nəticə verəcək.
CƏMİYYƏT
Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.
Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.
Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
Azərbaycan XİN İrana başsağlığı verib
İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
Rəisinin helikopterinin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatı başa çatdı
Bir ayda Ağcabədidə narkotiklə bağlı 20 nəfər saxlanılıb
İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlanıb
Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır
Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb
İran Rəisinin helikopterinin axtarışında dəstək verən ölkələrə təşəkkür etdi
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.05.2024)
İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən təsdiqləndi
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
İran Qızıl Aypara Cəmiyyəti: “İbrahim Rəisinin qəzaya uğrayan helikopteri tapıldı”
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana göndərilməsi üçün FHN-in xilasedici qrupu yaradılıb
BÜRCLƏR – 20.05.2024
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
DİM-in yeni korpusunda ilk kütləvi imtahanlar keçirilir
“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olubla
İlham Əliyev ilə Aleksandr Lukaşenko Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
Şuşa ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub
BÜRCLƏR – 18.05.2024
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar
Sabahın HAVA PROQNOZU – 18.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bəzi rayonlarda yağış, Şahdağ, Qrız və Xınalıqda isə qar yağır – FAKTİKİ HAVA
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb
Axtarışda olan şəxs hava limanında saxlanılıb
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
“Anadolu Ankası – 2024”: Şərti düşmən arxasında ekipaj üzvünün təxliyəsi icra olunub
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlılardan istifadə edirlər? – VİDEO
Kursantlar Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə fləşmob hazırlayıblar
Yelkənçilərin iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub – VİDEO
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: Dəhşətli hadisənin PƏRDƏARXASI – VİDEO
HDQ-nin hərbi hissəsinin yaranması günü qeyd edilib – VİDEO
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb – VİDEO
Masazırda saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb
“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib
Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə “Anadolu Ankası – 2024” beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir
Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
Sumqayıtda sursat aşkarlanıb – VİDEO
Azərbaycan Ordusunun komando bölmələrinin məşğələləri keçirilir, döyüş qabiliyyəti yüksəldilir
Xüsusi təyinatlılar şiddətli soyuq şəraitində şərti düşmənin mövqelərinə hücum ediblər – VİDEO
FHN: Ötən gün 4 nəfərin meyiti tapılıb
Qalada qanunsuz tikililər sökülüb
Müdafiə Nazirliyi MAXE qəbulu elan edib
ƏÜO-da mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət mərkəzindədir
Füzuli, Ağdam, Ağdərə, Xocalı və Tərtərdə yol layihələrinin icrası davam etdirilir – VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub – FOTO/VİDEO
Azərbaycan təmsilçisinin “Avroviziya”da ifa edəcəyi mahnı məlum olub
DTX Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşlarını cinayət başında yaxalayıb – VİDEO
Azərbaycan Ordusu Naxçıvanda PUA-larla təlim keçib, şərti düşmənin hədəfləri aşkarlanaraq məhv edilib
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Xüsusi təyinatlılar şərti düşmənin diversiya qrupunun zərərsizləşdirilməsi tapşırıqlarını yerinə yetiriblər – VİDEO
Zaqatalaya 38 sm-dək qar yağıb – FAKTİKİ HAVA/VİDEO
Xırdalan və Mehdiabadda qanunsuz tikililər sökülüb
AQTA qida obyektlərinin qeydiyyatı və təsdiqi qaydalarına dair videoçarx hazırlayıb
MN: Cari ildə 205 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib – VİDEO
İki qurumdan Narkoloji Mərkəzdə əməliyyat: Vəzifəli şəxslər həbs edildilər – VİDEO
XTQ-nin hissə və bölmələri xüsusi əməliyyatların icrası üzrə tapşırıqları yerinə yetiriblər – VİDEO
Azərbaycanda azyaşlılar arasında daha bir virus yayılıb – VİDEO
FHN Akademiyasına kursant qəbulu elan edilir
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub
Kəlbəcərdə yeni məktəb binası tikilir – VİDEO
Bakıda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb
Helikopterlərlə vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi aparılıb
TREND
-
CƏMİYYƏT12 saat
BÜRCLƏR – 20.05.2024
-
MANŞET3 saat
İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən təsdiqləndi
-
İDMAN2 saat
Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır
-
MANŞET3 saat
İran hökuməti İbrahim Rəisinin ölümü ilə əlaqədar təcili iclas keçirir
-
REGİON2 saat
Gəncədə oğurluq edən və narkotiklərin dövriyyəsi ilə məşğul olan 47 nəfər saxlanılıb
-
MANŞET2 saat
İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları açıqlanıb
-
RƏSMİ XRONİKA2 saat
İlham Əliyev Rəisinin ölümü ilə bağlı başsağlığı verdi
-
İQTİSADİYYAT3 saat
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (20.05.2024)