REGİON
Daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Nazir əvvəlcə Sabirabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula gələn 132 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Oğuzda yaşlı qadını döyərək pulunu mənimsəyən şəxs saxlanılıb
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, hadisə rayonunun Qumlaq kəndində baş verib.
Belə ki, gecə saatlarında naməlum şəxs yaşlı qadını döyərək onun üzərində olan pul vəsaitini ələ keçirib. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Dağlar Əzizov saxlanılıb. O, hadisədən sonra Bakı şəhərinə gedib və taladığı pulu orada xərcləyib.
Məhkəmənin qərarı ilə D.Əzizov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
İDMAN
“Şəki kuboku -2024” turnirinin qalibi Şəki Şəhər İcra Hakimiyyətinin komandası olub
Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının və Şəki-Zaqatala Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Şəkidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında futzal üzrə “Şəki Kuboku – 2024” turniri başa çatıb.
ShekiMedia.az xəbər verir ki, turnirdə 6 qrup və hər qrupda 4 komanda olmaqla ümumilikdə 24 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Şəki Şəhər İcra Hakimiyyətinin komandası Az-Trade MMC-nin komandasını 3:2 hesabı ilə məğlub edərək turnirin qalibi olmuşdur. Üçüncü yerə Şəki Təhsil sektorunun, dördüncü yerə Şəki Penitensiar müəssisəsinin komandası çıxmışdır.
Turnirin bağlanış mərasimində çıxış edənlər Ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulamış, hazırda ölkəmizdə idmana olan qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, ənənəvi olaraq hər il keçirilən turnirin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması və təşkilatlarda çalışanlar arasında xoş ünsiyyətin və əməkdaşlığın yaradılmasıdır.
Sonda qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
CƏMİYYƏT
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.