İQTİSADİYYAT
Dərman vasitələrinin reklamlarında qanunvericiliyin tələblərinə əməl olunmadığı müəyyən edilib
Son illər ölkə ərazisində müxtəlif kütləvi informasiya vasitələri, internet resursları, sosial şəbəkələr, ictimai nəqliyyat və digər yerlərdə dərman vasitələrinin reklamlarının sayında artım müşahidə olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə bazarda aparılan monitorinqlər zamanı dərman vasitələri ilə bağlı yayımlanan reklamlarda Azərbaycan Respublikasının reklam qanunvericiliyinin tələblərinə tam əməl olunmadığı müəyyən edilib. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Bundan əlavə, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilməli və bu zaman reklamda lisenziya və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Məlumat üçün bildiririk ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələrinin istehsalı, topdan və pərakəndə satışı, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.
Reklam qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı yəni Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə əlaqədar reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına aşağıdakı sənədlərin surətlərini təqdim etməlidir: Reklamvericinin tələbi əsasında müvafiq qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikat; Dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsi; Dərman vasitəsindən istifadəyə dair təlimat, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənəd; Mənşə sertifikatı; Reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surəti.
Mövcud qanunvericiliyə görə həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında bu hallara yol verilmir: yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək; reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək; reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək; sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq; həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq; reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək; reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.
Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşməyin zəruriliyi qeyd olunmalıdır.
Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş oluna bilər. Kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.
Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilən bu cür reklamlara, həmçinin haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.
İstehlakçılar dərman vasitələri, tibbi təyinatlı texnika və məmulatlar, tibbi xidmətlərin reklamı zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.
Digər xəbərlərə də bax
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.05.2024)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,27 % azalaraq 1,8455 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0187 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8455 |
1 Rusiya rublu | 0,0187 |
1 Avstraliya dolları | 1,1325 |
1 Argentina pesosu | 0,0019 |
1 Belarus rublu | 0,5195 |
1 Braziliya rialı | 0,3314 |
1 BƏƏ dirhəmi | 0,4628 |
1 Cənubi Afrika randı | 0,0933 |
100 Cənubi Koreya vonu | 0,1252 |
1 Çexiya kronu | 0,0748 |
100 Çili pesosu | 0,1893 |
1 Çin yuanı | 0,2352 |
1 Danimarka kronu | 0,2474 |
1 Gürcü larisi | 0,6160 |
1 Honq Konq dolları | 0,2179 |
1 Hindistan rupisi | 0,0204 |
1 İngilis funt sterlinqi | 2,1513 |
100 İndoneziya rupiası | 0,0106 |
100 İran rialı | 0,0040 |
1 İsveç kronu | 0,1584 |
1 İsveçrə frankı | 1,8737 |
1 İsrail şekeli | 0,4600 |
1 Kanada dolları | 1,2477 |
1 Küveyt dinarı | 5,5331 |
1 Qazaxıstan tengəsi | 0,0038 |
1 Qırğızıstan somu | 0,0192 |
100 Livan funtu | 0,0019 |
1 Malayziya rinqqiti | 0,3629 |
1 Meksika pesosu | 0,1017 |
1 Moldova leyi | 0,0959 |
1 Misir funtu | 0,0362 |
1 Norveç kronu | 0,1586 |
100 Özbək somu | 0,0134 |
1 Polşa zlotası | 0,4326 |
1 Sinqapur dolları | 1,2615 |
1 Səudiyyə Ərəbistanı rialı | 0,4533 |
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) | 2,2546 |
1 Türk lirəsi | 0,0527 |
1 Tayvan dolları | 0,0528 |
1 Tacik somonisi | 0,1557 |
1 Yeni türkmən manatı | 0,4857 |
1 Ukrayna qrivnası | 0,0432 |
100 Yapon yeni | 1,0911 |
1 Yeni Zelandiya dolları | 1,0390 |
Qızıl (1 unsiya) | 4043,9430 |
Gümüş (1 unsiya) | 50,2954 |
Platin (1 unsiya) | 1809,3270 |
Palladium (1 unsiya) | 1668,9325 |
İQTİSADİYYAT
Ağdam şəhərinin daxili yollarının tikintisi necə aparılır? – FOTO/VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərinin Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Ağdam şəhərinin daxili yollarının altı tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı iki-səkkiz ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir.
Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar altı-səkkiz hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr təşkil edəcək.
Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20% təşkil edir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri – 15.05.2024
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Avronun məzənnəsi 0,34 % artaraq 1,8397 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməyərək 0,0186 manat təşkil edib.
Valyuta | Məzənnə |
1 ABŞ dolları | 1,7000 |
1 Avro | 1,8397 |
1 Rusiya rublu | 0,0186 |