SİYASƏT
Dünya mətbuatı Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsündən yazır
Bu gün dünyanın 350-dən çox media orqanı, o cümlədən dünyada tanınan “Associated Press” (AP), “Fox News” və “Yahoo” Azərbaycan-ABŞ Mədəniyyət Fondunun təşəbbüsü haqqında məqalələr çap ediblər. Məqalə 44 günlük Vətən müharibəsi dövründə qismən görmə qabiliyyətini itirmiş 24 yaşlı azərbaycanlı əsgər Arif Hacıyevin israilli donor tərəfindən verilən və eyni ölkənin həkimi İşhay Falik tərəfindən aparılan əməliyyatdan sonra görmə qabiliyyətinin bərpa etməsinə həsr olunub. Məqalədə həmçinin bildirilir ki, dekabr ayının 18-də Arif Hacıyev İsrailə gedir və orada həm donorun ailəsi, həm də onu əməliyyat etmiş həkimlə görüşəcək.
Dünya mətbuatında çıxan xəbərlərin linklərini diqqətinizə çatdırırıq:
1. https://apnews.com/press-release/pr-newswire/europe-middle-east-israel-azerbaijan-fb5429efd5052d0eba78f185b5e81523 (Associated Press)
3. https://finance.yahoo.com/news/newsblaze-announces-us-az-cultural-151300820.html (Yahoo)
Azərbaycan-ABŞ Mədəniyyət Fondunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrailin Azərbaycandakı səfirliyi və geniş ictimaiyyətin dəstəyi ilə baş tutan səfərdə Nurit Qrinqer və Eti El-Kiss Arif Hacıyevi İsrailə səfərdə müşayiət edəcəklər. Ölkənin tarixi yerlərini ziyarət etməklə yanaşı, Arif Hacyev yerli siyasətçilərlə də görüşmək imkanı qazanacaq.
Xanım Qrinqer bu ilin iyulunda Azərbaycana səfəri zamanı “NewsBlaze” nəşri üçün “Azərbaycanın Müharibə Qəhrəmanları: Şücaət və Ümid” məqaləsini hazırlayarkən Arif Hacıyevlə tanış olub (https://newsblaze.com/world/eurasia/azerbaijan-war-heroes -valor_184241/) və Arifin İsrailə getməsi təşəbbüsünü qaldırıb.
ABŞ-Azərbaycan Mədəniyyət Fondu (https://www.us-az-culturalfoundation.com/), Azərbaycan, ABŞ və İsrail arasında elm, mədəniyyət, media, kino sahələrdə münasibətlərin yaxınlaşmasına töhfə vermək üçün təsis edilib.
Digər xəbərlərə də bax
SİYASƏT
Azərbaycanın Malayziyadakı səfiri Saravak ştatının Baş naziri ilə görüşüb
Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Cənub-Şərqi Asiya ölkəsinin Saravak ştatında işgüzar səfər çərçivəsində regionun baş naziri və bir sıra yüksəkvəzifəli şəxslərlə görüşüb.
Bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Səfir İrfan Davudov Malayziyanın Saravak ştatında işgüzar səfərdə olub. Səfər çərçivəsində səfir Saravak Ştatının Baş naziri, həmçinin Saravak Ştat Qanunvericilik Assambleyasının sədri və sədr müavini və Saravakın paytaxtı Kuçinq şəhərinin meri ilə görüşlər keçirib”, – səfirlik diqqətə çatdırıb.
Əlavə edilib ki, diplomat həmçinin Saravak ştatına səfəri çərçivəsində həmçinin Saravak Ticarət və Sənaye Palatasının prezidenti Dato Şri Abanq Hacı Abdul Kərim Bin Tun Datuk Abanq Haci Openq, eləcə də Malayziya Saravak Universitetinin prorektoru professor Dr. Əhməd Hata Rasit ilə görüşüb.
SİYASƏT
Yaşar Əliyev Nauru Prezidentinə ünvanlanmış COP29-a dəvət məktubunu həmkarına təqdim edib
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Nauru Prezidenti Devid Adanqa ünvanlanmış COP29-a dəvət məktubunun əslini dünya təşkilatındakı həmkarı Marqo Deiyeyə təqdim edib.
Bu barədə Naurunun BMT-dəki diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Azərbaycanın səfiri Nauru Prezidenti Zati-alilərinə ünvanlanmış dəvət məktubunun əslini rəsmi şəkildə təqdim etmək üçün səfir Deiyeyə baş çəkib. Bu, Azərbaycanda, Bakıda keçiriləcək COP29-da iştirak dəvətidir. Azərbaycanın prezidentliyi ilə keçiriləcək COP29-u səbirsizliklə gözləyirik”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın BMT-dəki nümayəndəsi türkiyəli həmkarı Ahmet Yıldızla “ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşdirilməsi yollarını” müzakirə etmişdilər.
MANŞET
Hikmət Hacıyev ABŞ-də səfərdədir, dövlət katibinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-də səfərdədir.
Prezidentin köməkçisi səfər çərçivəsində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Con Bass, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Yuri Kim və dövlət katibinin demokratiya, əmək və insan hüquqları üzrə köməkçisi Robert Cilkristlə görüşüb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlər, mövcud regional və qlobal təhlükəsizlik mühiti, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini əhatə edən geniş spektrli məsələlər müzakirə olunub.