MANŞET
Şəki şəhərində “Gözündən nur verən həkim” adlı tədbir keçirilib – FOTOLAR
Aprelin 26-da M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Gözündən nur verən həkim” mövzusunda anım günü keçirilib.
ShekiMedia.az xəbər verir ki, Şəki Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmovun təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov, məsləhətçi Xatirə Səlimli, mədəniyyət işçiləri yaxından iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Daha sonra oftalmoloq Zərifə Əliyevanın həyat və yaradıcılığını əks etdirən videosujet təqdim olunub.
Aparıcı Rəşad Rüstəmovun təqdimatında “Səbuhi” instrumental ansamblının çıxışı ilə müğənnilər maraqlı musiqilər səsləndiriblər.
Tədbirdə bədii qirayət səsləndirən Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Sələmə Məhərrəmovanın “Unudulmaz Zərifə”, kitabxananın əməkdaşı Günel Vahabovanın “Sənsiz”, Şəki Dövlət Dram teatrının aktrisası Nuranə Mirzəliyevanın çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Digər xəbərlərə də bax
MANŞET
Azərbaycan Latviya muzeyinə xalça hədiyyə edib
Azərbaycan Latviyanın Liepaya muzeyinə xalça hədiyyə edib.
Bu barədə Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Tədbirdə “Azərxalça” ASC İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov da iştirak edib.
“Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və Liepaya şəhərinin meri Qunars Ansinş ilə birlikdə Liepaya muzeyinə əl işi olan eksklüziv Azərbaycan xalçasının hədiyyə edilməsi mərasimində iştirak etmək çox xoş idi”, – paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Latviya arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
CƏMİYYƏT
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan öncə mütləq araşdırma aparmağı tövsiyə edib.
Bununla bağlı qurumun yaydığı xəbərdarlıqda deyilir ki, xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan öncə aşağıdakı məlumatları bilmək vacibdir:
“Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
Həmçinin, siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır”.
Eləcə də qeyd olunur ki, xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, o, mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
“Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycan Respublikasında yerləşirsə, mütləq oraya rəsmi müraciət edərək sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın”, – xəbərdarlıqda qeyd olunur.
İDMAN
Azərbaycanın qadınlardan ibarət voleybol millisi növbəti matçını keçirəcək
Azərbaycanın qadınlardan ibarət voleybol millisi Xorvatiyada təşkil olunan Qızıl Avropa Liqasında növbəti matçını keçirəcək.
Komanda bu gün, saat 17:00-da Slovakiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ötən gün Xorvatiyanı 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə məğlub edib.